Peyğəmbəri tanrılaşdırmaq
Müsəlmanlar > Düşüncə sahəsi > Fitvalar > Təsəvvüf-təriqət Tarix: 30 mart 2010 Tövsiyə et Çap et

PEYĞƏMBƏRİN İLAHLAŞDIRILMASI

(Peyğəmbərin tanrı yerinə qoyulması)1

Şeytan Allah Təalaya belə demişdi: “… Mən nə olursa olsun, onlardan ötrü sənin haqq yolunun üstündə oturacağam. Sonra onların önlərindən, arxalarından, sağlarından və sollarından gələcəyəm. Görəcəksən, onların çoxu sənə təşəkkür etməyəcək” (Əl-Əraf, 7/16-17).

Şeytan haqq yola qədəm qoyanlara mane olmağa çalışır. Onun ən böyük tələlərindən biri də peyğəmbəri fövqəlbəşər mövqedə, yəni müstəsna bir varlıq kimi göstərməkdir. Bu məsələdə şeytana arxa duran insan şeytanlar da az deyil. Peyğəmbəri fövqəladə bir varlıq kimi göstərmək isə onlar üçün asandır; çünki peyğəmbərin də onların özləri kimi bir insan olduğunu qəbul etməyə çətinlik çəkirlər. Quranda bu məsələ ilə əlaqədar ayələr də vardır:

İnsanlara doğru yolu göstərən bir elçi gəldiyi vaxt ona iman gətirməklərinə mane olan yeganə şey onların bu sözləri idi: “Allah elçi olaraq bir insan göndərdi?”

Onlara de: “Əgər yer üzündə gəzib dolaşanlar mələklər olsaydı və oraya yerləşsəydilər, biz onlara göydən mütləq mələk bir elçi göndərərdik” (Əl-İsra, 94-95).

Həzrəti Muhəmməd (s. a. v.) Allah tərəfindən peyğəmbər olaraq göndərildiyi vaxt məkkəlilər buna xeyli təəccüblənmiş və belə demişdilər:

Bu elçinin (səciyyəvi, onu bizdən ayıran) xüsusiyyəti nədir ki? O, da yemək yeyir və küçələrdə (bazarlarda) gəzib dolaşır. Ona bir mələk göndərilsə və onunla birlikdə xəbərdarlıq (peyğəmbərlik) etsə, olmazmı (Furqan, 25/7)?

İndiki vaxtda da bəzi insanlar bu ayəni böyük bir təəccüb və çaşqınlıqla qarşılayırlar:

De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy edilir ki, sizin tanrınız yalnız bir olan tanrıdır (Allahdır)” (Əl-Kəhf, 18/110). Buna təəccüb edən insanlar elə güman edirlər ki, peyğəmbər fövqəlbəşər bir varlıqdır.

Xristianlar İsa peyğəmbəri (s. a. v.) tanrılaşdırıblar. Məsələn, katolik xristianlar elə inanırlar ki, İsa (s. a. v.) olmasaydı kainat heç yaradılmazdı. Göylərdə və yer üzündə gözə görünən və görünməyən şeylər, o cümlədən taxtlar, səltənət və hökmdarlıqların hamısı sırf onun vasitəçiliyi sayəsində və onun üçün yaradılmışdır.2

Bu batil inanc müsəlmanların inanclarına da qarışmışdır. Məsələn, uydurulmuş olduğu halda xalq tərəfindən doğru kimi qəbul edilən bir hədisdə iddia edilir ki, guya Allah Təala peyğəmbərimiz Həzrəti Muhəmmədə (s. a. v.):

“Sən olmasaydın, kainatı yaratmazdım”3 , – demişdir. Bəzi təriqətlərin inanclarına əsasən Muhəmməd (s. a. v.) varlığın, yəni mövcud olmağın başlanğıcıdır. Allahdan başqa heç bir şey yox ikən ilk dəfə həqiqəti-Muhəmmədiyyə meydana gəlmiş, bütün varlıqlar ondan və onun üçün yaradılmışdır. Həqiqəti-Muhəmmədiyyə nur olması baxımından aləmi yaratmaq prinsipi və onun əslidir. Bu nur ölməz və əbədi olduğuna görə peyğəmbər haqqında «o, öldü» demək olmaz. Allah haqqında «Allah vardır və ya yoxdur, Allah əzəlidir və ya sonradan olmadır» demək mümkün olmadığı halda, həqiqəti-Muhəmmədiyyə haqqında «o, vardır və əzəlidir» demək olar. Həqiqəti-Muhəmmədiyyə bütün peyğəmbərlərin və övliyaların öz ilahi və gizli biliklərini aldıqları mənbədir. Bu həqiqət haqqdan gələn feyzin gedib xalqa çatmağından ötrü vasitəçilik edir.4

