Dəstəmazdan sonra hansı duanı oxumaq lazımdır?
Müsəlmanlar > Dəstəmaz > Fitvalar Tarix: 19 aprel 2010 Tövsiyə et Çap et
Sual: Dəstəmaz alıb qurtardıqdan sonra hansı dua və ya duaları oxumaq lazımdır?

Dəstəmaz aldıqdan sonra kəlimeyi-şəhadət demək kifayətdir. Aşağıdakı hədisə əsasən bu, peyğəmbər (s. a. v.) tərəfindən məsləhət görülüb.

Uqbə ibn Amir demişdir:

“Biz peyğəmbərin yanında olduğumuz vaxtlarda öz işimizi özümüz görürdük. Dəvələrimizi də növbə ilə otarırdıq. (Bir gün) Dəvə otarmaq növbəsi məndə idi. Axşam dəvələri ağıla apardım. Gedib gördüm ki, peyğəmbər camaata nitq söyləyir. Ondan bunları eşitdim”:

“Sizin aranızdan bir nəfər qəşəngcə dəstəmaz alsa, sonra ürəyi və üzü ilə (namaza) yönəlib 2 rükət namaz qılsa, (Allah o şəxsin Cənnətə girməyinə) qətiyyətlə hökm edər”.

Mən dedim ki, bəh-bəh, nə gözəl şeydir bu. Qabağımda duran bir adam da mənə: “Uqbə, bundan qabaqkı lap qəşəng idi”, – dedi. Bir də gördüm ki, bu sözləri mənə deyən Ömər ibn Xəttabdır. Dərhal soruşdum ki, bundan əvvəlki nə idi? Ömər cavab verdi: “Sən gəlməmişdən qabaq peyğəmbər belə buyurdu”:

“Sizin aranızdan bir nəfər yaxşıca dəstəmaz alsa, sonra da: “Əşhədu əlla ilahə illallah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluh: Mən şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur və şahidlik edirəm ki, Muhəmməd Allahın bəndəsi və elçisidir”, – desə, o şəxs üçün Cənnətin 8 qapısı (birdən) açılar, istədiyi qapıdan içəri girər”.1

Hədisdə qeyd olunan “Cənnət qapılarının açılmağı” ifadəsi ilə “o vaxt həmin şəxsin üzünə Cənnətin qapılarının həqiqi mənada açılıb onu gözləməyi” nəzərdə tutulur. Ya da qapının açılmasındakı məqsəd o şəxsin “Cənnətin qapılarının açılmağını təmin edən əməli yerinə yetirmiş olmağı”dır.2

