İbrahim peyğəmbər Allahın varlığını sübut edib?
Müsəlmanlar > Fitvalar > Peyğəmbərlər Tarix: 28 aprel 2010 Tövsiyə et Çap et
Sual: Deyilənə görə İbrahim əleyhissəlam Allahın var olmağını sübuta yetirib. Bu düzdür? Quranda bu barədə nəsə deyilir?

Cavab: Belə bir iddia var ki, İbrahim peyğəmbər Allahın varlığını sübut edib və bu sübut Quranın Ənam surəsinin 75-ci və sonrakı ayələrində öz əksini tapıb. Bu fikir doğru deyil. O ayələrdə İbrahim peyğəmbərə göylərin və yerin mələkutunun, yəni, oradakı hökmranlığın kimə aid olması bildirilib. Çünki o cəmiyyətin insanları əslində göylərin və yerin Allah tərəfindən yaradıldığını bilirdilər; amma bunların idarə edilməsi məsələsinin günəş, ay və ulduzlara həvalə edildiyini iddia edirdilər. Günəş, ay və ulduzlarda bir ruhanilik olduğuna inanır, heykəllərin qabağında təzim edir və onlardan bəzi şeylər istəyirdilər. Beləliklə, Allaha şərik qoşurdular. İbrahim əleyhissəlam onlara belə demişdi:

“Mən üzümü göyləri və yeri yaradana çevirdim. Mən  şərik qoşanlardan deyiləm”!

Həzrəti İbrahimin bu sözlərindən sonra onların heç biri göyləri və yeri yaradanın kim olduğunu soruşmadı; çünki bunu bilirdilər. Lakin günəş, ay və ulduzlarda bir canlılıq olduğunu və onlara bəzi səlahiyyətlər verildiyini iddia edirdilər. Buna görə də İbrahimlə mübahisəyə girişdilər. İbrahim onlara:

Allah mənə hidayət verdiyi [məni doğru yola yönəltdiyi] halda, siz mənimlə Allah barəsində mübahisə edirsiniz? Mən Rəbbimin istədiyi şeylər istisna olmaqla, sizin ona şərik qoşduğunuz şeylərdən qorxmuram! Rəbbim hər şeyi öz elmi ilə əhatə edib. Məgər ağlınız başınızda deyil?”, - dedi.

