Cavab: Allahdan başqa bir varlığa and içmək düzgün deyil. Belə şeylər and hesab olunmur. Abdullah ibn Ömər (r. a.) nəql edir:
“Rəsulullah (s. a. v.) Ömərin (r. a.) atasının adını çəkib and içdiyini eşitdikdə belə buyurdu:
“Allah Təala atanızı yad edib and içməyinizi qadağan edib. Elə isə kim and içsə, ya Allaha and içsin, ya da sussun”.1
Əbu Hüreyrədən nəql olunan hədisdə belə deyilir:
“Atalarınızın, analarınızın və bütlərinizin adları ilə and içməyin. Ancaq Allahın adı ilə and için. (Allahın adı ilə də) ancaq (sözünüz) düz olduğunuz vaxt and için”.2
Həmin adam dediyi bu arzuolunmaz sözlərə görə tövbə edib Allahdan onu bağışlamağını diləməlidir. Bu kimi sözlər and hesab olunmadığı üçün hər hansı bir kəffarə ödəmək lazım deyil.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: Allahdan başqasına and içmək, anam canı, and kəffarəsi, atam canı, atamın canı haqqı, balam ölsün, balamın canı haqqı, çörək haqqı, dədəmin goru haqqı, kəffarə, o işığa kor baxım, ölənlərimin goru haqqı, yalan yerə and içmək
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | And içmək | 29.06.09 | 662 dəfə oxundu |
| 2 | And kəffarəsi kimi bir yoxsula 10 günlük yemək pulu vermək olar? | 15.01.10 | 366 dəfə oxundu |
| 3 | “Balalarım ölsün” demək and kimi qəbul olunur? | 13.04.10 | 508 dəfə oxundu |
| 4 | Quranda and içilən şeylərə biz də and içə bilərik? | 24.02.11 | 425 dəfə oxundu |
| 5 | “Səninlə danışsam, kafir olum!”, – deməyin hökmü nədir? | 28.05.11 | 244 dəfə oxundu |
| 6 | 10 kasıbı yedirtmək 1 köləni azad etməyə bərabərdir? | 24.06.11 | 213 dəfə oxundu |