Cavab: Bir-birinin nəslindən gəlməklə və yaxud evlənmək səbəbindən tərəflərdən birinin qan qohumları və digər tərəfin arasında meydana gələn yaxınlığa qohumluq, bu mövqedə duran hər bir kəsə qohum deyilir. Ərəb dilində əqrəba sözü qohum və yaxın mənalarını verən qərib sözünün cəm formasıdır. Sözün əsli əqriba sözüdür. Amma bu söz Azərbaycan dilində əqrəba kimi işlədilir.
İslam dininə əsasən aşağıdakı qruplar qohum hesab edilir:
1) Eyni nəsildən gələnlərin qan qohumluğu.
2) Evlilik nəticəsində yaranan, yəni, evlənmək yolu ilə qurulan sihri qohumluq.
3) (Digər hüquq sistemlərindən fərqli olaraq) süd qohumları. Süd qohumluğu bir nəfərin süd əmmək dövründə (2 yaşına qədər) olduğu vaxt südünü əmdiyi qadın və qohumları ilə özünün arasında yaranan qohumluq əlaqəsidir. Misal üçün, südünü əmdiyi qadın onun süd anası, əri süd atası, uşaqları da süd qardaş-bacıları olur. İki yaşa qədər əmilən süd uşağın bədən quruluşunu tamamladığına görə əmizdirənin bir parçası, əmizdirən də əmənin eynilə doğma anası kimi bir anası mövqeyindədir.1
İnsanın ən yaxın qohumlarının arasında birinci yeri füru, yəni, uşaqları, nəvələri və nəvələrinin uşaqları olmaqla, öz zürriyyətindən tərəyən insanlar təşkil edirlər.
İkinci yerdə isə üsulu, yəni, ata-anası, babaları, nənələri və onların da ata-anaları olmaqla, zürriyyətindən əmələ gəldikləri əcdadı durur.
Üçüncü cərgədə qardaş-bacılar və onların uşaqları və nəvələri gəlir.
Dördüncü sıranı ana və atanın qardaş-bacıları, yəni, əmilər, bibilər, dayılar, xalalar və onların uşaqları təşkil edirlər.2
Vacib olan qohum ziyarətlərinə əvvəlcə böyüklərdən başlamaq lazımdır: Yəni, ana, ata, babalar, nənələr və varsa, onların da ata-anaları. Sonra əmilər, bibilər, dayılar, xalalar. Sonra isə kiçik qardaş-bacılar böyükləri ziyarət etməlidirlər.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: qan qohumları, qan qohumluğu, qohum-əqrəba ziyarəti, qohuma baş çəkmək, qohuma dəymək, qohumlara yaxşı baxmaq, qohumu ziyarət
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Qadınların kişilərin yanında davranışları barədə | 16.08.09 | 570 dəfə oxundu |
| 2 | Qohum-əqrəba məhrəmiyyəti məsələsində nəyə fikir vermək lazımdır? | 15.04.10 | 616 dəfə oxundu |
| 3 | Qohumla evlənmək hansı qarına qədər haramdır? | 22.02.10 | 818 dəfə oxundu |
| 4 | Atam heç bir qohumumuzla danışmır. Bu problemi necə həll edə bilərik? | 14.01.10 | 453 dəfə oxundu |
| 5 | Hansı qohumlara baş çəkmək dini cəhətdən vacibdir? | 12.05.10 | 465 dəfə oxundu |
| 6 | Bir qadın ərinin əmisini çimizdirə bilər? | 22.04.11 | 444 dəfə oxundu |
| 7 | Qohum evlilikləri nəticəsində nə üçün qüsurlu uşaqlar doğulur? | 22.02.10 | 937 dəfə oxundu |
| 8 | Bayramlarda həmişə kiçiklər böyükləri ziyarətə getməlidir? | 25.11.11 | 192 dəfə oxundu |
| 9 | Allah valideynin səhvinə görə uşaqlara cəza verir? | 15.12.11 | 211 dəfə oxundu |