Katoliklərin inancına əsasən «Məsih İsa həqiqi Allah və həqiqi insandır. Elə bu səbəbə görə insanlarla Allah arasında yeganə vasitəçidir».5

Bəzi təriqətlərdə qəbul edilmiş inanc sisteminə əsasən Allah və həqiqəti-Muhəmmədiyyə eyni həqiqətin ön və arxa üzləridir.6

Bu barədə belə bir şer də deyilir:

Əhəd Əhməddir, kim mim edər fərq,

Bütün aləm o mim içrə olar qərq.

Əhəd Allahdır.7

Əhməd Həzrəti Muhəmmədin (s. a. v.) Quranda da çəkilən adlarından biridir. Buradan belə çıxır ki, «Əhəd Əhməddir»«Əhəd də Allahdır» ifadələrinin təbii nəticəsi «Allah Əhməddir, yəni Muhəmməddir» deməkdir. Bu şer Əhəd (أحد) və Əhməd (أحمد) sözləri arasındakı fərqin mim (م) hərfi olduğunu bildirir. Bu fərq həmin iki kəlmənin yazılışında olub Əhmədin lehinədir, başqa sözlə, buradakı mim hərfi Əhməd sözündədir. Çünki onlar bütün aləmin o mim hərfinin içində olduğuna inanırlar. Halbuki, İslam dinində belə bir inanc qətiyyən yoxdur. Qurani-Kərimdə bu məsələyə aydınlıq gətirən ayələr də vardır. Onlardan biri belədir:

Muhəmməd ancaq bir elçidir (peyğəmbərdir). Ondan əvvəl də elçilər gəlib-getmişlər (Ali-İmran, 3/144).

De: “Mən də eynilə sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan tanrıdır (Allahdır). Artıq Ona qarşı doğru-dürüst olun və Ondan bağışlanmağınızı diləyin. Vay o şərik qoşanların halına”(Fussilət, 41/6)!

De: “Mənim sizə nə zərər verməyə, nə də sizi kamilləşdirməyə gücüm çatar”

De: “Məni Allahın əzabından heç kim xilas edə bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm!”

“Mənim işim ancaq Allahın dərgahından olanı və Allahın göndərdiklərini təbliğ etməkdir” (Cinn, 72/21-23).

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Abdulaziz Bayındır, Kur’an Işığında Aracılık ve Şirk, Süleymaniye Vakfı Yayınları, 3-cü nəşr, İstanbul, 2009, s. 79-82. []
  2. Eyni əsər, 331-ci abzas. []
  3. İsmayıl ibn Muhəmməd Əl-Əcluni, Kəşful-Xəfa, Beyrut, 1988/1408, II cild, s. 164. Əl-Əcluni bu əsəri xalq arasında hədis kimi qəbul edilən sözləri meydana çıxarmaq və onların həqiqətən peyğəmbər tərəfindən deyilib-deyilmədiyini, başqa sözlə, bu sözlərin hansının hədis, hansının da uydurma olduğunu müəyyən etmək məqsədilə yazmışdır. Bu  səbəbə görə həmin əsərdə çoxlu uydurma hədis var və elə bu hədis də uydurmadır. []
  4. Mehmet Dəmirçi, Türkiyə Diyanət Vəqfi İslam Ensiklopediyası, XV cild, s. 179-180, Həqiqəti-Muhəmmədiyyə bəndi. []
  5. Katolik kilsəsi din və əxlaq prinsipləri, 480-ci abzas. []
  6. Mehmet Dəmirçi, yenə orada. []
  7. Əli Ramazan Dinc, İki cahan sərvəri peyğəmbəri-zişanımız, Yeni Dünya jurnalı, nömrə 58-59, s. 32, Avgust-Sentyabr, 1998.

