Şeytan həmişə oyaq və fəal olur?
Müsəlmanlar > Fitvalar > Müxtəlif məsələlər Tarix: 04 iyun 2010 Tövsiyə et Çap et
Sual: Şeytan insana həmişə təsir göstərir? O heç bəd əməlindən çəkinmir?

Sizin suallarınıza cavab vermək üçün ilahiyyatçı-alim Yaşar Qurbanovun “İSLAM DİNİ TERRORUN ƏLEYHİNƏDİR” adlı kitabının müvafiq fəslini təqdim edirik:

“Allah Adəm (ə. s.)-ı yaratdığı və bütün mələklərə: “Adəmə səcdə edin”, – deyə əmr etdiyi vaxt şeytan buna etiraz etmiş və bu üsyanı səbəbi ilə əbədən lənətlənmişdi. Bunadan sonra o, qiyamət gününə qədər insanları doğru yoldan azdırmaq üçün Allahdan izn istəmişdi. Allah bu izni ona verdikdən sonra şeytan belə vəd etdi:

Uca Allah buyurmuşdur:

«(İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”. (Allah) buyurdu: “Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!» (Əraf, 16-18)

Başqa bir ayədə şeytanın doğru yodan azdırma vədi belə açıqlanır:

«Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır». (Nisa, 119)

Əgər insan şeytanın bu xüsusiyyətindən bixəbər olsa, özünü ondan qoruya bilməz və asanlıqla onun tələlərinə düşə bilər. Bu səbəblə mömin Quranda xəbər verilən bu həqiqəti daima xatırlamalı, şeytanın zəlalətə dəvət edən çağırışlarına qarşı daima oyaq olmalıdır. Belə ki, bir ayədə belə buyurulur:

«Həqiqətən, şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır». (Fatir, 6)

Möminlər şeytanın hiylələrinə qarşı hamıdan daha diqqətli olmalıdırlar. Çünki şeytanın əsl məqsədi onları doğru yoldan azdırmaqdır. İnkarçıları azdırmaq üçün cəhd etməsinə ehtiyac yoxdur, çünki onlar onsuz da şeytanın ordusuna dönmüşdürlər. Bu səbəbdən şeytan var gücü ilə möminləri mənəvi cəhətdən zəiflətmək, onları müxtəlif məkrlərlə dini əxlaqı öz həyatlarına tətbiq etməkdən çəkindirməyə çalışır. Bu səbəbdəndir ki, Allah şeytanın fitnələrinə qarşı möminlərə belə xəbərdarlıq edir:

«Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!». (Nur, 21.)

Allahın Quranda bildirdiyi kimi şeytan bu fəaliyyəti ilə ixlaslı möminlərə təsir edə bilməyəcəkdir. Amma zəiflik göstərən və qəflətə düçar olanların şeytanın bu mənfi dəvətinin təsiri altında qalmaları mümkündür. Unutmamaq lazımdır ki, şeytan fəaliyyətini heç dayanmadan, fasiləsiz, daima davam etdirməkdədir. Mömin də buna qarşı daima Allahı zikr etməli, hər an diqqətli və mənəvi cəhətdən ayıq-sayıq olmalıdır”.1

Saytımızın materiallarından istifadə zamanı mənbə kimi http://www.muselmanlar.com və bütöv keçid (link) göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Mənbə: Yaşar Qurbanov, “İslam Dini Terrorun Əleyhinədir”, Bakı, 2006-cı il, s. 27-29, fəslin adı: Şeytanın Heç Dayanmayan Fəaliyyəti. Əsər http://www.islamevi.az saytından şəxsən müəllifdən və saytın idarə heyətindən icazə alınmaqla götürülmüşdür. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İnsan ağlına gələn və ürəyindən keçən pis şeylərə görə cavabdeh olacaq? 03.03.10 929 dəfə oxundu
2 İnsanlar sadəcə olaraq öz gücləri çatan şeyləri yerinə yetirməlidirlər? 04.08.09 315 dəfə oxundu
3 Mən boynuma üstündə xaç işarəsi olan medalyon taxa bilərəm? 04.08.09 359 dəfə oxundu
4 Müaviyə barədə qısa sual-cavab 04.08.09 657 dəfə oxundu
5 Uşaqları böyüklərin yanında öpüb oynatmaq böyüklərə qarşı hörmətsizlikdir? 07.08.09 372 dəfə oxundu
6 Xristian dünyasının dünya iqtisadiyyatına hansısa bir xidməti olub? 18.12.09 664 dəfə oxundu
7 İnsan nə isə yarada bilər? 28.12.09 654 dəfə oxundu
8 Donuz tükündən düzəldilən fırçaları işlətmək olar? 26.01.10 347 dəfə oxundu
9 Bizə kiminsə eyibləri deyildikdə nə cür rəftar etməliyik? 10.04.11 233 dəfə oxundu
10 Əlimdəki haram pulu ehtiyacı olan bir nəfərə verə bilərəm? 03.04.10 390 dəfə oxundu
11 Müvəffəq olmağın yolu nədən keçir? Dində bu barədə nə deyilir? 17.04.10 472 dəfə oxundu
12 Təvəkkül etmək 26.04.10 366 dəfə oxundu
13 Dənizdən tapılan şeyləri mənimsəmək halaldır? 02.05.10 300 dəfə oxundu
14 Sabi nə deməkdir? Quranda sabilik barədə məlumat var? 21.05.10 364 dəfə oxundu
15 Dində çatla məşğul olmağa necə baxılır? 25.05.10 432 dəfə oxundu
16 Şeytan həmişə oyaq və fəal olur? 04.06.10 363 dəfə oxundu
17 Vicdan nə deməkdir? 26.06.10 409 dəfə oxundu
18 Qan qardaşlığı və hökmü 01.12.10 303 dəfə oxundu
19 Müsəlmanın müsəlmanla zarafatı 01.12.10 303 dəfə oxundu
20 Övlad itirmək və ağlamaq 24.12.10 288 dəfə oxundu
21 Siz hansı məzhəbə qulluq edirsiniz? 09.02.11 440 dəfə oxundu
22 Qonşudan icazə almamış internetə qoşulmaq olar? 21.02.11 270 dəfə oxundu
23 Camaatı dindən soyutmamaq üçün bəzi şeyləri deməsəniz, olmaz? 24.02.11 230 dəfə oxundu
24 18 min aləm söhbəti düzdür? 17.03.11 495 dəfə oxundu
25 Məsciddə “Ya həzrəti Bilal Həbəşi” lövhəsi asmaq olar? 05.04.11 230 dəfə oxundu
26 Şumer kitabələri və dinlərə münasibət məsələsi 10.05.11 242 dəfə oxundu
27 Qütblərdə apardığınız müşahidələri başqaları özlərinə götürürlər? 19.05.11 222 dəfə oxundu
28 Cümə gecəsi 4-cü gündən 5-ci günə keçən gecədir? 05.07.11 330 dəfə oxundu
29 İnsan ürəyindən keçirdiyi hər şeyə görə cavabdehdir? 14.09.11 242 dəfə oxundu
30 Quran yüklənən mobil telefonu cibdə daşımaq günahdır? 24.01.12 139 dəfə oxundu
31 Allah yazısı olan medalyonla ayaqyoluna girmək olar? 24.01.12 142 dəfə oxundu
32 Səhabələrin haqqında “radıyəllahu anh” deməyin hökmü 26.01.12 108 dəfə oxundu
33 İslama əsasən surroqat analıq 03.02.12 67 dəfə oxundu
34 Dini məsələlərdə bir alimə tabe olmaq səhvdir? 09.02.12 36 dəfə oxundu