Orucun qəzası var. Namazın qəzası niyə yoxdur?
Müsəlmanlar > Fitvalar > Namaz > Qəza namazı Tarix: 15 Mayıs 2010 Tövsiyə et Çap et
Sual: Allah bildirib ki, Ramazan ayında xəstə və yaxud yol üstündə olanlar oruc tutmaya bilərlər. Lakin həmin xəstə sağaldığı vaxt və səfərdə olan insan öz evinə qayıtdıqda Ramazan ayında tuta bilmədikləri orucu qəza etməlidirlər. Bəs oruc ibadətində qəza varsa, namazda niyə yoxdur? Hər ikisi də ibadət deyil?

Cavab: Allah Quranda xəstə və səfərdə olanlara Ramazan orucunu tutmamaq kimi bir icazə verib amma tutmaqlarının onlar üçün daha xeyirli olduğunu da bildirib.1

Namaz qılmaq və oruc tutmaq ibadətlərinin bir-biri ilə müqayisə edilə bilən xüsusiyyətləri yoxdur. Çünki namaz qılmaqla əlaqədar buyuruq nə xəstəlik halında, nə səfərdə, nə müharibədə, nə də başqa bir üzrlü səbəbdən aradan qalxır. Orucun qəzası qəsdən tutulmadığı vaxt deyil, xəstəlik və səfərdə olmaq səbəbindən verilən icazəyə əsasən tutulmadığı vaxt qüvvəyə minir. Qəsdən tərk olunan əməl icazəyə əsasən tərk olunanla müqayisə edilə bilməz.

Əlavə olaraq, fiqh elmində belə bir qayda var: İbadətlərdə qiyas (müqayisə, analogiya) yoxdur. Əgər bir tərəfdən desək ki, ibadətlərdə qiyas yoxdur, digər tərəfdən də namazla orucu müqayisə edib hökm çıxartsaq, bir ziddiyyətlə nəticələnər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Bəqərə, 2/184. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
7.747 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qəza namazı yoxdursa, vaxtında qılmadığımız namazlar necə olacaq? 14.10.16 3.771 dəfə oxundu
2 Qəza namazı var? Əgər varsa, haçan qılınmalıdır? 10.12.09 12.648 dəfə oxundu
3 İş yerində namaz barədə sual-cavab 10.12.09 5.247 dəfə oxundu
4 Namazı bilə-bilə qəzaya saxlamaq olar? 25.04.10 8.987 dəfə oxundu
5 Orucun qəzası var. Namazın qəzası niyə yoxdur? 15.05.10 7.747 dəfə oxundu
6 İbadəti vaxtında yerinə yetirməklə əlaqədar əmr qəza namazını da əhatə edir? 21.06.10 3.154 dəfə oxundu
7 Reanimasiyada qılına bilməyən namazı qəza etmək lazımdır? 18.12.10 3.456 dəfə oxundu
8 Namazı qılıb yatan və kirlənən uşaq həmin namazı təzədən qılmalıdır? 29.12.10 4.163 dəfə oxundu
9 Müstəhəb namazların yerinə qəza namazı qılmaq olar? 17.09.11 2.751 dəfə oxundu
10 Peyğəmbər heç namazı qəzaya saxlayıb? 03.04.12 5.175 dəfə oxundu