Cümə namazında dəstəmazı pozulan adam nə etməlidir?
Müsəlmanlar > Cümə namazı > Fitvalar > Təyəmmüm Tarix: 09 aprel 2010 Tövsiyə et Çap et
Sual: Cümə namazında dəstəmazım pozuldu. Məscidin üst tərəfində oturub xütbəyə qulaq asırdım. Bilirəm ki, dəstəmazsız namaz qılmaq olmaz. Ona görə də məsciddən çıxmağa məcbur oldum. Beləcə, Cümə namazını qıla bilmədim. Evə qayıtdım. Çox pis oldum. Bu barədə xeyli fikirləşdim. Mən nə edə bilərdim? Əgər başıma bir də belə bir iş gəlsə, məsciddən çıxmadan təyəmmüm edib namazı qılsam olar?

Cavab: Cümə namazını gözlədiyi vaxt fərzdən qabaq dəstəmazı sınan adam gedib dəstəmaz almalıdır. Namazı qaçırmaq (namaza çata bilməmək) qorxusu ilə təyəmmüm və sairə kimi bir şey edə bilməz. Əgər dəstəmaz alıb qayıtdıqda namaz qurtarmış olsa, həmin adam o günün günorta (zöhr) namazını qılmalıdır. Başqa sözlə, əgər siz həmin günün günorta namazını qıldınızsa, deməli, etməli olduğunuz başqa bir şey yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təyəmmüm etməyin qaydası 27.06.11 411 dəfə oxundu
2 Su imkanı yarandıqda təyəmmüm batil olur? 24.05.10 675 dəfə oxundu
3 Cümə namazında dəstəmazı pozulan adam nə etməlidir? 09.04.10 347 dəfə oxundu
4 Radioterapiya alan bir xəstə qüsl əvəzinə təyəmmüm edə bilər? 27.03.10 387 dəfə oxundu
5 Xəstələr necə dəstəmaz alırlar, yaxud nə cür almalıdırlar? 07.07.09 376 dəfə oxundu
6 Xəstə yaxşılaşana qədər cünub qalsa, günahdır? 27.01.10 824 dəfə oxundu
7 Reanimasiyada qılına bilməyən namazı qəza etmək lazımdır? 18.12.10 445 dəfə oxundu
8 Kosmonavtlar kosmosda necə ibadət edə bilərlər? 24.01.11 275 dəfə oxundu
9 Peyğəmbər necə təyəmmüm edirdi? 27.06.11 273 dəfə oxundu