Eyni vaxtda iki kişi ilə kəbin kəsdirmək olar?
Müsəlmanlar > Evlilik-ailə həyatı > Fitvalar > Zina Tarix: 13 aprel 2010 Tövsiyə et Çap et
Sual: Mən bu yaxınlarda ərə gedəcəyəm. Ancaq başqa bir kişini sevirəm. Əgər həmin sevdiyim kişi ilə molla kəbini kəsdirib danışsam, ərimin də molla kəbinli arvadı olaram? Əlavə olaraq, belə etdikdə ərimi aldatmış oluram. Bu çox günahdır? Ancaq əlimdən başqa bir şey gəlmir. Mən səhv bir yoldayam. Bunu bilirəm. Başqası ilə ailə quracağam amma o biri kişini də çox istəyirəm. Ərimi aldadacağam. Xahiş edirəm, mənə bir çıxış yolu göstərin.

Cavab: Kəbin evlənmək deməkdir. Rahatlıqla gəzib dolaşmağı, eləcə də birlikdə yaşamağı “leqallaşdıran” formal bir şey deyil! Kəbin vacib bir məsələdir. Ona görə də belə şeylərdən sui-istifadə etmək olmaz!

Bir qadın eyni vaxtda iki kişiyə ərə gedə bilməz. Məgər siz nikahı evlilik kimi qəbul etmirsiniz? Ərinizin kəbinli arvadı olduğunuz müddət ərzində başqa bir kişi ilə əsla kəbin kəsdirə bilməzsiniz.

Siz əslində zina etmək üçün bizdən icazə istəyirsiniz. Elə isə nə üçün istəmədiyiniz kişiyə ərə gedirsiniz? Gedin, sevdiyiniz adamla ailə qurun. Zorla evlənmək olmaz. Bundan başqa, ərə gedəcəyiniz kişinin nə təqsiri var? Onu nə üçün aldadacaqsınız? O sizə etibar edib sədaqətli olduğunuzu fikirləşəcək. Sizə: “Halalım”, – deyəcək. Siz də gedib başqa bir kişi ilə kef çəkəcəksiniz. Belə bir şey mümkün deyil! Odur ki, həmin adama ərə getməyəcəksiniz. Əgər ərə gedəcəksinizsə, o biri kişini ağlınızdan çıxartmalısınız! Bu belə olmalıdır! İkisindən birinə qərar verin!

Ailəniz sizi istəmədiyiniz bir kişiyə ərə getməyə məcbur edir? Dinimizdə bunun bir cavabı var. Buyurun, oxuyun:

Bakirə bir qız Ayşənin yanına gəlib dedi: “Atam məni qardaşının oğluna ərə verdi ki, mənim vasitəmlə öz mövqeyini möhkəmləndirsin. Amma bu hal mənim xoşuma gəlmir”. Ayşə cavab verdi ki, peyğəmbər evə gələnə qədər oturub gözlə. Bu dəm peyğəmbər (s. a. v.) gəlib çıxdı. Həmin qız vəziyyəti ona danışdı. Peyğəmbər isə dərhal adam göndərib qızın atasını yanına çağırtdırdı. Bu məsələdəki səlahiyyəti qızın özünə verdi. Qız dedi:

“Ey Allahın elçisi! Əslində mən atamın tutduğu işə razılıq vermişdim. Amma bu məsələdə qadının bir hüququ olub olmadığını öyrənmək istəyirdim. Ona görə də bu əhvalatı sizə danışdım”.1

Yuxarıdakı hədisdən açıq-aydın məlum olur ki, evlilik məsələsində səlahiyyət qıza məxsusdur. Həmin kişi ilə evlənmək istəmirsinizsə, bunu ailə üzvlərinizə açıq-aşkar deyin. Necə deyərlər, örtülü bazar dostluğu pozar! Heç kim sizi istəmədiyiniz bir adama ərə getməyə məcbur edə bilməz! Ata-ananız olsa belə, heç kəsin buna ixtiyarı yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Nəsai, Nikah, 36; İbn Macə Nikah, 12; Əbu Davud, Nikah, 26; Əhməd ibn Hənbəl, Müsnəd, IV cild, s. 136. Mətn Nəsaidən götürülüb. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Arada kəbin olmadığı halda, tərs cinsi əlaqədə olmaq da zinadır? 05.03.10 548 dəfə oxundu
2 Evlilikdən qabaq cinsi akt və zina 24.07.09 1.207 dəfə oxundu
3 Subayların da intim münasibəti zina hesab olunur? 30.01.10 1.015 dəfə oxundu
4 Qadınları aldadan kişilərin heç günahı yoxdur? 30.01.10 742 dəfə oxundu
5 Flirt də zinadır? 12.04.10 529 dəfə oxundu
6 Dodaq-dodağa öpüşmək də zinadır? 12.04.10 783 dəfə oxundu
7 Zina etmədiyim halda başqalarına etdiyimi desəm, günahdır? 13.04.10 660 dəfə oxundu
8 Eyni vaxtda iki kişi ilə kəbin kəsdirmək olar? 13.04.10 1.092 dəfə oxundu
9 Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var? 28.04.10 672 dəfə oxundu
10 Quranda deyilir ki, zinanın cəzasından başqa cəza yoxdur? 11.06.10 473 dəfə oxundu
11 Zina kəbini pozur? 30.11.10 1.084 dəfə oxundu
12 İslamda zorlamağın cəzası 19.01.11 415 dəfə oxundu
13 Əbu Hənifənin fikrincə Kütubi-sittədə Qurana zidd hədis var? 06.03.11 425 dəfə oxundu
14 Zorlanan qadına günah yazılır? 26.03.11 391 dəfə oxundu
15 Zina edən kafir olur? 02.05.11 708 dəfə oxundu
16 Hazırkı dövrdə zina edənlərə nə cəzası verilməlidir? 19.01.11 359 dəfə oxundu
17 Zina günahı ən böyük günahlardandır, yoxsa yox? 26.10.11 350 dəfə oxundu
18 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 185 dəfə oxundu