Üç ay duası deyilən bir şey həqiqətən də, var?
Müsəlmanlar > Fitvalar > Qəndil Tarix: 13 Haziran 2010 Tövsiyə et Çap et
Sual: Dində üç ayın xüsusi bir duası var? Cümə günü xütbələrdə belə bir dua oxunur: “Allahummə Barik Ləna Fi Rəcəbə Və Şabanə Və Bəlliğna Fi Ramazan”. Bu duanı məşhur üç ayın duası kimi oxumaq olar? Bizə səhih hədis yolu ilə rəvayət olunub, yoxsa yox? Ümumiyyətlə bu dua nə deməkdir?

Həmin duanın mənası belədir:

“Ey Allahım! Rəcəb və Şaban aylarını bizim üçün mübarək et və bizi Ramazan ayına çatdır”.

Deyilir ki, Rəcəb ayı gəldiyi vaxt bu duanı etmək lazımdır. Bu dua Əhməd ibn Hənbəlin Müsnəd adlı kitabında oğlu Abdullahın ziyadəsi kimi qeyd olunub.1

Səhih (mötəbər) deyil, zəif (qeyri-mötəbər) bir hədisdir. Hədisin sənədindəki Zaidə binti Əbir-Rukəd adlı şəxsin İmam Buxari tərəfindən munkərul-hədis olduğu və bu ravinin bir sıra hədis alimləri tərəfindən “tanınmadığı” bildirilib.2

İbn Həcər də Təbyinu-l-Əcəb bima vəradə fi fəzli rəcəb adlı kitabında hədis alimi Zaidə binti Əbir-Rukəd haqqında: “O kimdir? Mən tanımıram”, – deyib. Əlavə edib ki, onu munkərul-hədis kimi qəbul edir. İbn Hibban da: “Onun verdiyi xəbəri dəlil gətirmək olmaz”, – deyib.

QEYD: Munkər hədis zəif bir ravinin təkbaşına rəvayət etdiyi hədisdir. Munkərul-hədis isə bu cür hədisləri rəvayət edən raviyə deyilir.

  1. Əhməd ibn Hənbəl, 1/259. []
  2. Əl-Heysəmi, Məcməu-z-Zəvaid, 2-ci cild, s. 165 (Cümə və Cümə gününün fəziləti). []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.085 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qəndil 30.06.09 8.080 dəfə oxundu
2 Ramazanın hansı gecəsinin qədr gecəsi olduğunu müəyyən etmək olar? 10.08.12 1.511 dəfə oxundu
3 Üç ay duası deyilən bir şey həqiqətən də, var? 13.06.10 2.085 dəfə oxundu
4 Qədr gecəsində mələklər və ruh nəyə görə yerə enirlər? 15.08.12 1.948 dəfə oxundu
5 Həzrəti Əbu Bəkr və Ömər Rəcəb ayında oruc tutanları məzəmmət ediblər? 13.06.10 2.898 dəfə oxundu
6 Məhərrəmliyə məxsus ibadətlər var? 15.11.12 1.727 dəfə oxundu
7 Bərat qəndilində nə qədər insanın günahları bağışlanır? 14.06.10 1.681 dəfə oxundu
8 Qəndil gecələrində toy və nişan mərasimi keçirmək olar? 28.04.13 1.539 dəfə oxundu
9 Üç aylarda ölənlər nə vaxt haqq-hesab edilirlər? 01.07.10 1.715 dəfə oxundu
10 Merac hadisəsi peyğəmbərliyin hansı ilində baş verib? 08.07.10 1.992 dəfə oxundu
11 Merac qəndilində nişan mərasimində iştirak etmək olar? 08.07.10 1.564 dəfə oxundu
12 Bərat gecəsinə məxsus bir namaz var? 13.02.11 2.768 dəfə oxundu
13 QƏNDİLLƏR 13.02.11 2.827 dəfə oxundu
14 Qəndil gecələrində cinsi əlaqədə olmaq qadağandır? 16.02.11 6.618 dəfə oxundu
15 Qəndilləri bidəti-həsənə kimi qəbul etmək lazım deyilmi? 07.06.11 1.463 dəfə oxundu
16 Merac hadisəsi peyğəmbərin möcüzələrindən biri deyilmi? 29.06.11 1.936 dəfə oxundu
17 Qəndil gecələrində daha çox ibadət etməyin bir eybi var? 01.07.11 1.411 dəfə oxundu
18 Səfər ayına məxsus bir ibadət var? 27.12.11 2.149 dəfə oxundu
19 Məzhəb imamlarının qəndil gecələri ilə əlaqədar fitvası olub? 13.02.12 1.522 dəfə oxundu
20 Peyğəmbər üç aylarda xüsusi bir ibadətlə məşğul olub? 30.05.12 1.460 dəfə oxundu