Pariklə əlaqədar fikriniz hicaba zidd deyilmi?
Müsəlmanlar > Fitvalar > Hicab-təsəttür > Parik taxmaq Tarix: 07 aprel 2010 Tövsiyə et Çap et
Sual: Siz bir qadının hicabın əvəzedicisi kimi parik taxmağını dini cəhətdən düzgün hesab edirsiniz. Saytınızda bununla əlaqədar bir fitva da var. Mən sizinlə razı deyiləm. Çünki qadın parik taxdığı vaxt bədəninin örtülməli olan yerlərindən biri, yəni, boynunun alt hissəsi açıq qalır. Bu da tam mənada hicablı olmaq deyil. Üstəlik də hicabın əsas məqsədlərindən biri yad kişilərin baxışından qorunmaq, yaradılış baxımından cəlbedici olan qadını kişilərin şəhvətli nəzərlərindən uzaq etməkdir. Saçları açıq olan bir qadın kişiləri necə cəlb edirsə, parik taxan bir qadın da eyni şəkildə bir kişinin diqqətini cəlb edib şəhvətli baxışlarına məruz qala bilər. Yəni, parik hicab funksiyasını yerinə yetirə bilməz və örtülü olmaq üçün bir örtük kimi istifadə oluna bilməz. Siz bu kimi cəhətləri necə olur ki, nəzərə almırsınız? Necə deyə bilirsiniz ki, qadınlar başlarını açdıqları vaxt parik taxa bilərlər? Bundan başqa heç bir səbəb qadının başını açdırmaq üçün dini cəhətdən düzgün bir səbəb kimi qəbul edilə bilmz, bu mümkün deyil. Məgər Allah insanları ancaq özünə ibadət etmək üçün yaratmayıb? Əgər belədirsə, hansı səbəb ibadət hesab edilən təsəttürü (hicab, örtünmək, başı bağlamaq) aradan qaldıran bir səbəb ola bilər? Əgər sizin məqsədiniz İslam dinini insanlara düzgün izah etməkdirsə, bu səhvinizi düzəldin və (özünüzə görə olan) bu fitvanızı saytınızdan silin. Əgər silməsəniz, bu fitvanı əsas götürüb xəta edən insanların hamısının babalı sizin boynunuza düşəcək. Mən bu sualı sizə Allah rizası üçün göndərirəm. Başqa heç bir fikrim yoxdur. Beləliklə, mən bu yazını sizə göndərməklə bir müsəlman kimi babalı öz üstümdən atmış oluram.

Cavab: Hər şeydən əvvəl öz fikirlərinizi bizimlə bölüşdüyünüz üçün sizə minnətdarlığımızı bildiririk. Bizim parik taxmaqla əlaqədar fitvamız aşağıdakı kimidir:

“Bir qadın indiki dövrün şərtlərinə görə başını açmağa məcbur olduğu üçün parik taxsa, başını açmış hesab olunmaz. Çünki parik də bir örtükdür”.

Bu fitvada deyilmir ki, parik hicab funksiyasını yerinə yetirir. Fitvada bu barədə bir söz yoxdur.

Parik taxan qadınların əksəriyyəti boğazını da örtə bilir. Bu halda parik “tam mənada hicab” deyil, “mümkün olduğu qədər hicab” hesab olunur. Çünki zərurətlər öz miqdarlarına əsasən müəyyən edilir.

Parik taxan bir qadının yad kişilərin şəhvani hislərini oyandırmağı mümkündür. Allah bu məsələ ilə əlaqədar ayədə belə buyurur:

“Ey peyğəmbər! Xanımlarına, qızlarına və möminlərin qadınlarına de ki, üst geyimlərini geyinsinlər. Onların tanınmağı və narahat edilməməyi üçün ən münasib olan budur”.1

Parik taxılmağına icazə verilən yerlər müsəlman qadınların hicaba görə narahat edildikləri və əziyyət çəkdikləri yerlərdir. Zərurət də bundan irəli gəlir.

Siz deyirsiniz: “Heç bir səbəb qadının başını açdırmaq üçün dini cəhətdən düzgün bir səbəb kimi qəbul edilə bilməz, bu mümkün deyil”. Yəqin ki, biliklərinizin mənbəyi Quran olmadığına görə belə deyirsiniz. Halbuki, Allah belə deyir:

“Əgər siz, sizə qadağan edilmiş böyük günahlardan uzaq durarsınızsa, sizin kiçik günahlarınızın üstünü örtər və sizi gözəl bir mövqeyə gətirərik”.2

“Göylərdə və yerdə olanların hamısı Allahındır. Bu, Allahın pislik edənləri öz gördükləri işlərlə cəzalandırmağı, yaxşı hərəkət edənləri də daha gözəli ilə mükafatlandırmağı üçündür”.

“Bunlar böyük günahlardan və fahişəlikdən (iyrənc əməllər) uzaq duranlardır. Digər günahlar istisnadır. Sənin Rəbbin əfvi çox olandır”.3

Məlumdur ki, başı açmaq böyük günahlardan deyil.

Sizə bizə yazdığınız üçün təşəkkür edir, işlərinizdə uğurlar arzu edirik.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Əhzab, 33/59. []
  2. Nisa, 4/31. []
  3. Nəcm, 53/31-32. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Müsəlman qadının parik taxmağı düzgündür? 07.04.10 508 dəfə oxundu
2 Pariklə əlaqədar fikriniz hicaba zidd deyilmi? 07.04.10 493 dəfə oxundu
3 Oxumaq üçün parik taxmaq və ya başı açmaq dini cəhətdən zərurət hesab olunur? 07.04.10 461 dəfə oxundu