Cümə günü xütbə verildiyi vaxt müstəhəb namaz qılmaq olar?
Müsəlmanlar > Cümə namazı > Fitvalar Tarix: 05 may 2010 Tövsiyə et Çap et
Sual: Hənəfi məzhəbinə əsasən bir nəfər Cümə namazı üçün məscidə daxil olduğu vaxt daxili azan və ya xütbə oxunarkən müstəhəb namaz qıla bilər?

Cavab: Hənəfi məzhəbinə əsasən xütbə oxunduğu vaxt namaz qılmaq olmaz. Camaat xütbə vaxtı namaz da daxil olmaqla, heç bir şeylə məşğul olmamalı, sadəcə olaraq xütbəyə qulaq asmalıdır. Böyük İslam elmihalında bu məsələ barədə belə deyilir:

“Xətib minbərə çıxdıqda camaat danışmayıb susmalı, salam alıb verməməli və müstəhəb namaz qılmamalıdır. Hətta xütbədə peyğəmbərin (s. a. v.) adı çəkildiyi vaxt belə, camaat salavat çevirmədən ancaq xütbəyə qulaq asmaqla kifayətlənməlidir. Bu daha fəzilətlidir. İmam Əbu Yusufun fikrincə, bu halda sakitcə salavat gətirmək olar.

Cümənin artıq başlamış olan ilk sünnəsi xətibin minbərə çıxması halında uzadılmadan dərhal vacibatına rəayət etməklə tamamlanmalıdır”.1

Buna əsasən əgər xütbə oxunmağa başlanmamış namazı qurtaracağınızı düşünürsünüzsə, heç olmasa, iki rükətlik bir namaz qıla bilərsiniz.

Hənəfi məzhəbinin bu fikrinin dəlili aşağıdakı hədisdir:

Əbu Hüreyrə peyğəmbərimizin (s. a. v.) belə dediyini xəbər verir:

“Cümə günü pişnamaz (imam-camaat) xütbə oxuduğu vaxt öz dostuna: “Danışma, sus!”, – desən, ləğv (yəni, faydasız bir iş görmək) etmiş olarsan”.2

Əslində xütbə vaxtı danışan bir adama:”Sakit dur!”, – demək vacib bir əməl olan əmr bil-mərufa daxildir. Göründüyü kimi, yuxarıdakı hədisdə bu halda əmr bil-məruf belə, qadağan olunub. Elə buna görə də, yəni, buradan nəticəyə əsasən müstəhəb namaz da qadağan olmalıdır.

Buraya qədər verilən məlumatlar Hənəfi məzhəbinin fikirlərini ifadə edir (İmam Malik də bu fikirdədir).

Şafii və Hənbəli məzhəbləri isə bu hədisləri əsas tutub, xütbə vaxtında belə, iki rükətlik müstəhəb namaz (təhiyyətul-məscid namazı) qılmağın mümkün olduğunu bildiriblər. Biz də bu fikri tutarlı bir fikir kimi qəbul edirik. Həmin hədislər belədir:

Cabir ibn Abdulla (r. a.) dedi:

“Rəsulullah Cümə günü xütbə oxuduğu vaxt bir adam gəldi. Ondan soruşdu: “Namaz qıldın?”. Həmin adam cavab verid ki, xeyr. Peyğəmbər buyurdu: “Dur, iki rükət qıl”.3

Cabir ibn Abdulladan varid olan digər bir hədisdə isə belə qeyd edilir:

“Sizin aranızdan bir nəfər Cümə günü pişnamaz xütbədə olduğu halda, gəlib çıxsa, iki rükət namaz qılsın”.4

“Cümə günü peyğəmbər xütbə verirdi. Qətafan qəbiləsindən olan Süleyk məscidə gəldi və dərhal özünə bir yer tapıb oturdu. Rəsulullah ona belə dedi:

“Süleyk! Dur, iki rükət namaz qıl! Caiz olacaq qədər qısa olsun”. Sonra peyğəmbər sözlərinə belə davam etdi:

“Sizin aranızda bir nəfər Cümə günü imam-camaat xütbə verdiyi vaxt məscidə gəlib içəri girsə, iki rükət namaz qılsın və onu caiz olacaq qədər qısa etsin”.5

Cümə namazı ilə əlaqədar geniş məlumat üçün buraya daxil olun:

http://www.muselmanlar.com/arasdirmalar/1616.html

  1. Ömer Nasuhi Bilmen, Büyük İslam İlmihali, “Cuma namazına müteallik bazı mes’eleler”, paraqraf 205-206. []
  2. Buxari, Cümə, 36; Müslim, Cümə, 11-12. []
  3. Buxari, Cümə, 33; Müslim, Cümə, 54-58. []
  4. Müslim, Cümə, 57. []
  5. Müslim, Cümə, 59. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Cümə namazına getmək üçün müdirdən icazə almaq lazımdır? 09.03.10 330 dəfə oxundu
2 Bəzi hallarda Cümə namazını qılmamaq olar? 18.06.11 250 dəfə oxundu
3 Cümə namazından sonra başqa namaz qılmaq lazımdır? 06.07.09 690 dəfə oxundu
4 Cümə namazı qılınan məscid mütləq bağışlanmış olmalıdır? 25.05.11 256 dəfə oxundu
5 İşim çox olduğuna görə Cümə namazına getməsəm, olar? 05.02.10 382 dəfə oxundu
6 Qadınlar və Cümə namazı 26.03.10 1.068 dəfə oxundu
7 Cümə namazı qadınlara fərzdir? 26.03.10 359 dəfə oxundu
8 Cümə namazını xütbə oxuyan pişnamaz qıldırmalı deyilmi? 09.04.10 313 dəfə oxundu
9 Cümə namazında dəstəmazı pozulan adam nə etməlidir? 09.04.10 347 dəfə oxundu
10 Cümə günü xütbə verildiyi vaxt müstəhəb namaz qılmaq olar? 05.05.10 327 dəfə oxundu
11 İş yerində Cümə namazı qılmaq olar? 28.02.11 325 dəfə oxundu
12 Cümə günü xütbədən qabaq oxunan daxili əzana ehtiyac var? 25.03.11 259 dəfə oxundu
13 Qadınlar nə üçün Cümə namazına gedə bilmirlər? 31.03.11 303 dəfə oxundu
14 Cümə namazını qılan əlil vacib borcunu yerinə yetirmiş hesab olunur? 28.06.11 167 dəfə oxundu
15 Qadınlar Cümə günü zöhr namazını qılmamalıdırlar? 10.10.11 178 dəfə oxundu
16 Müsəlman ölkələrində Cümə namazı neçə rükət qılınır? 14.10.11 203 dəfə oxundu
17 Cüməni qıla bilməyən zöhrü necə qılmalıdır? 18.11.11 208 dəfə oxundu
18 Cümə namazının vaxtında məktəbin bufetindən nəsə almaq haramdır? 21.12.11 99 dəfə oxundu
19 Əsgərlikdə olanlar Cümə namazını nə cür qıla bilərlər? 07.01.12 99 dəfə oxundu
20 Dəlillərlə Cümə namazı 12.02.10 338 dəfə oxundu