Ölü yerində çörək yemək günahdır?
Müsəlmanlar > Cənazə-meyyit > Fitvalar Tarix: 16 Mayıs 2010 Tövsiyə et Çap et
Sual: Yas mərasimində çörək yemək olar? Dində bu barədə nə deyilir?

Cavab: İslam dinində ölü yerinə təziyə məqsədilə, yəni, başsağlığı vermək üçün gedənlərin (qonşu, tanış-biliş, qohum-əqrəba) orada çörək yeməyi deyil, özləri ilə yemək aparmaqları məsləhət görülür. Muhəmməd peyğəmbərdən (s. a. v.) Abdulla ibn Cəfər vasitəsilə belə bir hədis nəql olunur:

“Cəfərin ailə üzvlərinə xörək hazırlayın. Çünki başlarına onları məşğul edən bir iş gəlib”.1

Bu hədisə əsasən ölünün yiyələrinin başsağılığı vermək üçün gələn qonaqlara xörək hazırlamağı məkruh hesab olunur. Hətta bu barədə diqqəti cəlb edən bir rəvayət də var. Cərir ibn Abdulla Əl-Bəcəli (r. a.) demişdir:

“Biz ölünün ailəsinin yanında bir yerə yığışmağı və onların xörək hazırlamağını onun üstündə fəryad edib, ağlamağa bərabər (bir günah) hesab edirdik”.2

Lakin bəzi alimlər uzaq yerlərdən gələn və ölünün evində qalmağa məcbur olan insanlara ölənin ailə üzvləri tərəfindən xörək hazırlanmağını caiz hesab edirlər. Biz də bu fikirdəyik.

Qeyd edək ki, İslam dini baxımından yas mərasimlərində təmtəraqlı süfrə açmaq, bu mərasimləri sanki toy mərasimi kimi keçirmək,  nahaq yerə borc-xərc edib, ehsan məsələsində  yarışmaq və bu kimi şeyləri adət halına gətirmək düzgün deyil.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Əbu Davud, Cənaiz, 25-26; Tirmizi, Cənaiz, 21; İbn Macə, Cənaiz, 59; Əhməd ibn Hənbəl, 6/380. []
  2. İbn Macə, Cənaiz, 60. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.458 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Meyyit basdırıldıqdan sonra molla nəsə deməlidir? 24.11.10 2.030 dəfə oxundu
2 Ölünü basdırandan sonra namazını qılmaq olar? 14.01.11 1.775 dəfə oxundu
3 Bir kişi ölən arvadının meyyitini yuya bilər? 03.03.11 2.649 dəfə oxundu
4 Ölən körpəyə dua 12.03.11 1.746 dəfə oxundu
5 Başsağlığı vermək üçün kilsədəki cənazə mərasiminə getmək olar? 02.04.11 1.907 dəfə oxundu
6 Hər şey öyrədilən insan ölü basdırmağı qarğadan öyrəndi? 04.05.11 1.813 dəfə oxundu
7 Ölülərə tapşırılan Yasinin savabı onlara çatır? 20.05.11 2.793 dəfə oxundu
8 Ölüyə təlqin etmək müstəhəbdir? 09.03.12 1.766 dəfə oxundu
9 Kimin meyyit namazını qılmaq olar, kimin yox? 15.03.12 2.159 dəfə oxundu
10 Ölən körpə uşaqlara meyyit namazı qılınmalıdır? 28.06.09 4.800 dəfə oxundu
11 Suda itənin meyyit namazı 29.05.12 1.406 dəfə oxundu
12 Qiyabi meyyit namazı 26.05.14 1.326 dəfə oxundu
13 İslamda isqatu-s-səlat deyilən bir şey var? 25.06.12 1.577 dəfə oxundu
14 İslam dinində meyyiti yandırmağa necə baxılır? 23.01.10 2.164 dəfə oxundu
15 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 3.004 dəfə oxundu
16 Yas saxlamaq olarmı? 16.03.16 4.345 dəfə oxundu
17 Kişi arvadının meyyitini qəbirə sallaya bilər? 13.06.13 1.371 dəfə oxundu
18 Qadınlar meyyit namazı qıla bilərlər? 16.05.10 1.744 dəfə oxundu
19 Dəfn mərasimində qadınlar iştirak edə bilər? 12.03.14 1.770 dəfə oxundu
20 Ölü yerində çörək yemək günahdır? 16.05.10 2.458 dəfə oxundu
21 İntihar edən insanın cənazə namazı qılınarmı? 04.02.19 360 dəfə oxundu
22 Deyilənə görə bəzi adamların bədəni çürümür. Bu düzdür? 16.05.10 1.831 dəfə oxundu