Vəhy və ilhamın arasında fərq var? Vəhy hamıya gələ bilər?
Müsəlmanlar > Fitvalar > Təsəvvüf-təriqət Tarix: 14 Mayıs 2010 Tövsiyə et Çap et
Sual: Vəhy və ilhamın arasında nə kimi bir fərq var? Allah bir ayədə Məryəm anamıza vəhy etdiyini bildirir. Elə isə vəhy edilən şəxs kim olursa, olsun, peyğəmbər kimi qəbul olunur? Bu məsələnin mahiyyəti nədən ibarətdir?

Vəhy və ilham eyni mənada işlədilir. Vəhy olunan hər bir kəsin peyğəmbər olmağına ehtiyac yoxdur. Allah Təala bal arısına da vəh etdiyini deyir: 

“Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: “Rəbbinin yollarını itaətlə tut!”) (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır”.1

Allah şeytanların da dostlarına vəhy etdiklərini, yəni, onlara bir şey pıçıldadıqlarını bildirir.2

Vəhy Allahın elçilərinə (peyğəmbərlər) vəhyin gəlməyi onların özlərinin vəhydən şübhə etməklərinə imkan verməyən bir metodla baş verir. Bununla əlaqədar ayələr belədir:

“Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz;

Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir möcüzə olaraq vəhy yolu ilə qeybdən bəzi xəbərlər bildirər). Allah onların önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar ki,

(Peyğəmbərlərinin) öz Rəbbinin göndərdiklərini (nə cür) təbliğ etdiyini bilsin (bəlli etsin). (Allah) onlarda olanların hamısını (peyğəmbərlərin əhvalatını və bütün əməllərini Öz elmi ilə) ehtiva etmişdir. O, hər şeyi bir-bir sayıb yazmışdır (təsbit etmişdir)!”.3

Bəzi təfsirlərdə Ənam surəsinin nazil olmağı ilə əlaqədar Ənəs ibn Malikdən nəql olunan bir rəvayətdən danışılır. Deyilir ki, Allahın elçisi belə dedi:

“Ənam surəsindən başqa heç bir Quran surəsi mənə birlikdə nazil olmadı. Şeytanlar bu surə üçün toplaşdıqları qədər başqa bir surə üçün toplaşmamışdılar. Bu surə mənə Cəbraillə birlikdə 50 min mələklə göndərildi. Bunu əhatə edib bir toy təmtərağı ilə gətirdilər”.4

Peyğəmbər inanmalıdır ki, ona gələn mələkdir və dediyi sözə şeytanın vəsvəsəsi qarışmayıb. Allahın vəhy vaxtı peyğəmbərin ətrafına mələkləri düzməyinin səbəbi də budur.

Bir də Allahın insanlarla danışmağı məsələsi var. Allahın insanla danışmağı qəlbinə gələn ilham vasitəsilə ola bilər. Ya da ona bəzi şeyləri yuxuda göstərə bilər. Lakin bu kimi şeylər ancaq və ancaq o şəxsi maraqlandıran, yəni, onunla əlaqədar olan şeylərdir. Bu kimi şeylərə çox arxayın olmaq da olmaz. İnsan şeytanın vəsvəsəsini ilham hesab edə bilər. İnsan şeytani yuxunu rəhmani yuxu saya bilər. Bizim tamamilə arxayın ola biləcəyimiz tək vasitə peyğəmbərlərə gələn vəhydir. Bu vəhylərin xaricində qalan şeylər onsuz da insana bir öhdəlik yükləmir. 

