İstixarə nə deməkdir?
Müsəlmanlar > Dua-zikr > Fitvalar Tarix: 28 mart 2010 Tövsiyə et Çap et
Sual: İstixarə etmək nədir? İstixarə namazı və duası varmı? İstixarə etdikdən sonra görülən yuxuya əməl etmək lazımdır?

Cavab: İstixarə etməyin mənası görülməsi planlaşdırılan bir işin Allah yanında xeyirli olduğu kimi, başqa sözlə, ən yaxşı şəkildə həyata keçməsini istəmək deməkdir. İstixarə etmək, yaxud ən yaxşı olanı arzulamaq bir duadır. Allah necə dua etmək lazım olduğunu Qurani-Kərimdə öyrətmiş, peyğəmbərimiz (s. a. v.) də öz növbəsində bunu tətbiq etməklə bizə nümunə olmuşdur. Belə ki, Quranda buyurulur:

“Ey iman edənlər! Səbr və namazla Allahdan kömək diləyin. Şübhəsiz ki, Allah səbr edənlərlədir” (Bəqərə, 2/153).

Cabirin (r. a.) belə dediyi nəql edilib: “Peyğəmbər (s. a. v.) bütün işlərində sanki Qurani-Kərimdən bir surə öyrədirmiş kimi istixarəni də öyrədib belə deyirdi:

“Sizin aranızdan bir nəfər bir iş görməyə niyyət etdiyi vaxt vacib namazdan başqa 2 rükət nafilə namaz qılsın və belə dua etsin:

Allahım! Səndən – Sənin elm və qüdrətindən xeyir umuram. Sənin böyük lütfündən istəyirəm. Şübhəsiz ki, Sənin gücün hər şeyə çatır; mənim gücüm isə çatmır. Sən bilənsən, mən bilmərəm. Sən bütün gizli olanları bilənsən. Allahım! Əgər bu işin mənim dinim, həyatım və işimin nəticəsi, yaxud dünya və ya axirətimin nəticəsi baxımından mənim üçün xeyirli (yaxşı) olduğunu bilsən, o işi mənim üçün təqdir et. Onu asanlaşdır və onu mənə mübarək qıl. Əgər bu işin mənim dinim, həyatım və işimin nəticəsi, yaxud dünya və ya axirətimin nəticəsi baxımından mənim üçün şər (pis) olduğunu bilsən, onu məndən, məni də ondan uzaq et. Harada olursa olsun, mənim üçün xeyirli olanı təqdir et. Sonra da məni bu xeyirdən məmnun et”.1

Maliki fəqihlərindən biri olan İbnul-Həcc Əl-Əbdəri istixarənin bundan ibarət olduğunu, əlavə olaraq bir işarə almaq məqsədilə bir şəxsin özünün və yaxud başqa bir şəxsin onun adına yuxu görmək üçün yatmağının və gün və şəxs adlarından uğur gözləmək kimi şeylərlə məşğul olmağının bidət olduğunu bildirib.2

