Quranı başa düşmək
Müsəlmanlar > Fitvalar > Quran Tarix: 26 aprel 2010 Tövsiyə et Çap et
Sual: Mənim sualım Qurani-Kərimin başa düşülməsi və izahı ilə əlaqədardır. Quranın təfsirində əsas meyarlar nədən ibarətdir? Ayələr hansı kateqoriyalara bölünür? Möhkəm ayə və mütəşabih ayə ifadələri nəyi nəzərdə tutur? Məsani, təvil və təvil etmək nə deməkdir? Quran həqiqətən də, Ərəb dilində təfsilatla izah olunubmu? Bir sözlə, Quranı tamamilə başa düşmək və təfsir etmək üçün hansı metodu tətbiq etmək lazımdır?

Cavab: Möhkəm,  mütəşabih, məsani və təvil sözlərinin mənaları, bu sözlərin Qurandakı yeri, ayrı-ayrı ayələrin başa düşülməsi və Quranın bütövlükdə izahı, eləcə də Quranın Quran vasitəsilə şərhi barədə aşağıdakıları söyləmək mümkündür:

Allah Təala belə buyurur:

الَر كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ

Əlif, Lam, Ra. Bu elə bir kitabdır ki, ayələri möhkəm qılınmış, sonra hər şeyə hökm edən və hər şeydən xəbərdar olan Allah tərəfindən təfsilatla izah edilmişdir (Hud, 11/1).

Möhkəm sözü gücləndirilmiş, qüvvətlihikmətli mənaları verir. Bəzi ayələrdə «belədir», yaxud «belə deyildir» kimi hökmlər var. Bu ayələr möhkəm ayələrdir və bir də bunları şərh edən ayələr vardır. Allah Təala bu ayələri bir-birinə oxşadaraq bunların birlikdə nəzərdən keçirilməsinə şərait yaradıb və nəticədə ayələrin arasında qarşılıqlı münasibət şəbəkəsi yaranıb. Bu fikri aşağıdakı ayə xüsusilə vurğulayır:

اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُّتَشَابِهًا مَّثَاني

Allah sözün ən gözəlini bir-birinə bənzəyən [mütəşabih] ikiliklər halında və bir kitab şəklində nazil etdi (Zumər, 39/23).

Mütəşabih sözü iki şey arasındakı oxşarlığı ifadə edir. Mütəşabih ayələr bir-birinə bənzəyən ayələrdir. İkiliklər olaraq tərcümə edilən مثاني (məsani) sözü Ərəb dilində ikilik məfhumunu bildirən مثنى sözünün cəm formasıdır. Bu isə bir ayənin bir neçə ayə ilə bənzərlik daşıdığını və qarşılıqlı əlaqədə olduğunu göstərir. Bu əlaqə onları izah etməyə imkan yaradır.1

Bir-birinə bənzəyən ayələri tapıb üzə çıxardanlar alimlərdir. Onların arasında Ərəb dilini mütləq bilənlər olmalıdır. Allah Təala belə buyurur:

كِتَابٌ فُصِّلَتْ آيَاتُهُ قُرْآنًا عَرَبِيًّا لِّقَوْمٍ يَعْلَمُونَ

Bu, bilən bir qövm üçün ayələri Ərəb dilində müfəssəl izah edilmiş bir kitabdır (Fussilət, 41/3).

Bu mövzunu geniş bir şəkildə izah edən ayə belədir:

هُوَالَّذِيَ أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ في قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَه مِنْهُ ابْتِغَاء الْفِتْنَةِ وَابْتِغَاء تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الألْبَابِ

Sənə bu kitabı endirən Odur. Onun bir qismi möhkəm ayələrdir. Onlar kitabın əsasıdır. Digərləri isə bunlarla oxşardır [mütəşabihdir]. Qəlblərində əyrilik olanlar fitnə-fəsad salmaq və ona öz istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih olana uyarlar. Halbuki, onun izahını Allahdan başqa heç kim bilməz. Dərin elmi olanlar isə: “Biz onlara iman etdik, onların hamısı Rəbbimizdəndir”,- deyərlər. Belə düşünənlər ancaq həqiqi ağıl sahibləridir (Ali-İmran, 3/7).

