Qadın heyvan kəsə bilər?
Müsəlmanlar > Fitvalar > Yemək-içmək Tarix: 24 may 2010 Tövsiyə et Çap et
Sual: Məni maraqlandıran bir məsələ var. Qadınlar da kişilər kimi toyuq, qoyun, keçi, dana, qaz, ördək və sairə heyvanları kəsə bilərlər? Dində buna icazə var?

Cavab: Qadınların heyvan kəsməkləri dini cəhətdən qadağan deyil. Hədis mənbələrində qeyd edilir ki, Muhəmməd peyğəmbərin (s. a. v.) dövründə heyvan kəsən kənizlər (cariyələr) olub. Həmin hədislərdən biri aşağıdakı kimidir:

Abdulla ibn Ömərin azad olunmuş köləsi Nafi, Kəb ibn Malikin bir oğlundan İbn Ömərə danışdığı vaxt bu sözləri eşitmişdir:

“Atası (Kəb) ona belə bir əhvalat danışmışdı: Mal-heyvan otaran bir kəniz bir qoyunun ölmək üzrə olduğunu görüb, dərhal bir daşı qırmış və onunla həmin qoyunu kəsmişdi. Bu vaxt atası Kəb ailə üzvlərinə demişdi ki, məsələnin məğzini peyğəmbərdən soruşub öyrənənə qədər o qoyunun ətindən yeməyin. Sonra gedib, bunu peyğəmbərdən soruşmuşdu. Peyğəmbər (s. a. v.) də onların qoyunun ətini yeməklərinə icazə vermişdi”.1

Yuxarıdakı hədisdən də məlum olduğu kimi, qadınlar da heyvan kəsə bilərlər. Başqa sözlə desək, onların kəsdikləri heyvanın ətini yemək olar. Heç bir problem yoxdur.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Buxari, Zəbaih, 18-19, Vəkalət, 4; Müslim, Ədahi, 19; İbn Macə, Zəbaih, 8; Əbu Davud, Ədahi, 3; Muvatta, Zəbaih, 4; Əhməd ibn Hənbəl, 2/76, 80. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Marqarin və donuz piyi 05.07.09 663 dəfə oxundu
2 Pendir, pendir mayası və pendir istehsalı 05.07.09 743 dəfə oxundu
3 Yəhudi və xristianların kəsdiyi heyvanların ətini yemək olar? 05.07.09 541 dəfə oxundu
4 Sulu qəlyan çəkmək olar? 05.07.09 1.033 dəfə oxundu
5 Qəbristandakı məhsulları yemək olar? 05.07.09 432 dəfə oxundu
6 Heyvanın xayasını yeməyin dini cəhətdən hökmü nədir? 05.07.09 721 dəfə oxundu
7 Çəyirtkə yemək olar? 05.07.09 580 dəfə oxundu
8 Qurbağa yemək olar? Dində buna icazə verilir? 05.07.09 573 dəfə oxundu
9 Çiy ət, çiy basdırma və bu kimi şeylər yeməyin dini hökmü nədir? 05.07.09 518 dəfə oxundu
10 Xaşxaş haramdır? 29.06.10 589 dəfə oxundu
11 Tualet və mətbəx tullantıları eyni yerə gedir. Bu düzdür? 16.07.10 463 dəfə oxundu
12 Spirtsiz pivəni içmək olar? 11.11.11 377 dəfə oxundu
13 Spirtli içkiləri müalicə məqsədi ilə işlətmək olar? 06.04.11 443 dəfə oxundu
14 İçkili yerlərdə yemək yeməyə getmək olar? 24.03.10 529 dəfə oxundu
15 Elektroşok üsulu ilə kəsilən heyvanın ətini yemək olar? 08.04.10 412 dəfə oxundu
16 Siqaret çəkmək də, yağlı yemək də zərərlidir. Bunların hökmü eynidir? 08.04.10 638 dəfə oxundu
17 Ölü balıqlar da ayələrdə haram olunan meytə qismindəndir? 29.04.10 503 dəfə oxundu
18 Başından vurulub öldürülən balıqları yemək olar? 01.05.10 364 dəfə oxundu
19 Siz nə üçün içkinin qəti surətdə haram olduğunu deyirsiniz? 13.05.10 548 dəfə oxundu
20 Qadın heyvan kəsə bilər? 24.05.10 737 dəfə oxundu
21 Çəyirtkə yeməklə əlaqədar fikrinizə təzədən nəzər sala bilərsiniz? 25.05.10 396 dəfə oxundu
22 Vegetarianlığa münasibət 29.06.10 1.763 dəfə oxundu
23 Kımız içmək olar? 29.06.10 424 dəfə oxundu
24 Sirkədəki spirtli maddənin hökmü nədir? 12.07.10 412 dəfə oxundu
25 Meyvələrdəki alkoqolun hökmü nədir? 12.07.10 432 dəfə oxundu
26 Haram yem yeyən heyvanın əti halaldır? 13.07.10 417 dəfə oxundu
27 Molyusk yemək halaldır, yoxsa haram? 02.03.11 284 dəfə oxundu
28 Cirəgülü bitkisinin çayını içmək olar? 01.04.11 229 dəfə oxundu
29 Qadağa dövründə ov etmək olar? 15.04.11 261 dəfə oxundu
30 Zəmzəm suyu içənlərin araq içməyi lap çox günahdır? 15.05.11 310 dəfə oxundu
31 Marketlərdə satılan toyuqları yemək olar? 18.05.11 441 dəfə oxundu
32 Qurana əsasən mərci, soğan və sarımsağın bir qiyməti yoxdur? 24.05.11 316 dəfə oxundu
33 Murdar olan heyvanın hansısa bir yerini yemək olar? 04.06.11 261 dəfə oxundu
34 İkra yemək olar? 18.07.11 303 dəfə oxundu
35 Çox yemək insanın qəlbini qaraldır? 19.07.11 266 dəfə oxundu
36 Sağlamlığa ziyan verən xəmir xörəklərinin hökmü nədir? 08.09.11 220 dəfə oxundu
37 Balığı tam ölməmiş qızardıb yemək düzdür? 22.10.11 156 dəfə oxundu
38 Tərkibində malt olan qida məhsulları halaldır? 25.10.11 108 dəfə oxundu
39 Ölü heyvandan emal edilən yemlə qidalanan heyvanı yemək olar? 26.10.11 137 dəfə oxundu
40 Tərkibində E 120 maddəsi olan qida məhsulları halaldır? 28.10.11 158 dəfə oxundu
41 Çaxırdan emal edilən balzamik sirkə halaldır? 17.11.11 161 dəfə oxundu
42 Yəhudilərə niyə çox ağır yemək-içmək qadağaları qoyulub? 21.11.11 292 dəfə oxundu