Cavab: Allah Təala belə buyurur:
“Xəstə və yaxud səfərdəsinizsə və ya sizin aranızdan bir nəfər ayaqyolundan gəlibsə, ya da qadınlara toxunmusunuz, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin; onunla üzünüzü və əllərinizi məsh edin”.1
Bu ayə deyir ki, dəstəmaz ayaqyolunda baş verən şeylərlə pozulur. Bir qadından xaric olan gündəlik axıntılar isə ayaqyolunda görülən işlərdən deyil. Odur ki, bu cür şeylər dəstəmazı pozmur. Həmin mayenin dəstəmazı pozacağına dair səhih (mötəbər) və ya zəif bir hədis, ya da tabein sözü də yoxdur.
Unutmayın, yuxarıda deyilənlər bu məsələnin dini cəhətdən təhlilindən ibarətdir. Odur ki, qadınlara məxsus hallarla (menstruasiya, menstruasiya siklinin pozulması, zahılıq və sairə kimi şeylər) əlaqədar olaraq mütləq bir qadın xəstəlikləri mütəxəssisinə – ginekoloq-həkimə müraciət etmək lazımdır.
Etiketlər: aybaşı, dəstəmazı pozan şeylər, dəstəməazı nə pozur?, ginekoloqa müraciət, heyzli qadın, menstruasiya sikli, qadın xəstəlikləri, qadından axan mayelər, qadından gələn axıntı, zahı, zahılıq