Halbuki, onun izahını Allahdan başqa heç kim bilməz. Burada onun = (III şəxs tək) əvəzliyi (ما تشابه منه) cümləsindəki (ما)-nı göstərir və əsl məna budur: Halbuki, mütəşabihin təvilini Allahdan başqa heç kəs bilməz. Təvil isə bir şeyi onun həqiqi qayəsinə yönəltməkdir.2

Mütəşabihin qayəsi möhkəmdir. Araya oxşarlıq yerləşdirib, onu möhkəm ayəyə çevirən Allah Təaladır.

Təvil məsələsi Quranda misallar verilərək şərh edilib. Bununla əlaqədar ayələrdən biri budur:

سَأُنَبِّئُكَ بِتَأْوِيلِ مَا لَمْ تَسْتَطِع عَّلَيْهِ صَبْرًا

Dözə bilmədiyin şeylərin təvilini [əsl mənasını, necə başa düşmək lazım gəldiyini] sənə bildirəcəyəm (Kəhf, 18/78).

Musa peyğəmbər Xızırla3 səfərə çıxmış və onun bəzi davranışlarına dözə bilməmişdi. Çünki Xızır əvvəlcə mindikləri gəmini deşmiş, sonra bir oğlan uşağını öldürmüş, bunlardan sonra onları qonaq kimi qəbul etmək istəməyən bir qəsəbədə uçub-dağılmaq ərəfəsində olan bir divarı yenidən hörüb dikəltmişdi. Bir-birindən ayrılmaq qərarına gələndə Xızır: “Sənin tab gətirə bilmədiyin bu işlərin təvilini sənə xəbər verəcəyəm!”,- deyib bunları əlavə etmişdi:

“Gəmi dənizdə işləyən və başqa işləri olmayan bir neçə nəfərin idi, mən onu qüsurlu hala gətirmək istədim. Çünki onların arxasında onları təqib edən və yaxşı işləyən gəmiləri zorla əllərindən alan bir hökmdar vardı.

Oğlana gəlincə, onun ata-anası iman gətirmiş insanlar idilər. Oğlanın onları başdan çıxartmasından və onları kafir olmağa vadar etməyindən qorxduq. Beləliklə, Rəbbindən onlara o uşaqdan daha təmiz və onlara  çox mərhəmət edən bir övlad bəxş etməyini dilədik.

Divar isə o qəsəbədə yaşayan iki yetim uşağın idi və altında onların bir xəzinəsi vardı. Uşaqların atası əməlisaleh bir adam olmuşdu. Rəbbin onların həddi-büluğa çatmağını və öz xəzinələrini çıxartmağını istədi. Mən bütün bunları öz-özümə etmədim. Sənin dözə bilmədiyin şeylərin təvili budur” (Kəhf, 18/65-82)!

Hər hadisənin təvili, yəni, əsl mahiyyəti göstərilən kimi Musa əleyhissəlam-ın bütün təəccüb və heyrəti keçib getmişdi.

Yuxu yozmağa da təvil deyilir. Çünki yuxunun məğzi real həyatdakı hadisələrlə əlaqədar olan əlamətləri tapmaqdır. Yusuf peyğəmbər zindanda ikən padşah belə demişdi:

“Mən yuxuda  yeddi arıq inəyin yeddi kök inəyi yediyini, yeddi yaşıl sünbül və bir o qədər də quru sünbül gördüm. Ey əyanlar, əgər yuxu yoza bilirsinizsə, mənim yuxumu doğru-dürüst yozun!”.

Onlar belə dedilər: “Bunlar qarışıq yuxulardır, biz belə yuxuların təvilini bilmirik”.

Yusuf ilə birlikdə zindanda ikən oradan xilas olan iki nəfərdən biri xeyli vaxtdan sonra Yusufu xatırladı və belə dedi: “Mən onun yerini sizə göstərəcəyəm, mənə bir az möhlət verin!”.

Sonra Yusuf əleyhissəlam-ın yanına gəldi. O da yuxunu yozub: “Yeddi il müntəzəm surətdə əkin-biçinlə məşğul olun. Yediyiniz bir miqdar istisna olmaqla, məhsulun qalan hissəsini sünbüldə saxlayın. Sonra yeddi il qıtlıq olacaq. Bu vaxt əvvəlcədən topladığınızı yeyər və ancaq bir qismini toxumluq  saxlayarsınız. Bunun ardınca bərəkətli bir il gələcək, o vaxt da sıxıb sağarsınız” , – dedi (Yusuf, 12/43-49).