  1. Nəhl, 16/68-69. “V. M. və Z. B.”. []
  2. Baxın: Ənam, 6/112, 121. []
  3. Cinn, 72/26-28. “V. M. və Z. B.”. []
  4. Elmalılı Muhammed Hamdi Yazır, Hak Dini Kuran Dili, İstanbul, 1936, 2-ci cild, s. 1861-1862. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.061 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Səid Nursinin sözləri ilham ola bilməzmi? 11.02.10 1.824 dəfə oxundu
2 Təriqətçilər hansı məqsədlə rabitə ilə məşğul olurlar? 14.04.11 1.576 dəfə oxundu
3 Ənvaru-l Aşiqin necə bir kitabdır? 14.08.14 1.033 dəfə oxundu
4 Təriqətə daxil olan insanlar öz üsullarına əsasən zikr edə bilərlər? 20.05.11 1.639 dəfə oxundu
5 Feyz nə deməkdir? Şeyxlər feyz paylaya bilərlər? 12.03.10 1.838 dəfə oxundu
6 Rəvasi nə deməkdir? 21.06.11 1.654 dəfə oxundu
7 Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var? 10.03.10 3.203 dəfə oxundu
8 Nəfsin mərtəbələri nədən ibarətdir? 10.05.10 2.663 dəfə oxundu
9 Təriqət dərsinə getmək lazımdır? 08.07.11 1.647 dəfə oxundu
10 Qurani-Kərimdə təriqətlə əlaqədar hər hansı bir ayə var? 26.07.09 2.283 dəfə oxundu
11 Vəhy və ilhamın arasında fərq var? Vəhy hamıya gələ bilər? 14.05.10 2.061 dəfə oxundu
12 Xəlifə Ömər yağış duasında həzrəti Abbasla təvəssül edib? 07.10.11 1.939 dəfə oxundu
13 Allah dostları məsələsi 26.07.09 1.887 dəfə oxundu
14 Nəfsimizi tərbiyə etmək üçün halal şeyləri özümüzə haram etməyimiz düzgündür? 18.06.10 1.851 dəfə oxundu
15 Dini məsələlərdə bir alimə tabe olmaq səhvdir? 09.02.12 2.160 dəfə oxundu
16 Təriqətlərdə üstünlük təşkil edən əqidə və anlayışlar 26.07.09 2.689 dəfə oxundu
17 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.454 dəfə oxundu
18 İslamda Üveysilik var? 05.04.12 1.503 dəfə oxundu
19 Bəlqisin taxtının Yəməndən Qüdsə gəririlməsi kəramət deyilmi? 01.03.10 1.840 dəfə oxundu
20 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.120 dəfə oxundu
21 Bəqərə surəsinin 200-cü ayəsi təriqətlərin ucadan zikrinə sübutdur? 28.05.12 1.473 dəfə oxundu
22 Dinin geyim-kecimdən ibarət olduğunu güman etmək 28.07.09 1.690 dəfə oxundu
23 Din 31.03.10 2.995 dəfə oxundu
24 Tayyi-məkan var? Şeyxlər insanın ürəyindən keçənləri bilə bilərlər? 02.03.13 1.375 dəfə oxundu
25 Qurana müvafiq rəftar etmək 28.07.09 1.498 dəfə oxundu
26 Ölüdən kömək gözləmək 28.03.10 3.863 dəfə oxundu
27 Allahın gözüylə görmək nə deməkdir? 01.05.13 1.483 dəfə oxundu
28 “Ümmətimin alimləri İsrail oğullarının peyğəmbərləri kimidirlər” hədisi səhihdir? 28.07.09 1.865 dəfə oxundu
29 Şəfaət inancı 08.02.11 2.971 dəfə oxundu
30 “Vəhdəti-vücud” nə deməkdir? 28.12.13 1.910 dəfə oxundu
31 Vəkil sözünü insanlar haqqında işlətmək düzdür? 21.05.14 1.028 dəfə oxundu
32 Kəramət nə deməkdir? 15.02.11 4.085 dəfə oxundu
33 Təriqətlərdəki cəzbə halı nə deməkdir? 26.03.11 1.751 dəfə oxundu
34 Təriqətlərdəki insani-kamil məfhumunun izahı 07.03.11 1.535 dəfə oxundu
35 Təriqətlərin rabitə inancı dini cəhətdən düzgündür? 12.02.10 1.605 dəfə oxundu
36 Siz təsəvvüf əhlinə kafir deyirsiniz? 08.03.11 1.811 dəfə oxundu
37 Təriqətlərdə mövcud olan tövbə almaq nə deməkdir? 12.02.10 2.178 dəfə oxundu
38 18 min aləm söhbəti düzdür? 17.03.11 4.438 dəfə oxundu
39 Zikrli ilahi və kollektiv zikr haqında fikriniz nədir? 11.02.10 1.845 dəfə oxundu
40 Şəfa tapmaq üçün silsilə ilə dua və ibadət etmək olar? 12.04.11 3.832 dəfə oxundu