Cənnət və Cəhənnəm əbədidir?
Müsəlmanlar > Fitvalar > Ölümdən sonrakı həyat Tarix: 16 aprel 2010 Tövsiyə et Çap et
Sual: Bəzi insanlar Quran ayələrindəki xuld və əbəd sözlərinin mənşəyinə və guya həzrəti Əbu Bəkr və Abdulla ibn Məsuddan iqtibas etdiklərini irəli sürdükləri sözlərə əsaslanaraq Cənnət və Cəhənnəmin bizim başa düşdüyümüz mənada əbədiliyi məsələsində şübhə oyandırırlar. Bu barədə nə deyə bilərsiniz? Yəni, bilmək istəyirəm ki, Cəhənnəm əbədidir, yoxsa yox?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, Allahın ayələrini insanların sözlərinə əsaslanıb qiymətləndirmək düzgün deyil. Çünki Quranın izah edilməsi öhdəliyini necə deyərlər, Allah Təala məhz Özü götürüb.

“(Ey Muhəmməd!) Cəbrayıl sənə Quranı bildirdiyi vaxt tələm-tələsik dilini tərpətmə.

Onu cəm etmək və oxutmaq bizim işimizdir.

Biz oxuduğumuz vaxt onun oxunuşunu izlə.

Sonra onu izah etmək də bizim işimizdir”.1

“Əlim, Lam, Ra. Bu elə bir kitabdır ki, ayələri möhkəm edilmiş, sonra hakim (müdrik) olan və hər şeyin iç üzünü bilən Allah tərəfindən təfsilatla izah edilmişdir”.2

Buna görə də bir ayəni başa düşmək üçün başqa ayələrə də baxmaq, bir qayda olaraq ayələri birlikdə təhlil edib qiymətləndirmək lazımdır. Cənnət və Cəhənnəmlə əlaqədar olan Quran ayələrinin bəzilərində açıq-aydın formada bildirilib ki, möminlər Cənnətdə, kafirlər isə Cəhənnəmdə əbədi olaraq (xalidiinə fiha əbədən) qalacaqlar.3

“Biz heç bir bəşərə (insan) xuld (əbədiyyət) qismət etmədik. Sən ölsən, onlar əbədi qalacaqlar?

Hər nəfs ölümü dadacaq!”.4

Ayəyə əsasən xuld ölməzlik deməkdir. Bu söz dünya haqqında işlədildiyi vaxt uzun bir müddət, Axirət barədə işlədildikdə isə sonsuzluq mənalarını verir.

Bir sözlə, “hadis olan, yəni sonradan mövcud olan, yaradılan varlıqlar əbədi ola bilməz” kimi elementar məntiq qaydaları ilə Allahın ayələrini təvil edib yozmaq düzgün deyil. Allah nə buyurursa, onu o cür başa düşməliyik. Yoxsa, əstəğfirullah, bizim nə həddimiz var ki, Allahı haqq-hesaba çəkək? Bu mümkün deyil! Ona görə də bu cür məsələlərdə çaş-baş olmamaq üçün insanların dediklərinə deyil, Allahın dediyinə və nəyi necə dediyinə baxmalıyıq. Onun kitabında bir ixtilaf və ziddiyyət olmadığına görə həm başımız dinc olar, həm də ürəyimiz rahat. Buna görə Allah Təala buyurur:

“Qəlblər ancaq və ancaq Allahı zikr etməklə rahatlığa qovuşur”.5

Allahın zikri Qurandır.

  1. Qiyamət, 75/16-19. []
  2. Hud, 11/1. []
  3. Nisa, 4/57, 122, 169; Maidə, 5/119; Tövbə, 9/22, 100; Kəhf, 18/3; Əhzab, 33/65; Təğabun, 64/9; Talaq, 65/11; Cinn, 72/23; Beyyinə, 98/8. []
  4. Ənbiya, 21/34-35. []
  5. Rəd, 13/28. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Biz Cənnətdə Allahı görə biləcəyik? 10.03.10 900 dəfə oxundu
2 Ölüyə Quran tapşırmaq 11.03.11 1.151 dəfə oxundu
3 Üç aylarda vəfat edənlər həqiqətən də, haqq-hesaba çəkilmirlər? 07.01.10 645 dəfə oxundu
4 Axirətdə günahkar möminlərin vəziyyəti necə olacaq? 22.01.10 547 dəfə oxundu
5 Bizim bu dünyada qayəmiz Cənnəti qazanmaqdır yoxsa Allah rizasını? 07.08.09 420 dəfə oxundu
6 Cənnət və Cəhənnəm əbədidir? 16.04.10 510 dəfə oxundu
7 Bəqərə surəsinin 62-ci ayəsi 26.04.10 531 dəfə oxundu
8 Axirət günü ilə Qiyamət günü eyni gündür, yoxsa ayrı? 27.04.10 696 dəfə oxundu
9 Ölüm qorxusu 16.12.10 813 dəfə oxundu
10 Deyirlər ki, dünya axirətin tarlasıdır. Bunu necə izah etmək olar? 04.08.09 390 dəfə oxundu
11 İnsan ürəyindən keçən şeylərə görə cavabdehdir? 11.02.11 449 dəfə oxundu
12 Tövbə edə bilmədən ölən insanın halı necə olacaq? 21.02.11 403 dəfə oxundu
13 Bir kişi ölən arvadının meyyitini yuya bilər? 03.03.11 482 dəfə oxundu
14 Cənnətdə hamı Allahı görəcək? 04.03.11 365 dəfə oxundu
15 Ölünün dalınca Quran oxumağın nə mənası var? 20.03.11 427 dəfə oxundu
16 Günahkarlar Qiyamət günü kor vəziyyətdə həşr olunacaqlar? 18.04.11 279 dəfə oxundu
17 Ölünün dalınca verilən nəzirin savabı ölüyə çatır? 27.04.11 357 dəfə oxundu
18 Ölüyə Quran tapşırmaqla əlaqədar hədislər səhihdir? 01.07.11 271 dəfə oxundu
19 Ana bətnində ölən körpələr Cənnətə daxil olacaqlar? 27.10.11 242 dəfə oxundu