Yuxu yozmağı bacarmaq üçün gündəlik həyatdakı bir hadisənin yuxuda hansı simvola oxşadığını bilmək lazımdır. Bu əlaqəni qura bilməyənlər yuxu yoza bilməzlər.

Məlumdur ki, təvildə bir əsas mövzu, bir də onun şərhi var. Xızır əhvalatında əsas məsələ Musa əleyhissəlamın bu hadisələrin arxa planını bilməməyidir. Baş verən hadisələr onların izahı idi və Musa əleyhissəlam əsas mövzunu başa düşən kimi bütün şərhləri anladı. Bir hədisdə rəvayət edildiyinə görə, Xızır ona belə demişdi:

“Ya Musa, sən mənimlə birlikdə qalmağa tab gətirə bilməzsən. Mən Allahın mənə öyrətdiyi elə bir elm bilirəm ki, sən onu bilməzsən. Sən də Allahın sənə verdiyi elə bir elmi bilirsən ki, mən onu bilmərəm”.4

Əsas mövzuyla rabitə qurmadan bir hadisəyə istinad edib, qərara gəlmək olmaz. Yuxarıdakı işləri nümunə götürüb, valideynlərinə əziyyət verəcəyi üçün bir uşağı öldürmək düzgün deyil. Yaxud da başqası gəlib əlindən alacaq deyə heç kimin əmlakına zərər vurmaq olmaz. Bu cür rəftar insanlar arasındakı rahatlıq və etibarı məhv edər.

Padşahın gördüyü yuxu da gələcəkdə baş verməsi gözlənilən əsas hadisələrin izahı idi. Onun adamları güman edilən əsas hadisələrlə əlaqə qura bilmədiklərinə görə bu yuxunun qarma-qarışıq bir yuxu olduğunu demişdilər. Buradan belə bir nəticə çıxır ki, təvil yozumu əsas mövzu ilə əlaqələndirib bir nəticə çıxartmaqdır.

Yuxarıda qeyd edilən iki hadisədə olduğu kimi, Ali-İmran surəsinin 7-ci ayəsində də təvil sözü əsas ayəyə deyil, şərhə aid edilmiş və: “Halbuki, onun təvilini Allahdan başqa heç kəs bilməz”, – deyilmişdir. Burada başlıca ayə kitabın əsası olan möhkəm ayədir. Mütəşabih ayəni təvil edən, yəni, onu əsas ayə ilə əlaqələndirən Allahdır. Bunu ondan başqa heç kim bacarmaz. Bu məsələ aşağıdakı ayələrin məzmun və tələbinə də uyğundur:

Ey elçi! Biz sənə Quran oxuduğumuz zaman onun oxunmasını izlə. Sonra onu izah etmək bizim işimizdir (Qiyamət, 75/18-19).

Allah Təala bu ayələri bir-birinə oxşadaraq bizim onları düzgün şərh etməyimizə imkan yaradıb. Əgər Quran ayələri onların  bir-birinə bənzəməsi faktoru nəzərə alınmadan təvil edilsə, bu təvil Allahın deyil, bizim şərhimiz olar. Bu  isə bizə xətalı nəticələr verər. Bunu bilə-bilə – qəsdən edənlər doğru yoldan çıxırlar. Bu mövzuyla əlaqədar olaraq Ali-İmran surəsinin 7-ci ayəsində belə deyilir:

Qəlblərində əyrilik olanlar fitnə-fəsad salmaq və öz istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih olana uyarlar.

Dindən  sui-istifadə edib, insanları başdan çıxartmaq istəyənlər üçün ən kəsə yol ayələrin bir-biri ilə əlaqəsini kəsməkdir. Onlar bunun üçün bəzi ayələrə göz yumurlar. Allah Təala bu barədə belə buyurur:

“Endirdiyimiz açıq-aşkar ayələri və əsas yolu o kitabda insanlara izah etdiyimiz halda, onları gizlədənlər… Allah onları lənətləyəcək! Budur, Allah onları lənətləyir! Bütün lənət edə bilənlər də onlara lənət oxuyacaq!

