Səhvən adam öldürən insan qanbahasını nə cür verməlidir?
Müsəlmanlar > Adam öldürmək > Cəzalar > Fitvalar Tarix: 02 aprel 2010 Tövsiyə et Çap et
Sual: Bilmədən bir adamı öldürən şəxs qanbahası verməlidir? Əgər verməlidirsə, nə cür və nə qədər?

Cavab: Allah bilmədən (səhvən) adam öldürməklə əlaqədar olaraq belə buyurur:

“Bir möminin bir möminin öldürməyi olacaq şey deyil. Xəta ilə (səhvən) olubsa, bu istisnadır. Kim bir mömini səhvən öldürsə, mömin bir köləni (qul) azad etməli və öldürülənin ailəsinə diyət (qanbahası) verməlidir. Ailə bağışlasa, başqa. Öldürülən mömin sizinlə düşmən olan bir camaatdandırsa, mömin bir köləni azad etmək lazımdır. Əgər o, sizinlə müqaviləsi olan bir camaatdandırsa, o vaxt qatil onun ailəsinə qanbahası ödəməli və mömin bir köləni azad etməlidir. Kölə tapa bilməyən Allah qarşısında tövbə etmək üçün iki ay dalbadal oruc tutmalıdır. Allah bilir və düzgün qərar verir!”.1

Səhvən adam öldürməyin qanbahası 5 növ dəvədən 20 baş olmaqla ümumilikdə 100 baş dəvə verməkdir. 5 cins dəvə aşağıda göstərildiyi kimidir:

1) Binti məhad: 20 baş 2 yaşına daxil olmuş dişi dəvə.

2) Binti ləbun: 20 baş 3 yaşına daxil olmuş dişi dəvə.

3) Hiqqə: 20 baş 4 yaşına girən dişi dəvə.

4) Cəzəa: 20 baş 5 yaşına girmiş dişi dəvə.

5) İbn məhad: 20 baş 2 yaşına girmiş erkək dəvə.2

Beləcə, 100 dəvənin bu günki qiyməti hesablanmalı və öldürülənin ailəsinə verilməlidir. Bununla yanaşı, 2 ay ardıcıl formada oruc tutmaq lazımdır.

Peyğəmbərimizin (s. a. v.) dövründə 100 dəvənin qiyməti 1000 dinar, yəni, 4 kq 350 qram qızıl edirmiş. Buna görə də fiqh (İslam hüququ) kitablarında qeyd olunur ki, qanbahası kimi 1000 dinar ödəmək kifayətdir. Bu məbləği 3 il ərzində hissə-hissə ödəyə bilərsiniz.

QEYD: Qəsdən adam öldürənə tətbiq olunan cəza və bunun hökmləri ilə əlaqədar olaraq aşağıdakı sual-cavaba nəzər salın:

http://www.muselmanlar.com/fitvalar/2156.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Nisa, 4/92. []
  2. Ömer Nasuhi Bilmen, Hukuki İslamiye ve Istılahatı Fıkhiyye Kamusu, 3-ci cild, səhifə 48. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Səhvən adam öldürən insan qanbahasını nə cür verməlidir? 02.04.10 627 dəfə oxundu
2 Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var? 28.04.10 669 dəfə oxundu
3 Quranda İsrail oğullarına verilən cəzalar barədə nə deyilir? 10.06.10 332 dəfə oxundu
4 İslam hüququnda borcunu ödəyə bilməyənin cəzası nədir? 11.05.10 405 dəfə oxundu
5 Quranda deyilir ki, zinanın cəzasından başqa cəza yoxdur? 11.06.10 470 dəfə oxundu
6 Quran və anaxronizm 05.07.09 399 dəfə oxundu
7 İslam dini və məzhəblər mürtədlərə necə yanaşır? 11.06.10 485 dəfə oxundu
8 İslam dinində içki içməyin dəqiq bir cəzası var? 19.01.11 370 dəfə oxundu
9 Hazırkı dövrdə zina edənlərə nə cəzası verilməlidir? 19.01.11 358 dəfə oxundu
10 İslamda zorlamağın cəzası 19.01.11 412 dəfə oxundu
11 Misal verib İslam cəza hüququnu izah edərsinizmi? 18.03.11 206 dəfə oxundu
12 İslam dininə əsasən qəsdən adam öldürməyin cəzası nədir? 12.06.10 719 dəfə oxundu
13 Qəddar bir qatilin cəzası nə olmalıdır? 30.03.11 230 dəfə oxundu
14 Müsəlman ümməti hamılıqla məhv ola bilər? 09.06.11 206 dəfə oxundu
15 Müsəlman qardaşlarını təhqir edənin cəzası nədir? 20.09.11 167 dəfə oxundu
16 Maidə surəsinin 38-ci ayəsinə əsasən oğrunun iki əlini də kəsmək lazımdır? 13.12.11 163 dəfə oxundu
17 Peyğəmbərin dövründə oğruların əlini kəsirdilər? 14.12.11 120 dəfə oxundu
18 Allah valideynin səhvinə görə uşaqlara cəza verir? 15.12.11 211 dəfə oxundu
19 Qonşunun pəncərəsini qəsdən qıran şəxsə nə kimi bir cəza verilməlidir? 20.12.11 126 dəfə oxundu
20 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 182 dəfə oxundu
21 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 779 dəfə oxundu