Müsəlman olmayanlara rəhmət oxumaq olar?
Müsəlmanlar > Fitvalar > Qeyri-müsəlmanlar Tarix: 02 may 2010 Tövsiyə et Çap et
Sual: Ölən qeyri-müsəlman (xristian, yəhudi, buddist və sairə) insanlar haqqında: “Allah rəhmət eləsin”, - demək olar? Müsəlman belə deyə bilər? İslamda buna icazə var?

Cavab: İslam dininə əsasən müsəlman bir şəxs dini bir məsələyə dair fikrini bildirdiyi vaxt hər şeydən əvvəl dinin əsl mənbəyi olan Qurana müraciət etməlidir. Əks təqdirdə, dediyi şeylər ancaq öz sözlərindən başqa bir şey ola bilməz. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda öldükdən sonra müsəlman olmayan bir insana rəhmət diləmək və Fatihə oxuyub dua etməyi Quran ayələrinə əsasən izah etmək olar. Allah Təala müsəlman olmayanlara rəhmət oxumaq barədə başda peyğəmbər olmaqla, heç bir möminə icazə verməyib:

“(Kafir olaraq ölüb) Cəhənnəm əhli olduqları açıq-aydın məlum olduqdan sonra qohum olsalar belə, (Allaha) şərik qoşanlar üçün mərhəmət diləmək nə peyğəmbərə yaraşır, nə də möminlərə”. (Tövbə, 9/113)

Tövbə surəsinin növbəti ayəsi də bu məsələ ilə yaxından əlaqəlidir:

“İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim (Allaha) çox yalvaran həlim bir kimsə idi”. (Tövbə, 9/114)

“Heç vaxt onlardan ölmüş bir kəsin (cənazə) namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günahkar olaraq öldülər”. (Tövbə, 9/84)

Allah kimlərə rəhmət edəcəyini Quranda bildirib:

“Bizə bu dünyada da yaxşılıq yaz. (Dünyada yaxşı əməllər, axirətdə Cənnət qismət elə). Biz (tövbə edib bağışlanmağımızı diləyərək) Sənə tərəf (hüzuruna) döndük!” (Allah) buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!”. (Əraf, 7/156)

Yuxarıdakı ayələr açıq-aydın göstərir ki, müsəlman olmadan ölənlərə Allahdan rəhmət diləmək olmaz.

Bu açıq-aşkar ayələrə baxmayaraq müsəlman bir insan müsəlman olmadan ölən bir nəfər barədə: “Allah rəhmət eləsin”, – desə, peyğəmbər də başda olmaqla, heç kəsə icazə verilməyən bir iş görmüş olar və  aşağıdakı ayəyə əsasən bu diləyi heç qəbul da olunmaz.

“Onların bağışlanması üçün dua etsən də, etməsən də, (hətta) onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları hidayət yoluna yönəltməz”. (Tövbə, 9/80)

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Xristianlar məsciddə mərasim keçirə bilərlər? 15.06.11 225 dəfə oxundu
2 Qeyri-müsəlmanlar 29.06.09 415 dəfə oxundu
3 Bəzək üçün xaç taxmaq olar? 29.06.09 445 dəfə oxundu
4 Qeyri-müsəlmanların xeyirli əməlləri nə olacaq? 11.04.11 198 dəfə oxundu
5 Müsəlman olmayanı tərifləmək olar? 13.02.10 354 dəfə oxundu
6 Quran təbliğ olunmayan bir insan Allah dərgahında cavabdehdir? 05.04.10 394 dəfə oxundu
7 Peyğəmbər yəhudilərlə al-ver edib? 19.12.09 466 dəfə oxundu
8 Yəhudi və xristianlarla əməkdaşlıq etmək olar? 13.04.10 404 dəfə oxundu
9 Müsəlman olmayanlara rəhmət oxumaq olar? 02.05.10 373 dəfə oxundu
10 Xaçpərəstlər həzrəti Məryəmi də ilahlaşdırıblar? 20.06.10 550 dəfə oxundu
11 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 770 dəfə oxundu
12 İslam əhli olmayanlara bəxşiş vermək olar? 22.06.10 327 dəfə oxundu
13 Müsəlman olmaq istəyən yəhudi əvvəl xristian olmalıdır? 11.12.10 333 dəfə oxundu
14 Tövrat təhrif edilib, yoxsa yox? 23.11.10 449 dəfə oxundu
15 Müsəlman olmayanın haqqını yemək 20.12.10 404 dəfə oxundu
16 İslam düşmənlərini öldürmək olar? 27.12.10 365 dəfə oxundu
17 Sabi nə deməkdir? Quranda sabilik barədə məlumat var? 21.05.10 364 dəfə oxundu
18 Bəni İsrail deyildiyi vaxt kimlər nəzərdə tutulur? 24.02.11 259 dəfə oxundu
19 Başsağlığı vermək üçün kilsədəki cənazə mərasiminə getmək olar? 02.04.11 277 dəfə oxundu
20 Bəşəriyyət üçün yaxşı işlər görən qeyri-müsəlmanlara rəhmət oxumaq olar? 11.04.11 212 dəfə oxundu
21 Yəhudilər anadangəlmə lənətləniblər? 20.04.11 283 dəfə oxundu
22 Müsəlmanlar Quranın yandırılmasına nə cür reaksiya verməlidirlər? 28.04.11 223 dəfə oxundu
23 Təqva nədir? Qeyri-müsəlman təqvalı ola bilər? 07.03.11 317 dəfə oxundu
24 Müsəlman olmayanlara zəkat vermək olar? 14.07.09 325 dəfə oxundu
25 Həvarilər 29.06.11 167 dəfə oxundu
26 İnanmadığı halda yaxşılıq edən insan buna görə savab qazanır? 25.10.11 123 dəfə oxundu
27 Yəhudilərə niyə çox ağır yemək-içmək qadağaları qoyulub? 21.11.11 292 dəfə oxundu
28 Müsəlman olmayan bir həkim müsəlman uşaqları sünnət edə bilər? 08.12.11 183 dəfə oxundu