Tövbə edib, özünü doğruldanlardan başqa! Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmət sahibiyəm” (Bəqərə, 2/159-160)!

Bu barədə Quranda yəhudilərlə əlaqədar bir misal var. Allah Təala belə buyurur:

“Ey yəhudilər! Siz indi elə bir vəziyyətdəsiniz ki, bir-birinizi öldürürsünüz. Sizin özünüzdən olan bir dəstə insanı yurd-yuvalarından çıxardırsınız. Onlara qarşı edilən pislik və bəslənən düşmənliyi dəstəkləyirsiniz. Əsir düşüb qabağınıza çıxsalar, fidyə5 verib onları azad edirsiniz. Halbuki, onları sürgünə göndərmək sizə haram edilmişdi. İndi siz o kitabın bir qisminə inanıb, digər qismini inkar edirsiniz? Sizdən bunu edənlərin cəzası nədir? Bu həyatda pərişanlıqdan başqa bir şeymi? Belələri Qiyamət günündə ən şiddətli əzaba düçar olacaqlar. Allah sizin nə etdiyinizdən bixəbər deyildir” (Bəqərə, 2/85)!

Ali-İmran surəsinin 7-ci ayəsi belə davam edir:

Dərin elmi olanlar isə: “Biz onlara iman etdik, onların hamısı Rəbbimizdəndir”, -  deyərlər.

Yəni, Allah ayələri möhkəm və mütəşabih olmaqla iki yerə ayırmış, aralarında əlaqə qurmuş və o əlaqəni bizə göstərmişdir. Əslində biz ayələri təvil etməyə deyil, başa düşməyə çalışırıq.

Yuxarıda qeyd etdiyimiz ayələr arasındakı əlaqə şəbəkəsi bu günə qədər müşahidə edilməyib. Bunun təbii nəticəsi olaraq möhkəm, mütəşabih, məsani təvil qavramlarına müxtəlif mənalar verilib. Buna görə də bəzi ayələr şərhsiz qalıb və bir çox ayə xətalı şəkildə təvil edilib. Bu cür səhvlər bir çox şəriət məsələsini çətinlik və narahatlıq mənbəyi halına gətirib. Boşanma, evlilik, vəlayət və faiz [riba] məsələləri bütün bunlara misal göstərilə bilər. Şərhsiz qalan ayələrə isə «eşitdik və üsyan etdik» ayəsi ilə «ərləri barışmaq istəsələr, onlara iddə [gözləmə] müddəti içində geri qayıtmağa daha çox haqlıdırlar» ayələrini misal göstərmək olar.

Bəzi insanlar qeyd etdiyimiz problemin xətalı təvillərdən deyil, məhz Qurandan irəli gəldiyini zənn edərək problemə tarixi nəzər yetirməklə onun həll edilməsinin mümkün olduğunu fikirləşirlər. Bəziləri də Quranı dini-əxlaqi münasibətlər sahəsi ilə məhdudlaşdırmaq lazım gəldiyini bildirirlər. Məsələyə bu cür münasibət həm xətalı şərhləri çoxaldır, həm də bəzi ayələrin nəzərə alınmaması və onların ancaq tarixdə qaldığını (anaxronizm) zənn etmək kimi ağır nəticələrə gətirib çıxardır. Yuxarıdakı ayələrin meydana gətirdiyi metod isə mahiyyət etibarı ilə bütün bunlara ziddir.

Qeyd edək ki, bu kimi məsələlərlə əlaqədar olaraq saytımızın “Quran”, “Quran Araşdırmaları”“Müxtəlif Məsələlər” kimi bölmələrində ətraflı məlumat əldə edə bilərsiniz.