  1. Müslim, Təharət (Təmizlik), 17/234; Əbu Davud, Təharət, 65; Nəsai, Təharət, 109. []
  2. Sünen-i Ebu Davud Terceme ve Şerhi, Hüseyin Kayapınar, Necati Yeniel, Necat Akdeniz, Şamil Yayınevi, 1-ci cild, s. 308-309. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qüsldən sonra namaz qılmaq olar? 11.03.10 822 dəfə oxundu
2 Cinsi əlaqə və qüsl 07.07.09 899 dəfə oxundu
3 Dişlərdə plomb, dəstəmaz və qüsl 07.07.09 332 dəfə oxundu
4 Qadınların saçının naməhrəm tərəfindən görülməsi onların dəstəmazını pozar? 07.07.09 398 dəfə oxundu
5 Xəstələr necə dəstəmaz alırlar, yaxud nə cür almalıdırlar? 07.07.09 376 dəfə oxundu
6 Qüsl vaxtı hamamda çox qalmaq və vəsvəsə halı 07.07.09 556 dəfə oxundu
7 Kişi cinsiyyət üzvündən xaric olan mayelər və bunların dəstəmaza təsiri 07.07.09 669 dəfə oxundu
8 Bir dəstəmazla ən çox neçə vaxt namaz qılmaq olar? 14.12.09 977 dəfə oxundu
9 Dəstəmaz aldıqda gözlərə taxılan linzanı çıxartmaq lazımdır? 19.12.09 339 dəfə oxundu
10 Dəstəmazın sınıb sınmadığına dair şübhə yarandığı vaxt nə etmək lazımdır? 16.02.10 391 dəfə oxundu
11 Ana dəstəmazı olmadığı vaxt öz körpəsini əmizdirə bilər? 23.01.10 340 dəfə oxundu
12 Dırnaqlardakı lak dəstəmaz və qüslə mane olur? 24.08.09 627 dəfə oxundu
13 Dəstəmazlı olmayanın hazırladığı xörəyi yemək düzdür? 23.03.10 401 dəfə oxundu
14 İstibranı nə cür yerinə yetirmək lazımdır? 23.03.10 304 dəfə oxundu
15 Dəstəmazda boyuna məsh çəkməyin hökmü nədir? 23.03.10 343 dəfə oxundu
16 Qadınlar başqa cür dəstəmaz alırlar? 23.03.10 372 dəfə oxundu
17 Siqaret çəkmək dəstəmazı batil edir? 23.03.10 353 dəfə oxundu
18 Dırnaq tutmaq dəstəmazı pozur? 23.03.10 284 dəfə oxundu
19 Corabın üstündən məsh çəkmək olar? 28.03.10 512 dəfə oxundu
20 Qadınlardan gələn ağ rəngli axıntı dəstəmazı pozur? 17.04.10 969 dəfə oxundu
21 Dəstəmazdan sonra hansı duanı oxumaq lazımdır? 19.04.10 371 dəfə oxundu
22 Məst işlətmək dəstəmazın savabını azaldır? 19.04.10 300 dəfə oxundu
23 Başıaçıq gəzmək dəstəmazı pozur? 20.04.10 382 dəfə oxundu
24 Yuxu və yel çıxarmaq dəstəmazı pozur? 20.04.10 396 dəfə oxundu
25 Ayaq üstə sidiyə getmək günahdır? 20.04.10 628 dəfə oxundu
26 Övrət yerinə toxunmaq dəstəmazı pozur? 20.04.10 509 dəfə oxundu
27 Su imkanı yarandıqda təyəmmüm batil olur? 24.05.10 681 dəfə oxundu
28 Müsəlmanlar Məkkə dövründə namazı dəstəmazsız qılırdılar? 09.06.10 571 dəfə oxundu
29 Tualetdən çıxıb dəstəmazdan qabaq əlləri sabunla yumaq lazımdır? 19.01.11 305 dəfə oxundu
30 Dəstəmaz aldıqda gözlərin içini yumaq lazımdır? 21.01.11 276 dəfə oxundu
31 Vaqiə surəsinin 79-cu ayəsindəki mutahhəruun sözü nə deməkdir? 14.04.10 333 dəfə oxundu
32 Ayaqyolunda dəstəmaz almaq olar? 17.02.11 352 dəfə oxundu
33 Yel çıxarmaq dəstəmazı niyə batil edir? 06.03.11 394 dəfə oxundu
34 Dişə plomb qoydurulduqda və üstünə qapaq taxıldıqda dəstəmaz almaq lazımdır? 07.07.09 313 dəfə oxundu
35 Laklı dırnaqla dəstəmaz almaq olar? 21.04.11 377 dəfə oxundu
36 Bir kişi arvadını öpsə, dəstəmazı sınar? 12.05.11 385 dəfə oxundu
37 Odekolondakı spirt namaza maneçilik törədir? 23.06.11 447 dəfə oxundu
38 Kosmonavtlar kosmosda necə ibadət edə bilərlər? 24.01.11 275 dəfə oxundu
39 Qan və yuxu dəstəmazı pozur? 06.07.11 296 dəfə oxundu
40 Namazda gülmək həm namazı, həm də dəstəmazı pozur? 20.12.11 176 dəfə oxundu
41 Başa məsh çəkməmiş alınan dəstəmazla qılınan namaz səhihdir? 04.01.12 142 dəfə oxundu
42 İçki içmək dəstəmazı batil edir? 01.02.12 115 dəfə oxundu