Müsəlmanlar

Ramazan üçün hansı ölkəni əsas götürmək lazımdır?

Sual: Mən oruc tutmağa başlamaq və Ramazan bayramını qeyd etməklə əlaqədar bir sual soruşmaq istəyirəm. Belə ki, mən xaricdə yaşayıram və yaşadığım ölkədə Ramazan ayı Türkiyə və Ərəbistan kimi ölkələrə nisbətən həmişə bir gün gec başlayır. Mən ümumiyyətlə Ərəbistanı əsas götürüb oruca başlayır və bayramı da buna əsasən qeyd edirəm. Amma ətrafımdakı müsəlman qardaşlarım mənə: “Sən hansı ölkədə yaşayırsansa, bu barədə o ölkədəki kimi et”, - deyirlər. Bir dəfə elə oldu ki, Ramazan ayı Ərəbistanda 2, Türkiyədə də 1 gün gec başladı. İndi bu məsələdə nəyi əsas götürmək lazımdır? Yaşadığım ölkəni yoxsa Ərəbistanı? Bunlara əlavə olaraq onu da qeyd edim ki, bu il körfəz ölkələri Ramazan ayına yenə 1 gün qabaq başladılar. Bəs biz nə etməliyik?

Cavab: Əgər siz öz yaşadığınız ölkədə Şaban ayının 29-cu günü hilalı (aypara) görsəniz, ertəsi gün Ramazan ayının başladığını başa düşüb oruc tutmalısınız. Amma əgər hilalı görməsəniz, hesab etməlisiniz ki, Şaban ayı 30 gündən ibarətdir. Ramazana da bundan sonra başlamalısınız. Eynilə bunun kimi Ramazan ayının 29-cu günü hilalı görsəniz, başa düşərsiniz ki, ertəsi gün bayram günüdür, o gün oruc tutmazsınız. Əgər hilalı görməsəniz, Ramazan ayının 30 gündən ibarət olduğunu qəbul edib bir gün də oruc tutmalı və sonra bayramı qeyd etməlisiniz.

Türkiyədə tətbiq olunan təqvim bu məsələyə dair ən düzgün təqvimdir. Bu təqvimin düzgünlüyü rəsədxana müşahidələri ilə də təsdiq olunur. Eyni zamanda bütün dünyada Ramazan və bayram vaxtlarında birliyin təmin olunması üçün təşkil olunan beynəlxalq komissiya tərəfindən hazırlanıb. Sizin bu təqvimə əsaslanmağınız düzdür.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.