QEYD: Bu yazının hazırlanmasında əsas etibarilə ilahiyyat elmləri doktoru, professor (İstanbul Universiteti, Türkiyə) Abdulaziz Bayındırın Qurani-Kərimin İzahlı Tərcüməsi: Fatihə və Bəqərə Surələri, Şərhlər adlı əsərindən (Azərbaycan dilinə çevirib uyğunlaşdıran Bəylərov Fəqani, Bakı, Təknur nəşriyyatı, 2004-cü il) istifadə edilmişdir.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Bəqərə surəsinin 93-cü ayəsinin şərhinə nəzər yetirəndə əsa sözünün düzgün mənasının məhz bu yolla müəyyən edildiyini görmək olar. []
  2. رد الشيئ إلى الغاية المرادة منهRağib Əl-İsfahaninin Müfrədat lüğəti, ﺃﻮﻞ (Əlif, VavLam hərfləri) bəndi. Səfvan Adnan Davudinin təhqiqi ilə, Dəməşq və Beyrut, 1412/1992. []
  3. Quranda Xızırın adı çəkilmir. Hədislərdə isə bu şəxsin Xızır olması haqqında məlumat vardır. Baxın: Buxari, Elm, 44. []
  4. Buxari, Elm, 44. []
  5. Fidyə sözünün bir neçə mənası vardır. Burada aşağıdakı mənada işlədilmişdir:

    Bir kimsənin əsirlikdən, yaxud məruz qaldığı bir təhlükə və bəladan xilas olmaq üçün özü və ya başqası tərəfindən verilən pul və ya əşya – tərcüməçinin qeydi. []

