Quranda deyilir ki, zinanın cəzasından başqa cəza yoxdur?
Müsəlmanlar > Cəzalar > Fitvalar > Zina Tarix: 11 Haziran 2010 Tövsiyə et Çap et
Sual: Sizin “Qurana Əsasən Düzgün Hesab Etdiyimiz Səhvlər” adlı kitabınızda belə bir cümlə var: “Çünki Allahın kitabında 100 dəyənəkdən başqa bir cəza yoxdur”. Halbuki, Quranda əl kəsmək cəzasından da danışılır. Bunu necə başa düşmək olar?

Cavab: Haqqında danışdığınız kitabımızın Rəcm Cəzasının Aradan Qalxdığını Göstərən Hədislər fəslində müvafiq mətn aşağıdakı kimidir:

Şeybani dedi ki, Abdullah bin Əbi Əvfadan «Allahın Elçisi (ə) rəcm cəzası uyğuladımı?» deyə soruşdum. «Bəli» dedi. «Nur surəsindən əvvəlmi, sonramı?» soruşdum. «Bilmirəm» dedi.1

Ancaq aşağıdakı rəvayətdən rəcmin Nur surəsinin enməsindən əvvəl olduğu görünməkdədir:

Bir kişi zina iftirasında olmuşdu. Rəsulullah (ə) dəyənək istədi. Qırıq bir çomaq gətirdilər. «Daha yaxşısı olsun» dedi. Yeni bir çomaq gətirdilər, budaqları yonulmamışdı. «Bundan yüngül olsun» dedi. Hamar birini gətirdilər. Rəsulullah (ə) əmr etdi, o adama dəyənək vuruldu. Sonra belə dedi:

«Ey insanlar! Artıq Allahın qoyduğu hədlərdən qaçmanızın zamanı gəldi. Kim bu pisliklərdən bir şey edərsə Allahın örtüsü ilə örtünsün.2 Çünki bizə üzünü göstərənə Allahın Kitabından tətbiq edərik.»3

Burada evli, ya subay olduğuna baxılmadan günahkara 100 dəyənək vurulması, sonra Allahın Kitabının tətbiq edildiyinin söylənməsi bütün şübhələri qaldıracaq mahiyyətdədir. Çünki Allahın Kitabında 100 dəyənəkdən başqa bir cəza yoxdur.4

Məlum olduğu kimi, burada haqqında danışılan məsələ zinaya verilən cəza məsələsidir. “Allahın kitabında 100 dəyənəkdən başqa bir cəza yoxdur” cümləsi sadəcə olaraq zinanın cəzası barədə deyilib. Bu cümləni kontekstdən xaric oxusanız, əvvəlini və sonrakı cümləni nəzərə almadan mütaliə etsəniz, düzgün olmayan nəticələrə gələrsiniz.

Qurani-Kərimə əsasən hansı günahın cəzasının nə olduğuna dair məlumatları eyni kitabımızın Cəza Hüququnun Prinsipləri fəslindən oxuya bilərsiniz.

Nəsx Məsələsi və Daşqalaq Cəzası sərlövhəli yazımızı aşağıdakı keçiddən oxuya bilərsiniz:

http://www.muselmanlar.com/arasdirmalar/2133.html

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Buxari, Hudud, 21. []
  2. Tövbə etsin. []
  3. Muvatta, Hudud 2/12. []
  4. Abdulaziz Bayındır, Kur’an Işığında Doğru Bildiğimiz Yanlışlar, İstanbul, 2007. Mətn Azərbaycan dilinə İsmayılova Könül tərəfindən çevrilib uyğunlaşdırılmışdır. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
5.153 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Zina etmədiyim halda başqalarına etdiyimi desəm, günahdır? 13.04.10 4.047 dəfə oxundu
2 Evlənməmişdən qabaqkı günahımız evlənəndə bağışlanır? 22.07.12 9.505 dəfə oxundu
3 Eyni vaxtda iki kişi ilə kəbin kəsdirmək olar? 13.04.10 10.748 dəfə oxundu
4 Ailə daxilində zorlanan uşaq vələdüzzina hesab olunur? 16.11.12 2.936 dəfə oxundu
5 Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var? 28.04.10 3.308 dəfə oxundu
6 Quranda zina günahına nəzərdə tutlunan cəza həqiqidir, yoxsa xəyali? 10.12.12 7.748 dəfə oxundu
7 Quranda deyilir ki, zinanın cəzasından başqa cəza yoxdur? 11.06.10 5.153 dəfə oxundu
8 Zorlanan qadını zorlayan kişiyə ərə vermək lazımdır? 06.08.13 3.882 dəfə oxundu
9 Zina kəbini pozur? 30.11.10 11.421 dəfə oxundu
10 Zina edən siyasətçilərin videosunu yaymaq düzgündür? 10.08.13 2.006 dəfə oxundu
11 İslamda zorlamağın cəzası 19.01.11 4.783 dəfə oxundu
12 Evlənmədən qabaq yeznə olacaq adamın hansı xüsusiyyətinə diqqət edilməlidir? 05.10.15 2.607 dəfə oxundu
13 Təcavüz edən bir şəxsə nə cür cəza verilir? 21.08.15 1.456 dəfə oxundu
14 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 3.168 dəfə oxundu
15 Əbu Hənifənin fikrincə Kütubi-sittədə Qurana zidd hədis var? 06.03.11 2.855 dəfə oxundu
16 İnsanların zina etmək hürriyyəti varmı? 25.11.16 966 dəfə oxundu
17 Arada kəbin olmadığı halda, tərs cinsi əlaqədə olmaq da zinadır? 05.03.10 10.206 dəfə oxundu
18 Zorlanan qadına günah yazılır? 26.03.11 5.663 dəfə oxundu
19 Zina etmiş adam, zina etməyən biri ilə evlənə bilərmi? 08.05.17 2.051 dəfə oxundu
20 Evlilikdən qabaq cinsi akt və zina 24.07.09 12.784 dəfə oxundu
21 Zina edən kafir olur? 02.05.11 6.980 dəfə oxundu
22 Zina edən adama cəzanı ailəsimi yoxsa dövlətmi verməlidir? 06.07.18 451 dəfə oxundu
23 Zina edən müsəlmanın cəzası Qurana əsasən nədir? 02.05.14 4.185 dəfə oxundu
24 Hazırkı dövrdə zina edənlərə nə cəzası verilməlidir? 19.01.11 3.336 dəfə oxundu
25 İslamda nə cür əlaqə zina sayılır? 25.04.16 4.827 dəfə oxundu
26 Zina günahı ən böyük günahlardandır, yoxsa yox? 26.10.11 9.071 dəfə oxundu
27 Subayların da intim münasibəti zina hesab olunur? 30.01.10 7.722 dəfə oxundu
28 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 3.851 dəfə oxundu
29 Qadınları aldadan kişilərin heç günahı yoxdur? 30.01.10 6.522 dəfə oxundu
30 Subay bir kişi ilə subay bir qadın eyni evdə qala bilər? 29.02.12 6.833 dəfə oxundu
31 Flirt də zinadır? 12.04.10 6.729 dəfə oxundu
32 Biz bir-birimizi sevirik. İndi nə etməliyik? 04.06.12 7.102 dəfə oxundu
33 Dodaq-dodağa öpüşmək də zinadır? 12.04.10 12.708 dəfə oxundu
34 Rəfiqə ilə yaxınlıq da zina hesab olunur? 04.06.12 4.647 dəfə oxundu