Siz nə üçün içkinin qəti surətdə haram olduğunu deyirsiniz?
Müsəlmanlar > Fitvalar > Yemək-içmək Tarix: 13 may 2010 Tövsiyə et Çap et
Sual: Siz bir çox fitvanızda içki (şərab) barədə olduqca qəti bir şəkildə deyirsiniz ki, Allah Qurani-Kərimdə içkini haram edib. Hətta bunun nəss ilə sabit olduğunu ifadə edirsiniz. Bildiyiniz kimi, haram sözü Qurana xas bir sözdür. Allah hansı növ qidaları haram etdiyini Quranın Maidə və digər surələrində açıq-aydın formada bildirir. İçki ilə əlaqədar ayələrdə isə sizin də bir fitvanızda təsadüf etdiyimiz kimi, “uzaq durun”, “çəkinin”, “onu buraxdınız, deyilmi?” kimi ifadələr işlədilir. Buna görə də mən sizin Quranda açıq bir haram hökmü olmamağına baxmayaraq içkiyə haram deməyinizi qəribsəyirəm. Sizi başa düşürəm, hədisləri əsas tutacaqsınız və deyəcəksiniz ki, sərxoşluq verən hər bir şey haramdır. Mənim sualım da elə bununla bağlıdır. Qurani-Kərimdə içki barədə açıq-aydın formada haram sözü işlədilmədiyi halda, siz içkinin haram olduğuna dair hökmü nəyə əsasən verirsiniz?

Cavab: 1) Allah Təala Qurani-Kərimdə böyük günahlardan hesab etdiyi zinanı qadağan etdikdə heç bir yerdə “zina etməyin” və yaxud “zina haramdır” deməyib. Əksinə: “Zinaya yaxınlaşmayın”, – deyə buyurub. Bu da öz növbəsində: “Zina etməyin”, – deməkdən qüvvətli bir sözdür.

İçki də elədir. Allahın: “Ondan uzaq durun”, – deməyi eynilə: “Zinaya yaxınlaşmayın” qadağası kimidir. Hökm baxımından ikisi də eynidir, haramdır. Əlavə olaraq, Bəqərə surəsinin 219-cu ayəsində içki və qumar haqqında: “İkisində də böyük günah var”, – deyilmiş və beləcə, bildirilmişdir ki, bunlar böyük günahlardandır. Deməli, içkinin bir tərəfdən böyük günah olmağı, digər tərəfdən də haram olmamağı mümkün deyil!

Bununla yanaşı, ayədə: “Onlardan uzaq durun” əmri olduğuna görə sərxoş edici içki, narkotika kimi maddələrin istehsalı, onları almaq, satmaq, daşımaq və təqdim etmək caiz ola bilməz. Çünki bir şeydən uzaq durmaq o deməkdir ki, həmin şeylə araya məsafə qoyasan. Bu səbəbdən deyilir ki, peyğəmbərimiz (s. a. v.) sərxoşluq verən şeylərlə əlaqədar olaraq 10 nəfərə lənət edib:

“Sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana”.1

Göründüyü kimi, bu lənət “uzaq durmaq” qadağasını pozanlarla əlaqədardır.

Üstəlik də, sizin də bildiyiniz kimi, yanacaqdoldurma məntəqələrində xəbərdarlıq lövhələri olur. Bu lövhələrdə belə yazılır: “Odla yaxınlaşmayın” və “Oddan təhlükəlidir”. Bu cümlə: “Atəşlə yaxınlaşmayın amma məntəqədə od yandıra bilərsiniz”, – demək deyil. Odla yaxınlaşmağın qadağan olduğu bir yerdə tonqal yandırıb ocaq qalamaq daha böyük bir təhlükədir.

2) İçki ilə əlaqədar ayədəki “uzaq durmaq” ifadəsi ancaq içki və zina üçün deyil, bütün böyük günahlar haqqında da işlədilib. Aşağıdakı ayələrdə Allah Təala belə buyurur:

“Əgər siz, sizə qadağan edilmiş böyük günahlardan uzaq durarsınızsa, sizin kiçik günahlarınızın üstünü örtər və sizi gözəl bir mövqeyə gətirərik”.2

“Onlar (möminlər) böyük günahlardan və həyasızlıqdan çəkinirlər. Hirsləndikləri vaxt da eyibləri bağışlayırlar”.3

“Bunlar böyük günahlardan və fahişəlikdən (iyrənc əməllər) uzaq duranlardır. Digər günahlar istisnadır. Sənin Rəbbin əfvi çox olandır. O sizi torpaqdan yaratdığı vaxt və siz analarınızın qarınlarında olduğunuz vaxtda da sizi ən yaxşı tanıyandır. Bunun üçün özünüzü təmizə çıxartmayın. Çünki O, pis işlərdən uzaq durub çəkinəni yaxşı bilir”.4

İndi siz bu ifadələrə baxıb zina etmək, adam öldürmək, oğurluq etmək, namuslu qadına zina böhtanı atmaq kimi böyük günahların da əslində qadağan olmadığını deyəcəksiniz?

3) Allah sərxoşedici maddələri qadağan etdiyi vaxt onların şeytan işi, yəni, bir murdarlıq (rics) olduğunu bildirib. Quranda 4 ayədə haram edilən donuz ətinin nə üçün haram olunduğu şərh edilərkən belə buyurulur:

“Çünki o bir murdarlıqdır”.5

Deməli, bir şeyin “rics” olmağı onun haram olmağını vacib edir. Həm də rics sözünün sinonimi olan “xəbis (murdar)” sözü də bunu göstərir. Allah həzrəti peyğəmbərdən bəhs etdikdə: “O, xəbis olan şeyləri haram edir”6, – demişdir. İçki də xəbis olduğuna görə ayələrin dəlaləti ilə onun da haram olduğu qəti surətdə üzə çıxır.

