Qəbirdən torpaq götürmək və gül-çiçək qopartmaq günahdır?
Müsəlmanlar > Fitvalar > Qəbristan-Qəbir ziyarəti Tarix: 04 Haziran 2010 Tövsiyə et Çap et
Sual: Ölünün qəbrindən torpaq götürmək və qəbirdən gül-çiçək dərmək dini cəhətdən düzgündür?

Cavab: Ölən bir ailə üzvünün, qohum-əqrəbanın və ya dost-tanışın, eləcə də camaat arasında “Allahın dostu” kimi qəbul edilən övliyaların (seyid, şərif, şıx, əfəndi, baba və sairə) qəbirlərindən (türbə, pir, ocaq, ziyarətgah və oxşar yerlər də bu qəbildəndir) torpaq götürüb evə aparmaq, həmin torpağı saxlamaq və müqəddəs hesab etmək batil, yəni, dində heç bir əsli olmayan inanc və xurafatdan ibarətdir. O torpaqdan bir şey ummaq, başqa sözlə desək, nəsə gözləmək insanı şirk günahına batırır.

Qəbir üstünə getdikdə gül-çiçək aparmaq və onları qəbrin üztünə qoymaq da İslam dini baxımından düzgün deyil. Çünki belə bir şey dində yoxdur. Gül və bu kimi şeylərin ölən insanla heç bir əlaqəsi də yoxdur. Əslində belə işlər qalanların özlərini ovudub təsəlli etməkləri məqsədi ilə görülür. Bu cür adətlər bizim mədəniyyətimizə yaddır. Çünki necə deyərlər, sonradan dürtüşdürülüb.

Qəbir üstünə getməklə əlaqədar, ümumiyyətlə, qəbir ziyarəti barədə geniş məlumat əldə etmək üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/qebir-ustune-getmek

Xurafat və mövhumatlarla, bir sözlə, batil inanışlarla əlaqədar yazımızı isə aşağıdakı keçiddən oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/xurafat-movhumat

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
5.000 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Ölülərdən kömək istəmək düzgündür? 29.06.09 2.739 dəfə oxundu
2 Adətli/heyzli qadın qəbir üstünə gedə bilərmi? 20.03.18 139 dəfə oxundu
3 Allahdan başqasını köməyə çağırmaq 29.06.09 3.187 dəfə oxundu
4 Bayram günü qəbir üstünə getmək dini cəhətdən düzgündür? 02.04.10 3.017 dəfə oxundu
5 Qəbirdən torpaq götürmək və gül-çiçək qopartmaq günahdır? 04.06.10 5.000 dəfə oxundu
6 Qəbristanlığın yanından keçdikdə musiqiyə qulaq asmaq olar? 14.06.10 3.074 dəfə oxundu
7 Fatihəni mütləq pirin içində vermək lazımdır? 23.12.10 2.478 dəfə oxundu
8 Aybaşı halında olan qadın qəbir üstünə gedə bilər? 21.01.10 11.638 dəfə oxundu
9 Qəbristanlıqda məscid tikmək olar? 03.03.11 2.118 dəfə oxundu
10 Qəbristanlıq şəhərdə olmalıdır, yoxsa qıraqda? 28.05.11 6.498 dəfə oxundu
11 Ölülər eşitmirlərsə, biz niyə onlara salam veririk? 24.06.11 3.482 dəfə oxundu
12 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.561 dəfə oxundu
13 Pir və ziyarətgahlar 07.12.10 20.820 dəfə oxundu
14 Qəbirlərə şəkil qoydurmaq olar? 10.01.12 4.251 dəfə oxundu
15 Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var? 10.03.10 3.203 dəfə oxundu
16 Qəbirlərin təhqir edilməsinə münasibət 01.11.13 1.512 dəfə oxundu
17 Qəbir ziyarəti 29.06.09 4.405 dəfə oxundu
18 Qəbir əhlindən bir şey istəmək olarmı? 25.05.16 1.494 dəfə oxundu
19 Heyzli qadının qəbir üstünə getməsi 29.06.09 3.895 dəfə oxundu
20 Qəbirstanlıqlarda radiodan Quranın yayınlanması nə dərəcədə doğrudur? 18.11.16 710 dəfə oxundu