Qardaşlar öz bacılarını varislik hüququndan məhrum edə bilərlər?
Müsəlmanlar > Fitvalar > Miras-vəsiyyət Tarix: 21 aprel 2010 Tövsiyə et Çap et
Sual: Mənim qayınatam biz onun qızı ilə ailə qurmamışdan qabaq – 10 il bundan əvvəl rəhmətə gedib. Ondan qayınanama (öz arvadına), 3 oğluna və 1 qızına (qızı indi mənim həyat yoldaşımdır) xeyli miqdarda miras qalıb. O vaxt qayınlarım mirası bölüşdürməyiblər. Hamısı birlikdə işləyib pul qazanıblar və öz işlərini bu miras vasitəsilə görüblər. İndi yoldaşım deyir ki, mən qardaşlarımdan bir şey istəyə bilmərəm, utanıram. Ancaq biz özümüz də dolanışıq çətinliyi çəkirik. Belə olan halda, mənim yoldaşımın gedib qardaşlarından atalarından qalma mal-mülkdən istəməyə haqqı var? Xahiş edirəm, bu suala İslam dini baxımından cavab verin.

Cavab: Miras hissələri Allah tərəfindən müəyyən olunmuş haqlar deməkdir. Ata-ana və yaxud bacı-qardaş olsa da, heç kim kiminsə haqqını tapdaya bilməz. Bu böyük bir günahdır.

Sizin qayınatanızın qoyub getdiyi miras 8 hissəyə bölünməlidir. 1 pay onun arvadına (sizin qayınananıza), 1 pay qızına (sizin arvadınıza), oğlan uşaqlarının hər birinə (sizin qayınlarınıza) isə 2 pay verilməlidir.

Sizin yoldaşınız heç çəkinmədən gedib Allahın onun üçün müəyyən etdiyi haqqı anasından və qardaşlarından istəsin.

Varis olanlar, yəni, özlərinə miras qalan insanlar aşağıdakı Quran ayələrinə həmişə xüsusi diqqət yetirməli, mirası o ayələrə əsasən bölüşdürməli və heç kəsə haqsızlıq etməməlidirlər.

Allah övladlarınız haqqında sizə belə tövsiyə edir: Kişiyə iki qadının payı qədər pay düşür. Əgər övladların hamısı ikidən artıq sayda qadındırlarsa, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, mirasın yarısı ona çatır. Əgər ölənin övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi malının altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun anasına mirasının üçdə bir hissəsi düşür. Əgər ölənin qardaşları (və ya bacıları) varsa, onun anasına mirasının altıda bir hissəsi düşür. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. Bunlar Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah Biləndir, Müdrikdir”. (Nisa, 4/11. “Ə. M.”)

“Etdikləri vəsiyyət və borcdan sonra ərlərinizin əgər uşaqları yoxdursa, qoyub getdiklərinin yarısı sizindir. Uşaqları varsa, qoyub getdiklərinin dörddə biri sizindir. Uşağınız yoxdursa, sizin də etdiyiniz vəsiyyətdən və borc çıxıldıqdan sonra qoyub getdiyinizin dörddə biri onlarındır (arvadlarınızındır). Uşağınız varsa, qoyub getdiyiniz mirasın səkkizdə biri onlarındır.

Sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borc çıxıldıqdan sonra qoyub getdiklərinizin dörddə biri arvadlarınızındır.  Övladınız varsa, qoyub getdiklərinizin səkkizdə biri onlarındır.

Əgər ölmüş qadınlarınızın uşaqları yoxdursa, onların qoyub getdiklərinin yarısı sizindir. Uşaqları varsa, onda qoyub getdiklərinin etdikləri vəsiyyəti və ya borcu çıxdıqdan sonra dörddə biri sizindir. Sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borc çıxıldıqdan sonra qoyub getdiklərinizin dörddə biri arvadlarınızındır.  Övladınız varsa, qoyub getdiklərinizin səkkizdə biri onlarındır.

Bunlar (miras payları) Allahın qoyduğu qanunlardır (hüdudlar). Kim Allaha və peyğəmbərinə itaət edərsə, Allah onu içərisindən çaylar axan Cənnətə qoyacaq. Onlar orada əbədi qalacaqlar. Böyük qurtuluş budur.

