Cavab: İslam dininə əsasən heyvan halal olmağı üçün təzkiyə edilməlidir; başqa sözlə desək, öz qaydasında kəsilməlidir. Əti yeyilən vəhşi heyvanların və yaxud quşların təzkiyəsi isə onların ovlanmağıdır. Lakin balıq bu qrupun xaricində qalır. Bununla əlaqədar bir hədis də var. Belə ki, Abdulla ibn Ömərin rəvayətinə əsasən peyğəmbər (s. a. v.) buyurub:
“Bizə 2 heyvanın ölüsünü yemək halal edildi: Balıq və çəyirtkə”.1
Balığın təzkiyə olunmadan (kəsilməmiş) yeyilməyi və ölüsünün halal olması bütün məzhəblər tərəfindən də yekdilliklə qəbul olunub. Başqa cür desək, sizin sualınızda qeyd etdiyiniz ala balıqların yeyilməyində də bir problem yoxdur.
Sualınızla əlaqədar olaraq aşağıdakı keçidə də baxa bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/2072.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: ala balıq, alabalıq, balığı kəsmək, balıq ovu, balıq saxlamaq, damba, ölü balıq, ov heyvanları, ovçu, qumbara ilə balıq tutmaq, quş ovu, sayd, səyyad, toknan balıq tutmaq, təzkiyə, vətəgə