Borcu ola-ola ölən bir nəfərin borcunu ailə üzvləri ödəməyə məcburdur?
Müsəlmanlar > Borc məsələləri > Fitvalar > Miras-vəsiyyət Tarix: 10 may 2010
Sual: Mənim yoldaşım inşaat mühəndisi idi. Avtomobil qəzasında həlak oldu. Onun bəzi layihələri yarımçıq qaldı. Bəzi adamlardan layihə pulunu almışdı. O layihələri başa çatdıra bilmədi. Bəzi adamlara da layihələrini təhvil vermişdi, ancaq pulunu ala bilmədi. Yoldaşımın mənimlə evlənməmişdən qabaq da bəzi borcları var imiş. Mən bunu o rəhmətə getdikdən sonra öyrəndim. Sizə suallarım belədir:
1) Rəhmətə getdiyinə görə yoldaşımın boynunda kiminsə haqqı qalıb?
2) Yoldaşımın atasının (mənim qayınatam) var-dövləti olduğu halda, rəddi-miras edəcəyini öyrəndim. Məsələyə dini cəhətdən yanaşsaq, onlar bu halda borcu ödəməkdən azad ola bilərlər? Həqiqətən də, belə bir haqları var?
3) Mən vaxtilə bütün qızıllarımı yoldaşıma vermişdim. Əgər onun boynunda bəndə haqqı qalıbsa, mən nə etməliyəm? Qeyd edim ki, mən müəlliməm. Maaşımın yarısını belə, ayırsam, pensiyaya çıxanadək yoldaşımın borclarını ödəyə bilmərəm.
1-ci sualınıza cavab: Yoldaşınız rəhmətə getməklə borclarından azad ola bilməz. Hal-hazırda nə var-dövləti varsa, borclu olduğu adamların arasında bölüşdürülməlidir. Misal üçün, 10 nəfərə 100 manat borcu varsa, mirası da 50 manatdırsa, hər bir adam alacağının yarısını almalıdır. Bundan başqa bir tələbi ola bilməz.
2-ci sualınıza cavab: Heç kəs başqasının borcunu ödəməyə məcbur deyil. Borc miras olaraq keçə bilməz. Buna görə də nə yoldaşınızın atası, nə də siz onun borcuna görə cavabdehsiniz. Lakin qüvvədə olan qanuna əsasən mirasdan imtina etməsəniz, borclar sizə keçər və onları ödəməyə məcbur olarsınız. Buna görə də yoldaşınızın ailəsinin rəddi-miras etməyi düzgündür. Siz də eyni addımı ata bilərsiniz.
3-cü sualınıza cavab: Əgər bütün qızıllarınızı yoldaşınıza hədiyyə etmisinizsə, bir eybi yoxdur. Əgər borc vermisinizsə, siz də alacağı olanlardan hesab edilirsiniz. Alacağınızı bağışlasanız, yoldaşınız sizə olan borcundan xilas olar, siz də bu əməlinizə görə savab qazanarsınız.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.


Kateqoriyadakı digər yazılar:
| Sıra     |
Sərlövhə |
Tarix    |
Oxunma     |
| 1 |
Kişi öldü. Arvadı, bir oğlu və bir qızı qaldı. Miras necə bölüşdürülməlidir? |
09.02.10 |
296 dəfə oxundu |
| 2 |
Kişi öldü. Üç oğlu, bir qızı qaldı. Miras necə bölüşdürülməlidir? |
25.02.10 |
368 dəfə oxundu |
| 3 |
Miras məsələsində uşaqlara fərq qoymağın hökmü nədir? |
25.01.10 |
291 dəfə oxundu |
| 4 |
Ölən adamın mirası necə bölüşdürülür? |
25.01.10 |
287 dəfə oxundu |
| 5 |
Kişilər nəyə görə qadınlardan çox miras alırlar? |
25.01.10 |
281 dəfə oxundu |
| 6 |
Haram pula varis olmaq olar? |
25.01.10 |
297 dəfə oxundu |
| 7 |
Rəddi-miras dini cəhətdən düzgündür? |
25.01.10 |
324 dəfə oxundu |
| 8 |
İki arvadı olan kişinin mirası necə paylanır? |
25.01.10 |
293 dəfə oxundu |
| 9 |
Kişi öldü. Arvadı, iki oğlu və iki qızı qaldı. Onun mirası necə bölüşdürülməlidir? |