Kim Allah və peyğəmbərinə üsyan edib (asi olmaq) Allahın hüdudlarını aşsa, Allah onu içərisində əbədi qalacağı Cəhənnəmə daxil edər. Alçaldıcı əzab onun üçündür”. (Nisa, 4/12-14)

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Kişi öldü. Arvadı, bir oğlu və bir qızı qaldı. Miras necə bölüşdürülməlidir? 09.02.10 296 dəfə oxundu
2 Kişi öldü. Üç oğlu, bir qızı qaldı. Miras necə bölüşdürülməlidir? 25.02.10 368 dəfə oxundu
3 Miras məsələsində uşaqlara fərq qoymağın hökmü nədir? 25.01.10 291 dəfə oxundu
4 Ölən adamın mirası necə bölüşdürülür? 25.01.10 287 dəfə oxundu
5 Kişilər nəyə görə qadınlardan çox miras alırlar? 25.01.10 281 dəfə oxundu
6 Haram pula varis olmaq olar? 25.01.10 297 dəfə oxundu
7 Rəddi-miras dini cəhətdən düzgündür? 25.01.10 324 dəfə oxundu
8 İki arvadı olan kişinin mirası necə paylanır? 25.01.10 293 dəfə oxundu
9 Kişi öldü. Arvadı, iki oğlu və iki qızı qaldı. Onun mirası necə bölüşdürülməlidir? 18.03.10 260 dəfə oxundu
10 Qadınlar öz ərlərinin mal-mülkünə hansı nisbətdə varis olurlar? 29.03.10 295 dəfə oxundu
11 Ölüm pulundan ölənin ata-anasına da pay düşür? 06.04.10 363 dəfə oxundu
12 Kişi öldü. Anası, arvadı, bir oğlu və iki qızı qaldı. Miras necə bölüşdürülməlidir? 15.04.10 267 dəfə oxundu
13 Qardaşlar öz bacılarını varislik hüququndan məhrum edə bilərlər? 21.04.10 316 dəfə oxundu
14 Borcu ola-ola ölən bir nəfərin borcunu ailə üzvləri ödəməyə məcburdur? 10.05.10 292 dəfə oxundu
15 Ölənin uşaqları varsa, qardaş-bacıları mirasdan nəsə ala bilərlər? 11.05.10 298 dəfə oxundu
16 Mirasda əkin yerləri və torpaq sahələrini necə bölüşdürmək lazımdır? 24.05.10 323 dəfə oxundu
17 Kişi öldü. Arvadı, 5 oğlu, 2 qızı qaldı. Onun mirasını necə pay etmək lazımdır? 25.05.10 281 dəfə oxundu
18 Kişi öldü. Arvadı, 1 qızı və 2 oğlu qaldı. Onun mirasını necə pay etmək lazımdır? 07.06.10 275 dəfə oxundu
19 Övladlığa götürülən uşağa miras düşür? 29.06.10 480 dəfə oxundu
20 Kişi öldü. Anası, atası, arvadı və üç qızı onun mirasını necə bölüşə bilərlər? 06.07.10 267 dəfə oxundu
21 Ana öldü. Əri, 1 oğlu və 4 qızı qaldı. Miras necə paylanmalıdır? 04.12.10 283 dəfə oxundu
22 Bağışlanan şeylər vərəsəlikdə nəzərə alınır? 28.12.10 236 dəfə oxundu
23 Yetim uşağa qalan mirasdan anası da istifadə edə bilər? 14.11.11 175 dəfə oxundu
24 Evdən çıxıb gedən uşağa miras düşür? 23.04.11 220 dəfə oxundu
25 Ata öldü. 3 oğlu, 4 qızı qaldı. Miras nə cür bölüşdürülməlidir? 07.06.11 167 dəfə oxundu
26 Kişi öldü. Miras 2 oğul, 2 qız və ölən oğlanın uşaqlarına necə verilməlidir? 16.07.11 189 dəfə oxundu
27 Nisa surəsinin 7-ci ayəsinə əsasən kişi və qadın mirasda bərabərdir? 10.09.11 223 dəfə oxundu
28 Kişi öldü. Arvadı, 4 oğlu, 3 qızı qaldı. Miras necə bölüşdürülür? 27.09.11 154 dəfə oxundu
29 Heç uşağı olmadan ölən kişinin vərəsəsi kimə qalır? 19.10.11 136 dəfə oxundu
30 Özündən sonra ata-anası, arvadı və qızı qalan kişinin mirası nə cür bölünür? 10.11.11 133 dəfə oxundu
31 Bir arvad öldü. Əri, 1 qardaşı, 1 bacısı qaldı. Onun mirasını nə cür bölək? 14.12.11 146 dəfə oxundu
32 Bir nəfər mirasını uşaqlarından təkcə birinə vəsiyyət edə bilər? 28.12.11 84 dəfə oxundu
33 Varislərdən biri dinin miras sistemini rədd etsə, nə olar? 29.12.11 86 dəfə oxundu
34 Kişi öldü. Arvadı və 3 uşağı qaldı. Onun vərəsəsi necə pay olunmalıdır? 10.01.12 103 dəfə oxundu
35 Pul aldığım adam öldü. Onun borcunu kimə qaytarım? 16.01.12 104 dəfə oxundu
36 2 oğlu, 1 qızı olan kişinin mirası nə cür pay olunur? 18.01.12 172 dəfə oxundu
37 Ölümdən sonrakı dövr üçün xeyirxahlıq 31.01.12 107 dəfə oxundu
38 Ölünün ayın-oyununu yaxın qohumları işlədə bilərlər? 06.02.12 61 dəfə oxundu