Saqqalsız bir şəxs pişnamazlıq edə bilər?
Müsəlmanlar > Fitvalar > İslamda saqqal Tarix: 22 aprel 2010 Tövsiyə et Çap et
Sual: Saqqalı olmayan bir adam imam-camaat ola bilər? Belə bir adam peyğəmbərin sünnəsini yerinə yetirmədiyinə görə bu məsələdə tərəddüd yaranır. Məsələnin əsli nədən ibarətdir?

Cavab: “Namaz İslam dininin buyurduğu ilk və ən böyük əməldir. İnsanı Allaha aparan ən uca ibadətdir. Namaz qılmaq insana axirət xoşbəxtliyi bəxş edir, namaz qılmamaq isə insanı Cəhənnəm əzabına düçar edir. Namaz belə bir ibadət borcudur. Buna görə də 5 vaxt namazın şərtlərinə rəayət etmək və müəyyən üzrlü səbəblər olmadıqca namazı camaatla (birlikdə) qılmaq lazımdır.

Cəm namazı üçün bilikli və təqvası olan, Allahın və peyğəmbərin buyuruq və qadağalarına əməl edən pişnamazlar olmalıdır. Lakin məkruh olsa da, böyük günahları edən imamların arxasında da namaz qılmaq caizdir (olar). Çünki peyğəmbərimiz (s. a. v.) bu barədə belə demişdir:

“La ilahə illəllah deyənlərin cənazə (meyyit) namazını qılın. La ilahə illəllah deyənlərin arxasında namaz qılın”.

(Düşmən qorxusu və xəstəlik kimi müəyyən üzrlü səbəblər istisna olmaqla) 5 vaxt namazı təqvalı olan və ya fasiq (böyük günahları edən) şəxsin arxasında camaatla qılmaq lazımdır.1

Bu hədislərdə qeyd olunur ki, böyük haram işləri görən şəxslər imamlıq edə bilər. Belə çıxır ki, saqqalsız imamların arxasında namaz qılmaq şübhəsiz, caizdir. İnsanların bu məsələni camaat arasında ixtilaf və ayrılıq səbəbi halına gətirməyi olduqca təhlükəlidir”.2

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Əl-Camius-Səğir, 2/45; Əbu Davud, Kitabus-Səlat, Babu İmamətil-Bərri vəl-Facir. []
  2. Ali Rıza Demircan, İslami Kimliğimizi Korumak, Bəyan nəşriyyatı, İstanbul, 2008, s. 268-269. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İslam dinində saqqal saxlamaq barədə nə deyilir? 06.07.09 2.008 dəfə oxundu
2 Bir kişi saqqal saxlamaq üçün arvadından icazə almalıdır? 25.02.10 587 dəfə oxundu
3 Saqqalsız bir şəxs pişnamazlıq edə bilər? 22.04.10 511 dəfə oxundu