İmam Əbu Hənifə al-verdə bir gəlir limiti müəyyənləşdirib?
Müsəlmanlar > Al-ver > Fitvalar Tarix: 27 mart 2010 Tövsiyə et Çap et
Sual: Belə bir fikir irəli sürülür ki, İmam Əbu Hənifə gəlir limitini 100 faizlə məhdudlaşdırıb. Belə deyilir ki, onun fikirlərinə əsasən bir şəxsin eyni maldan bir dəfədə, yaxud birdən artıq satışda ümumilikdə 100 faizdən çox gəlir götürməsi düzgün deyil. Axırıncı satışda əvvəlki gəliri mayadan çıxmaq lazımdır. Bu barədə nə deyərdiniz?

Əbu Hənifə bir gəlir limiti müəyyənləşdirməyib. Sizin dediyiniz məsələ gəlir limiti ilə deyil, mürabihəli satışla əlaqədardır. Mürabihəli satış isə malın alış qiymətinin, yaxud da mal olma qiymətinin əyər-əskiksiz müəyyən edildiyi, satıcının qazandığı gəlirin alıcıya dəqiq bildirildiyi satış deməkdir. Əbu Hənifənin bu məsələ ilə əlaqədar sözlərini aşağıdakı kimi xülasə etmək olar:

“Bir nəfər 10 manata aldığı bir malı 20 manata satsa, sonra həmin malı təzədən 10 manata satın alsa, bu mal ona müftə (pulsuz) başa gəlmiş olur. Maliyyəti sıfır olan bir malı mürabihəli formada 10%, 20% kimi bir gəlirlə satmaq mümkün deyil. Çünki sıfırın 10%-i də, 20%-i də elə sıfırdır. Buna görə də Əbu Hənifə belə bir məsələdə mürabihəli satışı düzgün hesab etməyib. Çünki mürabihəli satışdan götürülən gəlir alış qiymətinin müəyyən bir nisbətidir”.1

Buna baxmayaraq Əbu Yusuf və Mühəmməd kimi alimlər deyiblər ki, biz ilk alışı nəzərə almırıq. Madam ki, bu şəxs bu malı təzədən 10 manata satın alıb, elə isə mürabihə nisbəti elə həmin 10 manata əsasən hesablanmalıdır.2

Beləliklə, qeyd edilməlidir ki, Əbu Hənifənin mürabihənin həyata keçməyəcəyi istiqamətindəki fikrini gəlir limiti məsələsi ilə qarışdırmaq səhvdir. Halbuki, Əbu Hənifənin fikrincə, həmin şəxs bu malı mürabihəli olaraq deyil, azad bazar üsulu ilə, yəni, malın alış qiymətini və yaxud maliyyətini demədən təzədən 20 manata satsa, bir eybi yoxdur.

  1. Əbu Bəkr ibn Məsud Əl-Kəsani, Bədaius-sənai fi tərtibiş-şərai, V cild, s. 221. []
  2. Eyni mənbə, s. 224. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Borc almaq və onu qaytarmaq barədə 30.07.09 322 dəfə oxundu
2 Eyni malın nağd və nisyə qiymətlərində fərq ola bilər? 30.07.09 285 dəfə oxundu
3 Bir malı nağd qiymətindən artıq qiymətə satmaq olar? 30.07.09 269 dəfə oxundu
4 Alverdə gəlirin həddi 30.07.09 387 dəfə oxundu
5 Müsadirə olunan və hərracla satılan malları almaq olar? 13.04.11 213 dəfə oxundu
6 Peyğəmbər yəhudilərlə al-ver edib? 19.12.09 466 dəfə oxundu
7 İnternetdə kliklə pul qazanmaq düzgündür? 06.02.10 587 dəfə oxundu
8 İmam Əbu Hənifə al-verdə bir gəlir limiti müəyyənləşdirib? 27.03.10 390 dəfə oxundu
9 Satılan malın bütün xüsusiyyətlərini alıcıya bildirmək lazımdır? 05.01.12 111 dəfə oxundu
10 Mən banklardan kredit götürən adamlara maşın sata bilərəm? 15.04.10 822 dəfə oxundu
11 Bir malın qiyməti qalxsa, biz də qiyməti artıra bilərik? 21.04.10 266 dəfə oxundu
12 Əldəki malı təzə qiymətlə satmaq olar? 21.04.10 228 dəfə oxundu
13 Forex sistemi ilə valyuta alıb satmaq düzgündür? 27.04.10 342 dəfə oxundu
14 Pişik və it alıb satmaq olar? 27.04.10 460 dəfə oxundu
15 Hərraclarda hər təzə təklif üçün ayrı bir məbləğ almaq dini cəhətdən düzgündür? 28.04.10 228 dəfə oxundu
16 Başqa model maşın öhdəliyi götürmək düzgündür? 28.04.10 248 dəfə oxundu
17 Məscidin qabağında al-ver 01.05.10 950 dəfə oxundu
18 Bir malın mənşəyini dəyişdirmək düzdür? 14.06.11 255 dəfə oxundu
19 Müsadirə olunmuş malları alıb satmaq olar? 14.06.10 258 dəfə oxundu
20 Hələ çiçək açmamış meyvəni ağacda ola-ola satmaq düzdür? 06.08.10 269 dəfə oxundu
21 Qanunsuz malı almaq günahdır? 11.12.10 263 dəfə oxundu
22 Qızılı satan kimi aşağı qiymətlə təzədən almaq düzgündür? 17.12.10 446 dəfə oxundu
23 İçki satılan yerdən ayın-oyun almaq olar? 05.01.11 350 dəfə oxundu
24 Bir malı almaq fikrindən daşınan alıcı cərimə verməlidir? 19.01.11 295 dəfə oxundu
25 Ətriyyat al-veri etmək olar? 24.01.11 307 dəfə oxundu
26 Al-verdə 100% qazanc götürmək halaldır? 01.02.11 404 dəfə oxundu
27 Bina hələ tikilməmiş mənzilləri satmaq və almaq olar? 11.02.11 324 dəfə oxundu
28 Satış nümayəndəliyi alıb rəqabətə mane olmaq düzdür? 14.02.11 276 dəfə oxundu
29 Kişilərə qızıl və ipək satmaq haramdır? 24.02.11 303 dəfə oxundu
30 Çek xırdalatmaq düzdür? 29.04.11 186 dəfə oxundu
31 Lyoness sistemindən pul qazanmaq olar? 13.07.11 264 dəfə oxundu
32 Nisyə satılan bir malın pulu təzə qiymətlə verilməlidir? 06.10.11 130 dəfə oxundu
33 Ev alqı-satqısı ilə məşğul olmaq haramdır? 08.10.11 220 dəfə oxundu
34 Cümə namazının vaxtında məktəbin bufetindən nəsə almaq haramdır? 21.12.11 99 dəfə oxundu
35 Sabit bir xeyir götürmək üçün pulumu zərgərə verə bilərəm? 26.09.11 169 dəfə oxundu
36 Bir şeyi tərəzidə çəkəndə tara nəzərə alınmalıdır? 10.01.12 143 dəfə oxundu
37 Səhm alqı-satqısı ilə məşğul olmaq olar? 17.01.12 82 dəfə oxundu
38 Qiyməti qızışdırmaq halaldır? 01.02.12 92 dəfə oxundu
39 Birinin ehtiyacı olan malı nağd alıb ona nisyə satmaq olar? 02.02.12 75 dəfə oxundu
40 Haram olan bir şeyi istehsal etmək və satmaq olar? 06.02.12 63 dəfə oxundu