Cavab: Heç bir səbəb zinanı lazımlı hala gətirə bilməz. Ancaq siz ərinizi sevirsinizsə, onun istədiklərini etməlisiniz.
Seks ailə həyatında çox vacibdir. Buna görə də seksual münasibətlər baxımından problemi olan ər-arvad bu problemləri mütləq həll etməlidirlər. Bunun üçün ilk növbədə ər-arvad birlikdə bu sahənin mütəxəssisi olan bir həkim, həkim-psixoloq və ailə məsləhətçisinin yanına getməlidir. Ona vəziyyəti izah etmək lazımdır. Beləcə, sizin və ya ərinizin müalicə yolu ilə düzələ bilən bir cəhətiniz varsa, işləriniz qaydasına düşər. Problemi həll etmək üçün əlinizdən nə gəlirsə, onu yerinə yetirməyə çalışın. Bu kimi hallar müalicəsi mümkün və asan olan hallardır. Əgər Allah bir dərd veribsə, mütləq dərmanını da verib.
Peyğəmbərimiz Muhəmməddən (s. a. v.) belə bir hədis nəql edilmişdir:
Üsamə İbn Şərikdən (r. a. ) rəvayət olunduğuna görə o belə demişdir:
“Bədəvilər: “Ey Allahın elçisi, əgər xəstələnsək, müalicə olunaqmı?”, – deyə soruşdular. Peyğəmbər buyurdu: “Bəli, müalicə olunun. Ey Allahın bəndələri, müalicə olunun. Çünki Allah yaratdığı hər bir xəstəlik üçün mütləq bir şəfa (dərman) yaradıb. Amma bir xəstəlik istisna təşkil edir”. Bunun üstündən peyğəmbərdən (s. a. v.) soruşdular ki, bəs o xəstəlik hansı xəstəlikdir? O isə bunun qocalıq olduğunu dedi”1
Sizin sualınızla əlaqədar başqa bir sual-cavabla tanış olmaq üçün aşağıdakı keçidə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/1812.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: ailədə seksual problemlər, arvadı aldatmaq, cinsi xəstəliklərin müalicəsi, hər dərdin bir dərmanı var, qadını aldadan kişi, qadınlıq borcu, seksual problemlər