Sizin haqqında danışdığınız hədisləri qiymətləndirən hədis alimləri bu hədislərin peyğəmbərdən (s. a. v.) sual soruşan insanların öz vəziyyətlərinə əsasən verilən cavablar olduğunu deyiblər. Misal üçün, peyğəmbər ata-anası ilə dolanmayan bir əshabəyə: “Sizin ən xeyirliniz ana və atası ilə yaxşı rəftar edəninizdir” – demiş, namazlarını vaxtında qılmayan bir əshabəyə: “Sizin ən xeyirliləriniz namazlarını vaxtında qılanlardır”, əxlaqında xoşagəlməz cəhət olan bir nəfərə isə: “Sizin ən xeyirliləriniz əxlaq baxımından ən gözəl olanlarınızdır” – deməklə bir-birindən fərqlənən cavablar vermişdir.
Etiketlər: gözəl əxlaq, hədis elmi, hədisləri qiymətləndirmək, insanların ən xeyirlisi, quran öyrənmək və öyrətmək, ən xeyirli müsəlman, ən yaxşı insan