Məlum olduğu kimi, içki ayələrin açıq-aydın ifadələri ilə böyük günahlardandır. Bu məsələdə Sünnədə mövcud olan şərhlər Quranda olanları başqa bir dillə ifadə edir. Sünnənin ayələrə nəyi isə əlavə etməyi və ya ondan bir şeyi çıxartmağı isə qeyri-mümkündür.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Tirmizi, Büyu, 59; Əbu Davud, Əşribə, 2. []
  2. Nisa, 4/31. []
  3. Şura, 42/37. []
  4. Nəcm, 53/32. []
  5. Ənam, 6/145. []
  6. Əraf, 7/157. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Marqarin və donuz piyi 05.07.09 663 dəfə oxundu
2 Pendir, pendir mayası və pendir istehsalı 05.07.09 743 dəfə oxundu
3 Yəhudi və xristianların kəsdiyi heyvanların ətini yemək olar? 05.07.09 541 dəfə oxundu
4 Sulu qəlyan çəkmək olar? 05.07.09 1.034 dəfə oxundu
5 Qəbristandakı məhsulları yemək olar? 05.07.09 432 dəfə oxundu
6 Heyvanın xayasını yeməyin dini cəhətdən hökmü nədir? 05.07.09 721 dəfə oxundu
7 Çəyirtkə yemək olar? 05.07.09 580 dəfə oxundu
8 Qurbağa yemək olar? Dində buna icazə verilir? 05.07.09 573 dəfə oxundu
9 Çiy ət, çiy basdırma və bu kimi şeylər yeməyin dini hökmü nədir? 05.07.09 518 dəfə oxundu
10 Xaşxaş haramdır? 29.06.10 589 dəfə oxundu
11 Tualet və mətbəx tullantıları eyni yerə gedir. Bu düzdür? 16.07.10 463 dəfə oxundu
12 Spirtsiz pivəni içmək olar? 11.11.11 377 dəfə oxundu
13 Spirtli içkiləri müalicə məqsədi ilə işlətmək olar? 06.04.11 443 dəfə oxundu
14 İçkili yerlərdə yemək yeməyə getmək olar? 24.03.10 529 dəfə oxundu
15 Elektroşok üsulu ilə kəsilən heyvanın ətini yemək olar? 08.04.10 412 dəfə oxundu
16 Siqaret çəkmək də, yağlı yemək də zərərlidir. Bunların hökmü eynidir? 08.04.10 638 dəfə oxundu
17 Ölü balıqlar da ayələrdə haram olunan meytə qismindəndir? 29.04.10 503 dəfə oxundu
18 Başından vurulub öldürülən balıqları yemək olar? 01.05.10 364 dəfə oxundu
19 Siz nə üçün içkinin qəti surətdə haram olduğunu deyirsiniz? 13.05.10 549 dəfə oxundu
20 Qadın heyvan kəsə bilər? 24.05.10 737 dəfə oxundu
21 Çəyirtkə yeməklə əlaqədar fikrinizə təzədən nəzər sala bilərsiniz? 25.05.10 396 dəfə oxundu
22 Vegetarianlığa münasibət 29.06.10 1.764 dəfə oxundu
23 Kımız içmək olar? 29.06.10 425 dəfə oxundu
24 Sirkədəki spirtli maddənin hökmü nədir? 12.07.10 414 dəfə oxundu
25 Meyvələrdəki alkoqolun hökmü nədir? 12.07.10 432 dəfə oxundu
26 Haram yem yeyən heyvanın əti halaldır? 13.07.10 418 dəfə oxundu
27 Molyusk yemək halaldır, yoxsa haram? 02.03.11 284 dəfə oxundu
28 Cirəgülü bitkisinin çayını içmək olar? 01.04.11 229 dəfə oxundu
29 Qadağa dövründə ov etmək olar? 15.04.11 261 dəfə oxundu
30 Zəmzəm suyu içənlərin araq içməyi lap çox günahdır? 15.05.11 310 dəfə oxundu
31 Marketlərdə satılan toyuqları yemək olar? 18.05.11 441 dəfə oxundu
32 Qurana əsasən mərci, soğan və sarımsağın bir qiyməti yoxdur? 24.05.11 316 dəfə oxundu
33 Murdar olan heyvanın hansısa bir yerini yemək olar? 04.06.11 261 dəfə oxundu
34 İkra yemək olar? 18.07.11 303 dəfə oxundu
35 Çox yemək insanın qəlbini qaraldır? 19.07.11 266 dəfə oxundu
36 Sağlamlığa ziyan verən xəmir xörəklərinin hökmü nədir? 08.09.11 220 dəfə oxundu
37 Balığı tam ölməmiş qızardıb yemək düzdür? 22.10.11 156 dəfə oxundu
38 Tərkibində malt olan qida məhsulları halaldır? 25.10.11 108 dəfə oxundu
39 Ölü heyvandan emal edilən yemlə qidalanan heyvanı yemək olar? 26.10.11 137 dəfə oxundu
40 Tərkibində E 120 maddəsi olan qida məhsulları halaldır? 28.10.11 158 dəfə oxundu
41 Çaxırdan emal edilən balzamik sirkə halaldır? 17.11.11 161 dəfə oxundu
42 Yəhudilərə niyə çox ağır yemək-içmək qadağaları qoyulub? 21.11.11 292 dəfə oxundu