“Ona şərik qoşduqlarınızdan niyə qorxmalıyam? Siz isə Allahın onlara ibadət edilməsi barədə heç bir dəlil endirmədiyi halda, ona şərik qoşmaqdan qorxmursunuz. Əgər bilirsinizsə, bu iki tərəfdən hansı [o dünya əzabından] arxayın olmağa daha layiqdir” (Ənam, 6/79-81)?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Necə oldu ki, Süleyman peyğəmbərin öldüyünü heç kəs başa düşmədi? 08.03.10 658 dəfə oxundu
2 Yunus peyğəmbər tövbə etməsəydi, nə baş verəcəkdi? 26.02.10 533 dəfə oxundu
3 Peyğəmbər haqqında “kainatın əfəndisi” demək olar? 24.03.11 274 dəfə oxundu
4 Nuh peyğəmbər əslində nə qədər yaşayıb? 05.07.09 559 dəfə oxundu
5 Azər İbrahim peyğəmbərin atası idi, yoxsa əmisi? 16.02.10 361 dəfə oxundu
6 Həzrəti Yaqubun qızı var idi? Var idisə, adı nə idi? 15.03.10 707 dəfə oxundu
7 Peyğəmbərlərin hamısı çobanlıq ediblər? 17.03.10 497 dəfə oxundu
8 Həzrəti Musa Məryəm ananın qardaşı və İsa peyğəmbərin dayısı idi? 17.03.10 356 dəfə oxundu
9 Muhəmməd peyğəmbərə o biri peyğəmbərlər kimi möcüzə verilib? 28.04.10 491 dəfə oxundu
10 Həzrəti İsa həzrəti İshaqın nəslindəndir? 05.07.09 543 dəfə oxundu
11 İbrahim peyğəmbər Allahın varlığını sübut edib? 28.04.10 337 dəfə oxundu
12 Nuh peyğəmbərin gəmisini həqiqətən də, tapmaq olar? 29.04.10 345 dəfə oxundu
13 Əshabi-hicr hansı peyğəmbərin qövmüdür? 26.01.11 289 dəfə oxundu
14 Muhəmməd peyğəmbərin anadan olma və vəfat tarixləri 04.08.09 415 dəfə oxundu
15 Davud peyğəmbər hansı səhvinə görə Allaha tövbə etdi? 29.10.11 140 dəfə oxundu
16 Peyğəmbərin nəvələri və nəslinin davam etməsi 13.08.09 449 dəfə oxundu
17 Peyğəmbərin Qurandan başqa möcüzəsi yoxdursa, merac nədir? 09.07.10 641 dəfə oxundu
18 Göyün hər qatında bir peyğəmbər var? 09.07.10 350 dəfə oxundu
19 Qadınlardan peyğəmbər olub? 03.12.10 371 dəfə oxundu
20 Adəm peyğəmbər 26.06.09 833 dəfə oxundu
21 Davud peyğəmbər 26.06.09 793 dəfə oxundu
22 Eyyub peyğəmbər 26.06.09 572 dəfə oxundu
23 Hud peyğəmbər 26.06.09 788 dəfə oxundu
24 İbrahim peyğəmbər 12.04.10 858 dəfə oxundu
25 İshaq peyğəmbər 26.06.09 607 dəfə oxundu
26 İsmail peyğəmbər 26.06.09 771 dəfə oxundu
27 Lut peyğəmbər 26.06.09 672 dəfə oxundu
28 Saleh peyğəmbər 26.06.09 568 dəfə oxundu
29 Yaqub peyğəmbər 26.06.09 648 dəfə oxundu
30 Hazırkı İncil həzrəti İsaya endirilən İncillə eyni kitabdır? 10.05.10 433 dəfə oxundu
31 Nisa surəsinin 159-cu ayəsinin izahı 27.11.10 425 dəfə oxundu
32 Musa peyğəmbərin anasının adı nə olub? 26.02.11 529 dəfə oxundu
33 Məgər Allah Uhud döyüşündə peyğəmbəri qorumadı? 05.03.11 286 dəfə oxundu
34 İbrahim peyğəmbərin sınağa çəkildiyi kəlmələr nədir? 11.03.11 605 dəfə oxundu
35 Həzrəti Nuhun gəmisi Türkiyədəki Cudi dağına çıxdı? 31.03.11 222 dəfə oxundu
36 Peyğəmbərlərin möcüzələrindən elm təhsil etmək olar? 21.04.11 259 dəfə oxundu
37 Yaqub peyğəmbər İbrahim peyğəmbərin oğludur, yoxsa nəvəsi? 26.04.11 256 dəfə oxundu
38 Zəkəriyya peyğəmbər 3 gün ərzində danışmadı, yoxsa danışa bilmədi? 08.05.11 204 dəfə oxundu
39 Heç Allaha şərik qoşan peyğəmbər olub? 12.05.11 240 dəfə oxundu
40 Adəm peyğəmbərin ilk uşaqlarının adı nə olub? 29.05.11 677 dəfə oxundu
41 Qövmlərin həlakı hansısa bir nizam-intizam daxilində baş verib? 10.07.11 179 dəfə oxundu
42 Peyğəmbərlər və ilahi kitablar nə üçün eyni yerə göndərilib? 16.09.11 215 dəfə oxundu
43 Həzrəti İsa beşikdə danışıb? 22.12.11 149 dəfə oxundu
44 Zuxruf surəsinin 61-ci ayəsində İsa nəzərdə tutulur? 03.08.11 239 dəfə oxundu
45 Adəm peyğəmbərdən üzü bəri peyğəmbərlərin hamısı Həccə gediblər? 14.05.10 345 dəfə oxundu
46 İnsan peyğəmbər 06.07.09 730 dəfə oxundu