    Bu şəxs Nəqşibəndilik təriqətinin şeyxlərindən biridir və özü də İlahiyyat fakültəsini bitirib. Onun jurnaldakı bu yazısını oxuduğum gün İstanbulun Gədikpaşa rayonunda yaşayan müridlərindən birinin evinə getdim və gördüm ki, onun özü də oradadır. Onunla söhbət zamanı lazımi xəbərdarlıqlar da etdim. O isə bütün bu dediklərinin sevgidən irəli gəldiyini deyib özünü can-başla müdafiə etdi. İnşallah ölməmişdən əvvəl tövbə edər. O, bu günahı yazılı etdiyinə görə tövbəsini də yazılı etməlidir. []

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var? 10.03.10 838 dəfə oxundu
2 Qurani-Kərimdə təriqətlə əlaqədar hər hansı bir ayə var? 26.07.09 543 dəfə oxundu
3 Allah dostları məsələsi 26.07.09 468 dəfə oxundu
4 Təriqətlərdə üstünlük təşkil edən əqidə və anlayışlar 26.07.09 321 dəfə oxundu
5 Bəlqisin taxtının Yəməndən Qüdsə gəririlməsi kəramət deyilmi? 01.03.10 292 dəfə oxundu
6 Dinin geyim-kecimdən ibarət olduğunu güman etmək 28.07.09 410 dəfə oxundu
7 Qurana müvafiq rəftar etmək 28.07.09 336 dəfə oxundu
8 “Ümmətimin alimləri İsrail oğullarının peyğəmbərləri kimidirlər” hədisi səhihdir? 28.07.09 416 dəfə oxundu
9 Təriqətlərdəki cəzbə halı nə deməkdir? 26.03.11 218 dəfə oxundu
10 Təriqətlərin rabitə inancı dini cəhətdən düzgündür? 12.02.10 298 dəfə oxundu
11 Təriqətlərdə mövcud olan tövbə almaq nə deməkdir? 12.02.10 462 dəfə oxundu
12 Zikrli ilahi və kollektiv zikr haqında fikriniz nədir? 11.02.10 366 dəfə oxundu
13 Səid Nursinin sözləri ilham ola bilməzmi? 11.02.10 375 dəfə oxundu
14 Feyz nə deməkdir? Şeyxlər feyz paylaya bilərlər? 12.03.10 355 dəfə oxundu
15 Nəfsin mərtəbələri nədən ibarətdir? 10.05.10 362 dəfə oxundu
16 Vəhy və ilhamın arasında fərq var? Vəhy hamıya gələ bilər? 14.05.10 313 dəfə oxundu
17 Nəfsimizi tərbiyə etmək üçün halal şeyləri özümüzə haram etməyimiz düzgündür? 18.06.10 337 dəfə oxundu
18 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 518 dəfə oxundu
19 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 766 dəfə oxundu
20 Din 31.03.10 734 dəfə oxundu
21 Ölüdən kömək gözləmək 28.03.10 664 dəfə oxundu
22 Şəfaət inancı 08.02.11 563 dəfə oxundu
23 Kəramət nə deməkdir? 15.02.11 448 dəfə oxundu
24 Təriqətlərdəki insani-kamil məfhumunun izahı 07.03.11 247 dəfə oxundu
25 Siz təsəvvüf əhlinə kafir deyirsiniz? 08.03.11 273 dəfə oxundu
26 18 min aləm söhbəti düzdür? 17.03.11 496 dəfə oxundu
27 Şəfa tapmaq üçün silsilə ilə dua və ibadət etmək olar? 12.04.11 240 dəfə oxundu
28 Təriqətçilər hansı məqsədlə rabitə ilə məşğul olurlar? 14.04.11 204 dəfə oxundu
29 Təriqətə daxil olan insanlar öz üsullarına əsasən zikr edə bilərlər? 20.05.11 197 dəfə oxundu
30 Rəvasi nə deməkdir? 21.06.11 207 dəfə oxundu
31 Təriqət dərsinə getmək lazımdır? 08.07.11 187 dəfə oxundu
32 Xəlifə Ömər yağış duasında həzrəti Abbasla təvəssül edib? 07.10.11 158 dəfə oxundu
33 Dini məsələlərdə bir alimə tabe olmaq səhvdir? 09.02.12 42 dəfə oxundu