18.03.10 |
260 dəfə oxundu |
| 10 |
Qadınlar öz ərlərinin mal-mülkünə hansı nisbətdə varis olurlar? |
29.03.10 |
295 dəfə oxundu |
| 11 |
Ölüm pulundan ölənin ata-anasına da pay düşür? |
06.04.10 |
363 dəfə oxundu |
| 12 |
Kişi öldü. Anası, arvadı, bir oğlu və iki qızı qaldı. Miras necə bölüşdürülməlidir? |
15.04.10 |
267 dəfə oxundu |
| 13 |
Qardaşlar öz bacılarını varislik hüququndan məhrum edə bilərlər? |
21.04.10 |
317 dəfə oxundu |
| 14 |
Borcu ola-ola ölən bir nəfərin borcunu ailə üzvləri ödəməyə məcburdur? |
10.05.10 |
293 dəfə oxundu |
| 15 |
Ölənin uşaqları varsa, qardaş-bacıları mirasdan nəsə ala bilərlər? |
11.05.10 |
299 dəfə oxundu |
| 16 |
Mirasda əkin yerləri və torpaq sahələrini necə bölüşdürmək lazımdır? |
24.05.10 |
323 dəfə oxundu |
| 17 |
Kişi öldü. Arvadı, 5 oğlu, 2 qızı qaldı. Onun mirasını necə pay etmək lazımdır? |
25.05.10 |
282 dəfə oxundu |
| 18 |
Kişi öldü. Arvadı, 1 qızı və 2 oğlu qaldı. Onun mirasını necə pay etmək lazımdır? |
07.06.10 |
275 dəfə oxundu |
| 19 |
Övladlığa götürülən uşağa miras düşür? |
29.06.10 |
480 dəfə oxundu |
| 20 |
Kişi öldü. Anası, atası, arvadı və üç qızı onun mirasını necə bölüşə bilərlər? |
06.07.10 |
267 dəfə oxundu |
| 21 |
Ana öldü. Əri, 1 oğlu və 4 qızı qaldı. Miras necə paylanmalıdır? |
04.12.10 |
283 dəfə oxundu |
| 22 |
Bağışlanan şeylər vərəsəlikdə nəzərə alınır? |
28.12.10 |
236 dəfə oxundu |
| 23 |
Yetim uşağa qalan mirasdan anası da istifadə edə bilər? |
14.11.11 |
175 dəfə oxundu |
| 24 |
Evdən çıxıb gedən uşağa miras düşür? |
23.04.11 |
220 dəfə oxundu |
| 25 |
Ata öldü. 3 oğlu, 4 qızı qaldı. Miras nə cür bölüşdürülməlidir? |
07.06.11 |
167 dəfə oxundu |
| 26 |
Kişi öldü. Miras 2 oğul, 2 qız və ölən oğlanın uşaqlarına necə verilməlidir? |
16.07.11 |
189 dəfə oxundu |
| 27 |
Nisa surəsinin 7-ci ayəsinə əsasən kişi və qadın mirasda bərabərdir? |
10.09.11 |
223 dəfə oxundu |
| 28 |
Kişi öldü. Arvadı, 4 oğlu, 3 qızı qaldı. Miras necə bölüşdürülür? |
27.09.11 |
154 dəfə oxundu |
| 29 |
Heç uşağı olmadan ölən kişinin vərəsəsi kimə qalır? |
19.10.11 |
136 dəfə oxundu |
| 30 |
Özündən sonra ata-anası, arvadı və qızı qalan kişinin mirası nə cür bölünür? |
10.11.11 |
133 dəfə oxundu |
| 31 |
Bir arvad öldü. Əri, 1 qardaşı, 1 bacısı qaldı. Onun mirasını nə cür bölək? |
14.12.11 |
146 dəfə oxundu |
| 32 |
Bir nəfər mirasını uşaqlarından təkcə birinə vəsiyyət edə bilər? |
28.12.11 |
84 dəfə oxundu |
| 33 |
Varislərdən biri dinin miras sistemini rədd etsə, nə olar? |
29.12.11 |
86 dəfə oxundu |
| 34 |
Kişi öldü. Arvadı və 3 uşağı qaldı. Onun vərəsəsi necə pay olunmalıdır? |
10.01.12 |
103 dəfə oxundu |
| 35 |
Pul aldığım adam öldü. Onun borcunu kimə qaytarım? |
16.01.12 |
104 dəfə oxundu |
| 36 |
2 oğlu, 1 qızı olan kişinin mirası nə cür pay olunur? |
18.01.12 |
172 dəfə oxundu |
| 37 |
Ölümdən sonrakı dövr üçün xeyirxahlıq |
31.01.12 |
107 dəfə oxundu |
| 38 |
Ölünün ayın-oyununu yaxın qohumları işlədə bilərlər? |
06.02.12 |
61 dəfə oxundu |