Axirət günü ilə Qiyamət günü eyni gündür, yoxsa ayrı?
Müsəlmanlar > Fitvalar > Ölümdən sonrakı həyat Tarix: 27 aprel 2010 Tövsiyə et Çap et
Sual: Məlum olduğu kimi, Qurani-Kərimdə Qiyamət günü ədalət tərəzilərinin qurulub haqq-hesab və sorğu-sualın aparılacağı və hökmün veriləcəyi gün kimi təsvir olunur. Saat isə zəlzələnin baş verəcəyi vaxtı ifadə edir (Həcc, 22/1). Amma Quranda əl-yəumul-axir (axırıncı gün) ifadəsi də var. Bu, Allaha və axırıncı günə iman gətirmək ifadəsi ilə imanın əsaslarından biri kimi görünür. Təfsirlərdə həmin “axırıncı gün”lə əlaqədar olaraq Qiyamət gününə aid edilən şərhlər var. Deyilir ki, axırıncı gün o gündür, ondan sonra gün yoxdur. Sizcə bu kimi izahların bir əsası var? Bir də ki, o axırıncı gün bu dünyanın axırıncı günüdür, yoxsa o biri dünyanın birinci günü? Əgər təfsirlərdə qeyd olunduğu kimi, həmin axırıncı gün Axirət həyatının birinci günüdürsə (diriliş günü), Quranda əlavə olaraq “Qiyamət (diriliş) günü” deyib günü dirilişə aid etməyin səbəbi nədir? Bunda nə hikmət ola bilər? Əlqərəz, Qiyamət günü ilə axırıncı gün eynidir? Yoxsa arada bir fərq var? Əgər varsa, bu fərqlər nədən ibarətdir?

Cavab: Ayələrə baxdıqda məlum olur ki, məhşər təzədən formalaşdırılacaq olan yer üzündə (bu dünyada) baş verəcək.1 Qəbirlərindən qalxıb çıxdıqları gün, yəni, Qiyamət (qalxış, oyanış) günü məhşər meydanında mömin, kafir və əhli-vəhşi bütün heyvanlar bir araya cəm olacaqlar. Hamının hər hansı bir ayrı-seçkilik qoyulmadan bir yerə cəm olacağı axırıncı gün, yəni, “əl-yəumul-axir” bu olacaq. Duxan surəsinin aşağıdakı ayəsi də bu həqiqətə işarə edir:

“Şübhəsiz ki, o ayırd etmə günü (yəumul-fasl) hamısının bir yerdə olacağı vaxtdır”.2

Mömin və kafirlərin bir də heç vaxt bir yerə yığıla bilməyəcək qaydada ayrılıb birinin Cənnətə, digərinin Cəhənnəmə getməyi isə əməl dəftərlərinin paylanması, haqq-hesab və mizandan (tərəzi, çəki) sonra olacaq. Bir sözlə, bunların hamısına birdən inanmaq axirətə iman gətirmək formasında iman əsaslarından birinə çevrilib.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İbrahim, 14/48. []
  2. Duxan, 44/40. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Biz Cənnətdə Allahı görə biləcəyik? 10.03.10 901 dəfə oxundu
2 Ölüyə Quran tapşırmaq 11.03.11 1.161 dəfə oxundu
3 Üç aylarda vəfat edənlər həqiqətən də, haqq-hesaba çəkilmirlər? 07.01.10 647 dəfə oxundu
4 Axirətdə günahkar möminlərin vəziyyəti necə olacaq? 22.01.10 547 dəfə oxundu
5 Bizim bu dünyada qayəmiz Cənnəti qazanmaqdır yoxsa Allah rizasını? 07.08.09 420 dəfə oxundu
6 Cənnət və Cəhənnəm əbədidir? 16.04.10 510 dəfə oxundu
7 Bəqərə surəsinin 62-ci ayəsi 26.04.10 531 dəfə oxundu
8 Axirət günü ilə Qiyamət günü eyni gündür, yoxsa ayrı? 27.04.10 697 dəfə oxundu
9 Ölüm qorxusu 16.12.10 813 dəfə oxundu
10 Deyirlər ki, dünya axirətin tarlasıdır. Bunu necə izah etmək olar? 04.08.09 390 dəfə oxundu
11 İnsan ürəyindən keçən şeylərə görə cavabdehdir? 11.02.11 450 dəfə oxundu
12 Tövbə edə bilmədən ölən insanın halı necə olacaq? 21.02.11 403 dəfə oxundu
13 Bir kişi ölən arvadının meyyitini yuya bilər? 03.03.11 482 dəfə oxundu
14 Cənnətdə hamı Allahı görəcək? 04.03.11 367 dəfə oxundu
15 Ölünün dalınca Quran oxumağın nə mənası var? 20.03.11 428 dəfə oxundu
16 Günahkarlar Qiyamət günü kor vəziyyətdə həşr olunacaqlar? 18.04.11 279 dəfə oxundu
17 Ölünün dalınca verilən nəzirin savabı ölüyə çatır? 27.04.11 358 dəfə oxundu
18 Ölüyə Quran tapşırmaqla əlaqədar hədislər səhihdir? 01.07.11 272 dəfə oxundu
19 Ana bətnində ölən körpələr Cənnətə daxil olacaqlar? 27.10.11 243 dəfə oxundu