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Hamı Quranı oxuyub başa düşə bilər? 05.07.09 484 dəfə oxundu
2 Tağutilik məfhumu nəyi bildirir? 05.07.09 440 dəfə oxundu
3 Quran və anaxronizm 05.07.09 399 dəfə oxundu
4 Ölüyə Quran tapşırmaq 11.03.11 1.151 dəfə oxundu
5 Adəm və İblis 05.07.09 478 dəfə oxundu
6 Mülayim İslam, yoxsa radikal? 05.07.09 377 dəfə oxundu
7 Bəqərə surəsinin 256-cı ayəsi 05.07.09 515 dəfə oxundu
8 Günahların Allah tərəfindən bağışlanması 05.07.09 475 dəfə oxundu
9 Allahın ərşə istiva etməsi 05.07.09 382 dəfə oxundu
10 Qurana qulaq asmaq və səcdə ayəsi 05.07.09 392 dəfə oxundu
11 Quranı qaydalara əsasən oxumaq 05.07.09 545 dəfə oxundu
12 “İnsanları və cinləri ancaq Mənə ibadət etsinlər deyə yaratdım” ayəsi nə deməkdir? 05.07.09 422 dəfə oxundu
13 Quranın hamı tərəfindən başa düşülməsi 05.07.09 448 dəfə oxundu
14 Quranın zikr olması 05.07.09 354 dəfə oxundu
15 Bismillahi-r-Rəhmani-r-Rəhim ifadəsi 05.07.09 475 dəfə oxundu
16 Cəbrayılın peyğəmbərə yuxuda gətirdiyi vəhyin Quran olmadığını demək olar? 05.07.09 428 dəfə oxundu
17 Həzrəti İsa həzrəti İshaqın nəslindəndir? 05.07.09 543 dəfə oxundu
18 Nuh peyğəmbər əslində nə qədər yaşayıb? 05.07.09 559 dəfə oxundu
19 Yunus peyğəmbər tövbə etməsəydi, nə baş verəcəkdi? 26.02.10 533 dəfə oxundu
20 Şübhənin imana nəzərən əhəmiyyəti nədən ibarətdir? 27.06.10 411 dəfə oxundu
21 Allah bəzi insanların kafir kimi ölməyini istəyir? 23.12.11 142 dəfə oxundu
22 “Allahdan gəldik, Allaha qayıdacağıq” ayəsini necə başa düşmək lazımdır? 12.12.09 355 dəfə oxundu
23 Radio və televizordan Qurana qulaq asmaq onu xətm etmək hesab edilir? 29.12.09 423 dəfə oxundu
24 Ərafın 54-cü ayəsinə əsasən gecə qabaq gəlir, yoxsa gündüz? 25.03.11 237 dəfə oxundu
25 Qadın Quran oxuduğu vaxt başını örtməlidir? 13.03.10 663 dəfə oxundu
26 Qurbanlıq buğa əhvalatı 01.04.10 406 dəfə oxundu
27 Şəfaət 08.04.10 528 dəfə oxundu
28 Kafir nə deməkdir? Kafir kimlərə deyilir? 02.04.10 546 dəfə oxundu
29 Bəqərə surəsi 19.04.10 705 dəfə oxundu
30 Vaqiə surəsinin 79-cu ayəsindəki mutahhəruun sözü nə deməkdir? 14.04.10 332 dəfə oxundu
31 Fitrət nə deməkdir? Quranın fitrətlə nə kimi bir əlaqəsi var? 14.04.10 338 dəfə oxundu
32 Təhrif nə deməkdir? 16.04.10 294 dəfə oxundu
33 Fatihə surəsinin Rus dilinə tərcüməsi necə olmalıdır? 22.04.10 635 dəfə oxundu
34 Bəqərə surəsinin 93-cü ayəsi 25.04.10 437 dəfə oxundu
35 Bəqərə surəsinin 62-ci ayəsi 26.04.10 531 dəfə oxundu
36 Quranı başa düşmək 26.04.10 667 dəfə oxundu
37 Həmd, şükür, təşəkkür və mədh etmək nə deməkdir? 27.04.10 335 dəfə oxundu
38 Peyğəmbər Qurani-Kərimi necə təbliğ və şərh edib? 28.04.10 331 dəfə oxundu
39 Quranda şirklə əlaqədar hansı ayələr var? 05.05.10 388 dəfə oxundu
40 İblisin haqq yoldan azmağı 12.05.09 676 dəfə oxundu
41 Bəqərə surəsi, 7-ci ayə (II hissə) 28.03.10 448 dəfə oxundu
42 Nəsx və izahı 26.05.10 1.051 dəfə oxundu
43 Nisa surəsinin 159-cu ayəsinin izahı 27.11.10 425 dəfə oxundu
44 Əshabi-hicr hansı peyğəmbərin qövmüdür? 26.01.11 289 dəfə oxundu
45 Ələq surəsindəki: “Oxu!” – buyuruğu ilə nə nəzərdə tutulur? 26.01.11 240 dəfə oxundu
46 Hansı zikr kıtabını oxumaq lazımdır? 06.07.10 441 dəfə oxundu
47 Quranda hər şey yazılıb? 15.01.10 548 dəfə oxundu
48 Əraf surəsinin 109-110-cu ayələri ilə Şuəranın 34-35-ci ayələrində bir ziddiyyət var? 04.02.11 275 dəfə oxundu
49 Allah yeri əvvəl yaradıb, yoxsa göyü? 07.02.11 256 dəfə oxundu
50 Nəcva sədəqəsi məsələsi indi də qüvvədədir? 28.02.11 252 dəfə oxundu
51 Qurandakı əshabul-yəmin və əshabuş-şimal ifadələri nə deməkdir? 05.03.11 191 dəfə oxundu
52 Firon niyə iman gətirmədi? 10.03.11 210 dəfə oxundu
53 İbrahim peyğəmbərin sınağa çəkildiyi kəlmələr nədir? 11.03.11 605 dəfə oxundu
