Cavab: Dörd məzhəbin1 dördü də pişik alverinin caiz2 olduğunu qəbul edir. Onların bu barədə fikri müsbətdir.
Amma it alverini qadağan edən bəzi hədislər var.3
Bu hədisləri əsas tutan Şafii və Hənbəli məzhəbləri it satmağı düzgün hesab etmirlər.
Maliki məzhəbi isə Nəsainin külliyatındakı bir hədisə4 əsaslanaraq ancaq ov itləri (tazı) və qarovulçu itlərinin satılmağını caiz hesab edir.
“Alınıb satılmağı caiz hesab olunan həmin itlərin cərgəsinə indiki dövrdə cinayətkarların tutulması, narkotik maddələrin axtarılıb tapılması, iz axtarmaq və bu kimi məqsədlər üçün istifadə edilən itlər də daxildir”.5
Hənəfi məzhəbinin bu məsələ ilə əlaqədar fikri belədir:
“İt elə bir heyvandır ki, ondan istifadə etmək, fayda götürmək olur. İt satmağı qadağan edən hədis İslamın ilk dövrlərinə aiddir. Bu hədis sonrakı dövrdə aradan qaldırılıb. Beləliklə, hər növ itin satışı caizdir”.6
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: heyvan alveri, it alveri, it satmaq, it-pişik satmaq, pişik alveri
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Ev heyvanlarını qısırlaşdırmaq olar? | 07.07.09 | 370 dəfə oxundu |
| 2 | İnsana ziyan vuran heyvanları öldürmək lazımdır? | 07.07.09 | 638 dəfə oxundu |
| 3 | Heyvanları cütləşdirmək olar? | 22.01.10 | 371 dəfə oxundu |
| 4 | Pişik və it alıb satmaq olar? | 27.04.10 | 460 dəfə oxundu |
| 5 | Evdə it saxlamaq günahdır? | 03.03.11 | 319 dəfə oxundu |