Qeyd edək ki, yuxuda ağ və yaxud yaşıl rəng görməyi xeyrə (yaxşıya), qara və ya qırmızı rəng görməyi isə şərə (pisə) yozmağın hər hansı bir dini əsası yoxdur. Çünki istixarə etmək (xeyirli olanı istəmək) bir duadır və bunun yuxu ilə heç bir əlaqəsi yoxdur. İstixarə məsələsi şəxsi bir məsələdir. Bu, insanın bir məsələyə dair lazımi qədər tədqiqat aparıb məsləhətləşmələrini tamamladıqdan sonra həmin məsələnin ən xeyirlisi haqqında Allaha dua etməsindən ibarətdir. İnsan istixarə etdikdən sonra yenə azaddır. Belə ki, o, əgər bir işi istəsə görər, istəməsə, görməz. İstixarənin nəticəsi məcburi deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Əhməd ibn Hənbəl, 3/344; Buxari, Təhəccüd, 25; Dəavat, 49; Tövhid, 10; İbn Macə, İqamə, 188. []
  2. Əl-Mədxəldən nəqlən: Salim Öğüt, İstixarə bəndi, Türkiyə Diyanət Vakfı İslam Ensiklopediyası, İstanbul, 2001, XXIII cild, s. 334. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Araya vasitəçi qoyub dua etmək düzgündür? 29.06.09 483 dəfə oxundu
2 İstixarə nə deməkdir? 28.03.10 760 dəfə oxundu
3 Dua yazan bir mollanın arxasında namaz qılmaq olar? 29.03.11 327 dəfə oxundu
4 Hər duadan və çörək yedikdən sonra Fatihə vermək nə deməkdir? 07.08.09 711 dəfə oxundu
5 Kənzul-Ərş və Qədəh dualarının dində bir yeri var? 22.02.10 328 dəfə oxundu
6 Duadan sonra nə üçün əlləri yuxarı qaldırıb üzə sürtürlər? 06.01.10 482 dəfə oxundu
7 Camaat halında dua etməyin İslam dinindəki yeri nədir? 28.04.10 329 dəfə oxundu
8 Peyğəmbərə salavat demədən dua etmək olmaz? 22.11.10 524 dəfə oxundu
9 Zikrin fəzilət və faydaları 26.11.10 717 dəfə oxundu
10 Cövşən nədir? 21.01.11 491 dəfə oxundu
11 Səcdədə Azərbaycanca dua etmək olar? 25.01.11 638 dəfə oxundu
12 Duada əlləri aralı tutmaq lazımdır, yoxsa bitişdirmək? 28.01.11 302 dəfə oxundu
13 Bəzi dualarda əlləri niyə tərs tuturlar? 28.01.11 309 dəfə oxundu
14 Toy gecəsinə məxsus bir dua var? 05.02.11 662 dəfə oxundu
15 Cinsi əlaqədən qabaq hansı duanı oxumaq lazımdır? 19.02.11 1.056 dəfə oxundu
16 “La hövlə və la qüvvətə…” duası nə deməkdir? 19.02.11 384 dəfə oxundu
17 “Ya Həyyu, ya Qəyyumu…” duası nə deməkdir? 19.02.11 312 dəfə oxundu
18 Çörək yedikdə arada dua etmək peyğəmbərin sünnəsidir? 20.02.11 276 dəfə oxundu
19 Hilyeyi-şərif nədir? Onu üstümüzdə gəzdirmək savabdır? 08.03.11 233 dəfə oxundu
20 Amin nə deməkdir? Mənşəyi nədir? 11.05.11 362 dəfə oxundu
21 Duada peyğəmbər kimi biz də rəfiqi-ə’lanı diləyə bilərikmi? 01.06.11 189 dəfə oxundu
22 Təriqətə daxil olan insanlar öz üsullarına əsasən zikr edə bilərlər? 20.05.11 197 dəfə oxundu
23 Hansı zikr kıtabını oxumaq lazımdır? 06.07.10 441 dəfə oxundu
24 Zikrli ilahi və kollektiv zikr haqında fikriniz nədir? 11.02.10 366 dəfə oxundu
25 Namazdan sonra cəm halda təsbeh çevirmək bidətdir? 28.04.10 429 dəfə oxundu
26 Rüku və səcdələrdə təsbihatın uzunluğu nə qədər olmalıdır? 04.03.10 810 dəfə oxundu
27 Dua sözünə ibadət mənası vermək olar? 22.06.11 171 dəfə oxundu
28 Zikrin mənası nədir? Bəs zikrin ziddi nədir? 03.07.11 211 dəfə oxundu
29 Allahdan başqasını köməyə çağırmaq 29.06.09 465 dəfə oxundu
30 Hicab duası var? 30.01.12 111 dəfə oxundu