İnsan nəyə görə günah edir? Hər günahın tövbəsi var?
Müsəlmanlar > Fitvalar > Tövbə Tarix: 19 Nisan 2010 Tövsiyə et Çap et
Sual: Mənim sizə 2 sualım var: 1) İnsan nə üçün günah edir? 2) Hər günahın tövbəsi olur? İnsan bəzən öz günahlarına görə ümidsizliyə qapılıb məyus olur. Bu sualları da ona görə soruşuram. Xahiş edirəm, cavab verəsiniz. Qabaqcadan minnətdaram.

Cavab: İnsanda kəmhövsələlik var. İnsan hövsələsizdir. Allah deyir:

“İnsan həqiqətən, çox hövsələsiz yaradılıb. Başına bir iş (pislik) gəldikdə ah-nalə edir. Ona bir imkan verildikdə isə xəsislik edir”. (Məaric, 70/19-21)

İnsanda nankorluq var. Necə deyərlər, “çörəyi dizinin üstündə”dir. Allah deyir:

“İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi”.1

İnsanda xəsislik də var. Allah Təala belə buyurur:

“Həqiqətən, var-dövlətiniz və övladlarınız ancaq bir sınaqdır. Böyük mükafat isə Allah yanındadır.

Nə qədər bacarırsınızsa Allahdan qorxun. Peyğəmbərə qulaq asıb itaət edin və malınızdan öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır.

Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir”. (Təğabun, 64/15-17)

Bütün bu xüsusiyyətlər insanın səhv etməyinə səbəb olur. Buna baxmayaraq insan nəyi düz, nəyi səhv etdiyini ayırd edə bilər. Onun buna kifayət qədər imkanı var. Quranda deyilir:

“(Nəfsə) üsyankarlığını və təqvasını təlqin edən haqqı, onu günahdan təmizləyən həqiqətən, arzusuna çatmış, qaraldıb günaha batıran da hər şeyini itirmişdir”. (Şəms, 91/8-10)

Yaxşılıq edən insan özündə həmin yaxşılıqdan irəli gələn bir gümrahlıq hiss edir. Pislik edən isə vicdan əzabı çəkir. Bu, Allahın böyük bir lütfüdür. İnsan bunun sayəsində etdiyi səhvdən dönmək və tövbə etmək ehtiyacı hiss edir. Günah nə qədər ağır olursa, olsun, tövbə qapısı həmişə açıqdır. Allah buyurur:

“Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”

Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz.

Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun”! (Zumər, 39/53-55)

Allah deyir:

“Allah sizə açıq-aydın izah etmək, sizdən əvvəlkilərin etdiklərini göstərmək və tövbənizi qəbul etmək istəyir. Allah bilir, düzgün qərar verir.

Allah istəyir ki, sizin tövbələrinizi qəbul etsin. Ehtirasının ardınca düşənlərin istəyi isə sizin yaxşıca onlara yönəlməyinizdir.

Allah sizi rahatlaşdırmaq istəyir. İnsan övladı onsuz da zəif yaradılıb”. (Nisa, 4/26-28)

Əgər insan tövbə etmədən ölübsə, bu halda Allahın bağışlamayacağı yeganə günah şirk günahıdır. Quranda bu barədə belə deyilir:

“Allah şirki bağışlamaz. Onun xaricindəkiləri istədiyi şəxs üçün bağışlayar”. (Nisa, 4/48)

Şirk şərik qoşmaq deməkdir. Allaha şərik qoşmaq Allaha məxsus olan xüsusiyyətlərin birini və yaxud bir neçəsini başqa bir varlıqda da görmək deməkdir. Bu varlıq bəzi vaxtlarda insanın öz ehtiras və arzuları olur. Amma bunlar əksər hallarda Allaha “yaxın” hesab edilən “ulular” və ruhanilərdir. Din böyükləri və ruhanilər Allaha şərik qoşanlar tərəfindən yarı insan-yarı ilah hesab edilir və “Allahla insan arasındakı vasitəşilik” mövqeyinə gətirilirlər. Onları din xadimləri təmsil edir. Allahın şəriki ilə münasibətdə olmaq Allahla əlaqə qurmaq hesab edildiyinə görə bəzi din xadimləri bu vasitə ilə dindən istifadə edirlər. Hər namazda oxunan Fatihə surəsində deyilir:

“Allahım! Ancaq Sənə ibadət edir (Sənə qul oluruq), ancaq Səndən kömək istəyirik”.

Bu ayələrin tələbini yerinə yetirən müsəlmanlar şirkdən, eləcə də, dindən sui-istifadə etmək kimi bir əməldən uzaq bir dini həyat yaşayırlar.

Nəticə etibarilə, insan qəsdən (bilə-bilə, şüurlu surətdə, bilərək) və ya bilmədən hər cür günah və səhv edə bilər. İnsan nə vaxt günahdan qayıtmaq istəsə, tövbə qapılarının açıq olduğunu bilməli və əsla ümidsizliyə düşməməlidir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Yunus, 10/12. Tərcümə Əlixan Musayev tərəfindən edilib. Mətn www.quran.az saytından iqtibas olunub. Mütərcimin adı bundan sonra qısa formada “Ə. M.” kimi göstəriləcək – redaktordan. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
3.254 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qiyamət saatını görənlərin son andakı imanı qəbul ediləcəkmi? 15.05.17 701 dəfə oxundu
2 Allah şirk günahını insan tövbə etsə də, heç vaxt bağışlamır? 01.03.10 3.625 dəfə oxundu
3 Peşman olan bir oğru, oğurluğunun kəfarətini necə ödəyə bilər? 06.10.17 154 dəfə oxundu
4 Yunus peyğəmbər tövbə etməsəydi, nə baş verəcəkdi? 26.02.10 3.181 dəfə oxundu
5 Tövbəmizin qəbul olunub olunmadığını hardan biləcəyik? 27.11.17 236 dəfə oxundu
6 Evlilikdən qabaq cinsi akt və zina 24.07.09 11.661 dəfə oxundu
7 İnsan nəyə görə günah edir? Hər günahın tövbəsi var? 19.04.10 3.254 dəfə oxundu
8 Təriqətlərdə mövcud olan tövbə almaq nə deməkdir? 12.02.10 2.156 dəfə oxundu
9 Tövbə edə bilmədən ölən insanın halı necə olacaq? 21.02.11 2.422 dəfə oxundu
10 Bizim savablarımız puç ola bilər? 09.03.11 1.524 dəfə oxundu
11 Kiçik günahlar əfv olunacaqsa, Allaha yalvarmağın nə mənası var? 08.09.11 2.041 dəfə oxundu
12 Allahın bir əmrini yerinə yetirməmək bizi kafir edir? 27.11.14 1.257 dəfə oxundu
13 Allah hər günahkar insana tövbə üçün möhlət verir? 02.01.12 2.255 dəfə oxundu
14 Nədamət 28.02.12 1.379 dəfə oxundu
15 Peyğəmbərin bağışlanma üçün duası hansı məqsədi daşıyır? 08.07.12 3.709 dəfə oxundu
16 Evlənməmişdən qabaqkı günahımız evlənəndə bağışlanır? 22.07.12 8.677 dəfə oxundu
17 Kiçik günahlardan uzaq durmayanlar Cəhənnəmə daxil olacaqlar? 05.01.15 1.553 dəfə oxundu
18 Qurana görə tövbəsi qəbul edilməyənlər kimlərdir? 10.02.17 813 dəfə oxundu