Müsəlmanlar

Kəbində şahidlər mütləq müsəlman olmalıdırlar?

Sual: Nikah şahidlərinin müsəlman olmağı şərtdir?

Cavab: Qurani-Kərimdə deyilir:

“Aranızda olan subayları, kölələrinizən və cariyələrinizdən (kəniz) əməlisaleh olanları evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah onları Öz lütfü ilə zənginləşdirər. Allah lütfü bol olandır, biləndir!”. ((Nur, 24/32.))

Bu ayə evləndirmək öhdəliyini bütün müsəlmanlara verib. Evləndirmək məsələsində əsas cəhət nikah mərasimidir. Başqa sözlə desək, həmin mərasimdə mümkün qədər çox müsəlman iştirak etməlidir ki, hər biri Allahın əmrini yerinə yetirmiş olsun. Buna görə də kəbin müsəlmanların iştirak etdikləri bir mərasimlə kəsilməli, hamısı bu hadisəyə şahid olmalıdırlar.

Kəbin mərasimində müsəlman olmayanlar da iştirak edə bilərlər. Yəni, nikahda şahidlərin müsəlmanlardan olması şərti yoxdur. Əsas olan; nikahın gizli şəkildə, elan edilmədən, şahidsiz olmamasıdır.

Muhəmməd ibn Hatib Əl-Cümahidən nəql olunan rəvayətə əsasən o belə demişdir:

Rəsulullah (s. a. v.) buyurdu:

“Haram olan nikahla halal olan nikah arasındakı fərqləndirici xüsusiyyət dəf çalmaq və evliliyi, yəni, nikahı elan etməkdir”. ((Tirmizi, Nikah, 6; İbn Macə, Nikah, 20; Nəsai, Nikah, 72.))

Həzrəti Aişədən nəql olunan bir rəvayətə əsasən peyğəmbər (s. a. v.) belə demişdir:

“Nkahı gizli deyil, elan edərək həyata keçirin. İnsanların çox olduğu yerlər olan məscidlər kimi qələbəlik yerlərdə həyata keçirin. Kəbinin kəsilməsi məlum olsun deyə, dəf çalın”. ((Tirmizi, Nikah, 6.))

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.