Qatarda namaz qılmaq olar? Olarsa, necə qılmaq lazımdır?
Müsəlmanlar > Fitvalar > Namaz > Qiblə Tarix: 09 Nisan 2010 Tövsiyə et Çap et
Sual: Mən yol gedərkən qatarda namaz qıla bilərəm? Əgər qıla bilərəmsə, nə cür qılmalıyam?

Cavab: Qatarla və ya hər hansı bir nəqliyyat vasitəsi ilə səyahət vaxtı namazlara xüsusi diqət yetirmək lazımdır. Namaz vaxtının çıxmamağı üçün insan əlindən gələni etməlidir. Lakin məlum olduğu kimi, hər şeyə baxmayaraq nəqliyyat vasitəsini, misal üçün, təyyarə və qatarı saxlatmaq mümkün deyil. Belə hallarda, yəni, namaz vaxtı çıxacaqsa, namazı elə oradaca qılmaq olar. Allah bu barədə belə deyir:

“Əgər qorxsanız, namazı yeriyərək və ya minik üstündə qılın. Əmin-amanlığa qovuşduqda isə bilmədiyiniz şeyləri sizə öyrədən Allahın öyrətdiyi kimi (namaz qılıb) Allahı zikr edin”. (Bəqərə, 2/239)

Bu ayəyə əsasən əgər səfəri hökmündəsinizsə, axşam (şam) namazı istisna olmaqla, fərz (vacib) namazlarınızı 2 rükət qıla bilərsiniz. Namaza başladığınız vaxt qiblə istiqamətini özünüz təyin və yaxud təxmin edərək başlaya bilərsiniz. Sonra qatar və yaxud başqa bir minik vasitəsi hansı istiqamətə gedirsə, getsin, siz namaza necə başlamısınızsa, o cür də davam edə bilərsiniz. Bu kimi hallarda qiblə şərti tələb olunmur.

Əgər rükuya getmək və səcdə etmək imkanınız olmasa, bu halda rükuda başınızı bir qədər qabağa əyə bilərsiniz. Səcdə üçün bundan bir qədər çox əyilməyiniz kifayətdir. Beləcə, namazınızı qılıb tamamlaya bilərsiniz.

Allah deyir:

“Allah heç kimə onun gücünün çatdığından artıq bir şey yükləmir”. (Bəqərə, 2/286)

Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
4.265 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Namazdan sonra qiblənin səhv olduğunu başa düşsək, nə edək? 03.06.11 3.527 dəfə oxundu
2 Qatarda namaz qılmaq olar? Olarsa, necə qılmaq lazımdır? 09.04.10 4.265 dəfə oxundu
3 Səhv tərəfə qılınan namaz səhihdir? 07.02.10 3.504 dəfə oxundu