Cavab: Muhəmməd peyğəmbər (s. a. v.) bir hədisdə belə dedi:
- Sizə (yanında məhrəmi olmayan) qadınların yanına getməyi qadağan edirəm.
Bu sözdən sonra Ənsardan bir nəfər soruşdu:
- Ey Allahın elçisi! Bəs (ərin ataları və oğullarından başqa o biri) kişi qohumları necə?
Rəsulullah cavab verdi:
- Onlarla xəlvət (təkbaşına qalmaq, xəlvəti yerdə qalmaq) ölümdür.1
Hədisin mətnindəki həmv sözü Ərəb dilində ərin kişi qohumlarını bildirən bir sözdür (qayın, ərin əmisi oğlu və sairə kimi).
Bu məsələ ilə əlaqədar digər bir hədis aşağıdakı kimidir:
“Bundan sonra heç bir kişi təkbaşına olan bir qadının yanına daxil olmasın. Yanında 1-2 nəfər olsa, girə bilər”.2
Əgər yuxarıdakı iki hədisi birlikdə qiymətləndirsək, görərik ki, bir kişinin bir otaqda (qapalı yerdə) təkbaşına olan bir qadının yanına girməyi qadağan edilib. Ərin kişi qohumları ilə xəlvəti bir yerdə qalmağın daha təhlükəli və fitnə-fəsada səbəb olmağına görə peyğəmbərimiz (s. a. v.): “Həmv, yəni, qadının təkbaşına ərinin kişi qohumları ilə qalmağı ölümdür”, – demişdir. Qadın təsəttürlü (hicablı) olduğu halda, açıq bir yerdə və yaxud üçüncü şəxs və şəxslərin də olduğu bir yerdə yaxın qohumları ilə qala bilər.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: hamv, həmv ölümdür, kişi-qadın münasibətləri, müsəlman qadının hərəkətləri, məhrəmiyyət, məhrəmlik, qohumların arasında məhrəmiyyət, xəlvət, xəlvət yerdə qalmaq, xəlvəti səhihə
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Qadınların kişilərin yanında davranışları barədə | 16.08.09 | 573 dəfə oxundu |
| 2 | Qohum-əqrəba məhrəmiyyəti məsələsində nəyə fikir vermək lazımdır? | 15.04.10 | 618 dəfə oxundu |
| 3 | Qohumla evlənmək hansı qarına qədər haramdır? | 22.02.10 | 821 dəfə oxundu |
| 4 | Atam heç bir qohumumuzla danışmır. Bu problemi necə həll edə bilərik? | 14.01.10 | 453 dəfə oxundu |
| 5 | Hansı qohumlara baş çəkmək dini cəhətdən vacibdir? | 12.05.10 | 466 dəfə oxundu |
| 6 | Bir qadın ərinin əmisini çimizdirə bilər? | 22.04.11 | 444 dəfə oxundu |
| 7 | Qohum evlilikləri nəticəsində nə üçün qüsurlu uşaqlar doğulur? | 22.02.10 | 938 dəfə oxundu |
| 8 | Bayramlarda həmişə kiçiklər böyükləri ziyarətə getməlidir? | 25.11.11 | 192 dəfə oxundu |
| 9 | Allah valideynin səhvinə görə uşaqlara cəza verir? | 15.12.11 | 212 dəfə oxundu |