Müsəlmanlar
Bir malın qiyməti qalxsa, biz də qiyməti artıra bilərik?

Bir malın qiyməti qalxsa, biz də qiyməti artıra bilərik?

Sual: Satın aldığımız bir malın qiyməti artsa, biz də onun qiymətini artıra bilərik? Məsələn, 100 manatdan aldığımız bir malı 110 manata satdığımız vaxt həmin malın alış qiyməti 140 manata qalxsa, biz də əlimizdəki malın qalanını təzə qiymətlə sata bilərik?

Malı təzə qiymətlə sata bilərsiniz. Mal satdığınız vaxt onu neçəyə aldığınıza baxılmır; həmin malın o günkü bazar qiymətinə baxılır. Əgər sizin 10 manata aldığınız bir malın bazardakı qiyməti 100 manata qalxıbsa, siz də onu 100 manata satarsınız. Digər tərəfdən də 100 manata aldığınız bir şeyin qiyməti 10 manata düşsə, onu da 10 manatdan satarsınız. Bu, al-verin təbii bir qayda-qanunudur.