Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var?
Müsəlmanlar > Cəzalar > Fitvalar > Zina Tarix: 28 aprel 2010 Tövsiyə et Çap et
Sual: Tövratda zina barədə nə deyilir? Zina edənlərə nə kimi bir cəza verilir?

Cavab: Tövratda zina edənlərə verilən cəza barədə Levililərin 20-ci fəslində aşağıdakı hökmlər var:

10 – “Bir şəxs başqa birisinin arvadıyla, yəni, qonşusunun arvadıyla zina etsə, həm onun özü, həm də zina etdiyi qadın mütləq öldürülməlidir”.

11 – “Atasının arvadı ilə cinsi əlaqəyə girən şəxs atasının namusuna ləkə vurur. İkisi də mütləq öldürülməlidir. Ölümə layiqdirlər”.

12 – “Bir adam öz gəliniylə cinsi əlaqəyə girsə, ikisi də mütləq öldürülməlidir. Rüsvayçılıq ediblər və ölümə layiqdirlər”.

13 – “Bir kişi başqa bir kişi ilə cinsi əlaqə qursa, onların ikisi də iyrənclik edir. Mütləq öldürülməlidirlər. Ölümə layiqdirlər”.

17 – “Bir şəxs ana və ya ata tərəfindən öz ögey bacısı ilə evlənib, onunla cinsi əlaqəyə girsə, bu bir utancdır. Açıq-aşkar biabır edilib, xalq arasından qovulmalıdırlar. Bir adam öz bacısıyla cinsi əlaqəyə girdiyinə görə günahının cəzasını çəkməlidir”.

19 – “Öz xalanla ya da bibinlə cinsi əlaqəyə girmə. Çünki yaxın qohumunun namusudur. İkiniz də öz günahınızın cəzasını çəkməlisiniz”.

20 – “Əmisinin arvadı ilə cinsi əlaqəyə girən şəxs əmisinin namusuna ləkə vurur. İkisi də günahlarının cəzasını çəkməli və uşaq sahibi olmadan öldürülməlidir”.

21 – “Qardaşının arvadı ilə evlənən adam biabırçılıq edib, öz qardaşının namusuna ləkə vurur. Övlad sahibi olmamalıdırlar”.

Təsniyənin 22-ci fəslində də bu hökmlər var:

22 – “Əgər bir adam başqa birisinin arvadı ilə yatarkən tutulsa, həm o, həm də qadın öldürülməlidirlər. Pislik İsraildən (İsrail oğullarının ailəsindən) uzaqlaşdırılmalıdır”.

23 – “Əgər bir şəxs şəhərdə başqa birisi ilə nişanlı olan bakirə bir qızla qarşılaşıb, onunla yatsa,

24 – Onların ikisini də şəhərin qapısına aparıb, daşlayaraq öldürməlisiniz. Çünki qız şəhərdə olduğu halda, kömək üçün bağırmadı; oğlan da öz qonşusunun arvadıyla cinsi əlaqəyə girdi. Siz aranızdakı pisliyi yox etməlisiniz”.

25 – “Əgər bir adam çöldə-bayırda nişanlı bir qızla qarşılaşsa və onu yaxalayıb təcavüz etsə, yalnız təcavüz edən adam öldürülməlidir”.

26 – “Qıza heç bir şey edilməməlidir. Çünki o qızın ölümə layiq olacağı heç bir günahı yoxdur. Bu vəziyyət qonşusuna hücum edib, onu öldürən şəxsin halına oxşayır”.

Qeyd edək ki, Qurani-Kərimdə zina etmək və zina edənlər haqqında hökmlər bundan olduqca fərqli hökmlərdir. Saytımızda bu barədə geniş məlumat mövcuddur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Arada kəbin olmadığı halda, tərs cinsi əlaqədə olmaq da zinadır? 05.03.10 546 dəfə oxundu
2 Evlilikdən qabaq cinsi akt və zina 24.07.09 1.201 dəfə oxundu
3 Subayların da intim münasibəti zina hesab olunur? 30.01.10 1.012 dəfə oxundu
4 Qadınları aldadan kişilərin heç günahı yoxdur? 30.01.10 740 dəfə oxundu
5 Flirt də zinadır? 12.04.10 528 dəfə oxundu
6 Dodaq-dodağa öpüşmək də zinadır? 12.04.10 780 dəfə oxundu
7 Zina etmədiyim halda başqalarına etdiyimi desəm, günahdır? 13.04.10 660 dəfə oxundu
8 Eyni vaxtda iki kişi ilə kəbin kəsdirmək olar? 13.04.10 1.087 dəfə oxundu
9 Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var? 28.04.10 670 dəfə oxundu
10 Quranda deyilir ki, zinanın cəzasından başqa cəza yoxdur? 11.06.10 470 dəfə oxundu
11 Zina kəbini pozur? 30.11.10 1.080 dəfə oxundu
12 İslamda zorlamağın cəzası 19.01.11 412 dəfə oxundu
13 Əbu Hənifənin fikrincə Kütubi-sittədə Qurana zidd hədis var? 06.03.11 424 dəfə oxundu
14 Zorlanan qadına günah yazılır? 26.03.11 389 dəfə oxundu
15 Zina edən kafir olur? 02.05.11 704 dəfə oxundu
16 Hazırkı dövrdə zina edənlərə nə cəzası verilməlidir? 19.01.11 358 dəfə oxundu
17 Zina günahı ən böyük günahlardandır, yoxsa yox? 26.10.11 345 dəfə oxundu
18 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 182 dəfə oxundu