Mirası qoyub gedən adamın arvadı mirasın səkkizdə birini özünə götürür. Yerdə qalan şeylər uşaqların arasında oğlanlara 2, qıza 1 hissə olmaqla verilməlidir. Buna əsasən ümumi mirası 40 hissəyə bölmək lazımdır. 5 hissə ölənin arvadına, 7 pay qızına, hər birinə 14 hissə olmaqla da oğullarına verilməlidir.
Miras qoyub gedən adamın uşaqları olduğuna görə qardaş və bacıları ona varis ola bilməzlər. Allah Təala onların bu məsələdəki vəziyyəti ilə əlaqədar olaraq belə buyurur:
“Miras bölgüsü aparıldığı vaxt orada qohumlar, yetimlər və yoxsullar olsa, onlara da ondan (həmin maldan) verin, özlərinə də gözəl sözlər deyin”. (Nisa, 4/8)
Bunun isə müəyyən bir miqdarı yoxdur.
Etiketlər: miras ayələri, miras ayəsi, miras və varislik, mirasda hissələr necə olmalıdır, mirasdan qohumlara vermək, vərəsəlik