Müsəlmanlar
Mənim borcum da var, alacağım da. Zəkatı necə verməliyəm?

Mənim borcum da var, alacağım da. Zəkatı necə verməliyəm?

Sual: Mənim bir dükanım var. Təxminən 750 min manat borcum var. Bu borclar aylara bölünüb. 900 min manatdan çox da alacağım var. Bu da aylara bölünüb. Hal-hazırda dükanımda 250 min manatlıq mal var. Belə olan halda, mən nə qədər zəkat verməliyəm?

Alacağınız 900 minlə 250 minlik malınız ümumilikdə 1 milyon 150 min edir. Bundan 750 min manat borcunuzu çıxdığınız vaxt əlinizdə 400 min manat qalır. Həmin məbləğin (400 min manatın) 2,5 %-ini zəkat verməlisiniz. Bu da 10 min manat edir.