Müsəlmanlar
Namazda yubkanın altından pijama kimi bir şey geyinmək vacibdir?

Namazda yubkanın altından pijama kimi bir şey geyinmək vacibdir?

Sual: Qadınlar namaz qıldıqları vaxt yubkanın altından mütləq bir şey geyinməlidirlər? Deyirlər ki, baldırlar çılpaq olaraq bir-birinə dəyməməlidir. Əgər dəysə, namaz batil olur. Bu düzdür?

Cavab: Baldırların çılpaq formada bir-birinə dəyməyi namazı pozmur. Qadınlar ayaqlarına çatan uzun yubka ilə namaz qıla bilərlər. Yubkanın altından pijama və sairə geyinməkləri şərt deyil. Peyğəmbər (s. a. v.) məsciddə kişilərin arxasında namaz qılan qadınlara demişdi ki, başlarını kişilərdən qabaq qaldırmasınlar. Bunun səbəbi odur ki, səcdə edən kişilərin övrət yerləri arxadan görünə bilərdi. Deməli, onların əyinlərindəki paltardan başqa alt paltarları yox idi və o formada namaz qılırdılar.

Bu məsələ ilə əlaqədar hədislər belədir:

Səhl ibn Səd (r. a.) deyib ki, bəzi insanlar peyğəmbərlə (s. a. v.) birlikdə namaz qılırdılar. Elə bir halda ki, onlar bellərindəki fitələrini kiçik olduğuna görə (uşaqlar kimi) boyunlarına bağlayırdılar. Buna görə də (camaat namazına gələn qadınlara): “Kişilər dikəlib oturmadıqca başınızı səcdədən qaldırmayın!”, – deyilirdi. ((Buxari, Əməl fis-Səlat, 14.))

Əsma bint Əbi Bəkrdən (r. a.) nəql olunduğuna görə deyib ki, rəsulullahın (s. a. v) kişilərin övrət yerlərini görməklərinin iyrəncliyinə görə: “(Ey qadınlar dəstəsi!) Sizdən kim Allaha və axirət gününə inanırsa, kişilər (səcdədən) başlarını qaldırmadıqca başını qaldırmasın”, – dediyini eşitdim. ((Əbu Davud, Səlat, 141-142.))

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.