Cavab: Bu və bunun kimi hədislərdə tam dəstəmaz almaq Ərəb dilində isbağu’l-vudu kimi ifadə olunur. Bu ifadə bir şəxsin öz dəstəmazını dəstəmazda bədənin təmizlənən hissələrini (üzün və dirsəklərə qədər əl və qolların yuyulması, başın məsh edilməsi və ayaqların topuqlara qədər məsh edilməsi və ya yuyulması) layiqincə və diqqətlə yumaqla alması barədə işlədilir. Həmin hədisdəki nəfsin xoşlamadığı şeylərə baxmayaraq tam dəstəmaz almaq ifadəsini insanın ən çətin şəraitdə belə dəstəmaz üzvlərini layiqincə yuması, dəstəmazdakı müstəhəb işlərə diqqət yetirməsi kimi başa düşmək lazımdır. İnsan xüsusilə qışda şaxtalı havada buz kimi soyuq bir su ilə tələm-tələsik dəstəmaz almaq istər. Çünki belə çətin bir şərait nəfsin xoşlamadığı şəraitdir. Buna görə də insan dəstəmazda yuyulub təmizlənməli olan bədən hissələrini lazım olduğu kimi yumaya bilər. Belə bir şəraitdə belə üzvlərini layiqincə və diqqətlə yuyub dəstəmaz almaq insanı hədisdə haqqında danışılan savaba çatdırar.
Qeyd edilməlidir ki, məstdən1 istifadə etmək bu hədisdə bildirilən savabı qazanmağa mane olmur. Çünki bu, yəni, məst işlətmək Allah Təala tərəfindən insanlara təqdim olunan bir asanlıqdır. Bu asanlıqdan peyğəmbər (s. a. v.) və onun əshabələri həmişə istifadə ediblər. Əgər savab qazanmağa mane olsaydı, onu ilk əvvəl peyğəmbər (s. a. v.) özü işlətməz və əshabələrinə də işlətməyə icazə verməzdi.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: çust geyinmək, isbağu'l-vudu, məst, məst geyinmək