54 Quran kitab halına salındığı vaxt ona bir müdaxilə olub? 18.03.11 210 dəfə oxundu
55 Qurani-Kərimin xüsusiyyəti 15.03.11 1.270 dəfə oxundu
56 Qurandakı “şaə” və “əradə” felləri “istəmək” mənasını bildirir? 18.03.11 208 dəfə oxundu
57 Qurandakı dua ayələri Allahın sözü deyil? 19.03.11 278 dəfə oxundu
58 Ölünün dalınca Quran oxumağın nə mənası var? 20.03.11 427 dəfə oxundu
59 Quranda şikəst doğulmaqla əlaqədar ayələr var? 21.03.11 318 dəfə oxundu
60 Quran 23 ildə nazil olub, yoxsa 1 ayda? 22.03.11 215 dəfə oxundu
61 Vaqiə surəsini oxuyan varlı olur? 27.03.11 356 dəfə oxundu
62 Yığıncaqların axırında Əsr surəsini oxumaq vacibdir? 04.04.11 207 dəfə oxundu
63 Quran oxuduqda əuzu-bəsmələ deməyin hökmü nədir? 02.04.11 477 dəfə oxundu
64 Quranda hal-hazırda tətbiq oluna bilməyən hökmlər var? 10.04.11 165 dəfə oxundu
65 Quran Azərbaycanca oxunmalıdır, yoxsa Ərəbcə? 12.04.11 310 dəfə oxundu
66 Qərb alimlərinin Quranın təhrif edildiyinə dair iddiaları düzdür? 16.04.11 211 dəfə oxundu
67 Sad surəsinin 29-cu ayəsini niyə belə tərcümə etmisiniz? 20.04.11 205 dəfə oxundu
68 Günahkarlar Qiyamət günü kor vəziyyətdə həşr olunacaqlar? 18.04.11 279 dəfə oxundu
69 Quran təkcə kişilərə müraciət edir? 21.04.11 192 dəfə oxundu
70 Quranda ümmət sözü neçə mənada işlənir? 26.04.11 196 dəfə oxundu
71 Quranın başa düşülməsində ictihadın əhəmiyyəti 13.05.11 216 dəfə oxundu
72 Peyğəmbər axırıncı ayə nazil olana qədər Quranla hökm vermədi? 13.05.11 175 dəfə oxundu
73 Quran dərsini niyə ayələrin nazil olduğu ardıcıllığa əsasən keçmirsiniz? 17.05.11 195 dəfə oxundu
74 Allah Quranda Özü haqqında bəzi hallarda nə üçün: “Biz”, – deyir? 17.05.11 244 dəfə oxundu
75 Tin surəsindəki “əsfali-safilin” ifadəsi ilə dünya nəzərdə tutulur? 20.05.11 181 dəfə oxundu
76 “Mən müsəlmanların birincisiyəm”, – ayəsini necə başa düşmək lazımdır? 22.05.11 219 dəfə oxundu
77 Ərəb dilini bilməyənlər Quranı nə cür dərk edə bilərlər? 25.05.11 226 dəfə oxundu
78 Qiraət və tilavətin bir-birindən nə fərqi var? 08.06.11 160 dəfə oxundu
79 Fatihə surəsi neçə ayədir? Bismillah bu surənin 1-ci ayəsidir? 08.06.11 253 dəfə oxundu
80 Quranı musiqi kimi gözəl oxumağın bir eybi var? 13.06.11 236 dəfə oxundu
81 “Ancaq Səndən kömək istəyirik” ayəsinin izahı 26.06.11 156 dəfə oxundu
82 Ancaq Allahdan kömək diləmək nə məna verir? 26.06.11 178 dəfə oxundu
83 Qurana əsasən cansız varlıqların da öz dilləri var? 04.07.11 221 dəfə oxundu
84 Peyğəmbər bizim bütün əməllərimizi görür? 05.07.11 273 dəfə oxundu
85 Qurandakı “ulu-l-əlbab” nə məna verir? 07.07.11 154 dəfə oxundu
86 İnsanın başına bir iş gələndə şeytanın dostu olur? 07.07.11 178 dəfə oxundu
87 Naziat surəsinin 29-cu ayəsindəki gün nə deməkdir? 08.07.11 182 dəfə oxundu
88 Təbbət surəsi 11.07.11 244 dəfə oxundu
89 Qurandakı xüsusi sözlər üçün hansı mənbələrə baxmaq lazımdır? 17.07.11 241 dəfə oxundu
90 Qurandakı “aşna” sözü ilə nə nəzərdə tutulur? 17.07.11 221 dəfə oxundu
91 Zuxruf surəsinin 61-ci ayəsində İsa nəzərdə tutulur? 03.08.11 239 dəfə oxundu
92 Ənfal surəsi 48-ci ayəyə əsasən şeytanın gördüyü şey nədir? 19.09.11 186 dəfə oxundu
93 Ənam 143-144-cü ayələrdə qeyd edilən heyvanlar 8 cütdür, yoxsa 8 tay? 28.09.11 159 dəfə oxundu
94 Quranın ecazı 21.11.11 522 dəfə oxundu
95 Quranı beldən aşağıda tutmaq olar? 26.12.11 105 dəfə oxundu
96 Zorla Quran oxutmaq olar? 26.12.11 98 dəfə oxundu
97 “Allah və peyğəmbərin qabağına keçməyin” ayəsi nə məna verir? 29.12.11 104 dəfə oxundu
98 Hucurat surəsinin 7-ci ayəsini necə başa düşmək lazımdır? 02.01.12 106 dəfə oxundu
99 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 182 dəfə oxundu
100 Peyğəmbərin Quranı şərh etmək kimi bir missiyası olub, yoxsa yox? 06.01.12 85 dəfə oxundu