Molla kəbini kəsildikdən sonra boşanma baş versə, qadına mehir verilməlidir?
Müsəlmanlar > Boşanmaq > Fitvalar Tarix: 26 mart 2010 Tövsiyə et Çap et
Sual: Dini kəbin kəsilib amma ər-arvadın arasında cinsi əlaqə baş verməyib. Sözkəsdi, nişan və rəsmi nikah da yoxdur. Bu halda qadına verilən mehir qaytarılmalıdır? Yoxsa hələ verilməyibsə, vermək lazımdır?

Əgər bu kəbindən qızın ailəsinin xəbəri və icazəsi yoxdursa və arada cinsi əlaqə (hər hansı bir intim münasibət) baş verməyibsə kəbin etibarsız hesab olunur. Buna görə də hər hansı bir mehir vermək lazım deyil. Lakin əgər kəbin qızın ailəsinin icazəsi ilə kəsilibsə və mehir müəyyən edilibsə, rəsmi nikah olmasa da, müəyyən edilən mehirin yarısını vermək lazımdır. Əgər mehir müəyyən edilməmişdən əvvəl boşanma baş veribsə, o vaxt kişi qadına istifadə edəcəyi bir şey verməlidir.

Bu məsələ ilə əlaqədar Quran ayələri aşağıdakı kimidir:

“Qadınları onların mehrlərini təyin edənə qədər toxunmadan (onlarla yaxınlıq etmədən) boşasanız, bunun sizə bir günahı yoxdur. Onlara istifadə edəcəkləri (faydalanacaqları) bir şey verin. İmkanı olan öz qüvvəsi daxilində, kasıb da gücü çatdıgı qədər mərufa (müəyyən edilmiş qaydaya) müvafiq olaraq onları faydalandırsın (onlara bir şey versin). Bu, gözəl davrananların üzərində bir borcdur.

Qadınları mehrlərini müəyyən etdikdən sonra toxunmadan bosasanız, mehrin yarısını onlara verməlisiniz! Ancaq qadınlar və ya kəbin düyünü əlində olan tərəf öz haqqını bagıslaşa, bu başqa. Sizin bağışlamağınız qorunmaq üçün daha münasibdir (müttəqiliyə daha yaxındır). Aranızdakı üstünlüyü unutmayın! Şübhəsiz ki, Allah sizin etdiyiniz hər şeyi görür”.1

  1. Bəqərə, 2/236-237. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Valideyni boşanmış uşaqlar 19.06.11 333 dəfə oxundu
2 Ər-arvaddan biri dinini dəyişdirdikdə aralarındakı nikah qüvvəsini itirir? 04.03.10 326 dəfə oxundu
3 Bir qadın yad kişilərin qabağında oynasa, kəbini batil olur? 04.03.10 706 dəfə oxundu
4 Toy gecəsi bakirə olmadığı məlum olan arvadı boşamaq olar? 14.06.10 655 dəfə oxundu
5 Qadının kəbin kəsildiyi vaxt 3 təlaqdan birini almağa ixtiyarı var? 19.01.10 457 dəfə oxundu
6 Qadının boşanmaq hüququ var? 23.03.10 437 dəfə oxundu
7 Şahidsiz boşanma etibarlı hesab olunur? 26.03.10 328 dəfə oxundu
8 Molla kəbini kəsildikdən sonra boşanma baş versə, qadına mehir verilməlidir? 26.03.10 261 dəfə oxundu
9 Ərindən boşanmaq istəyən bir qadın nə etməlidir? 27.03.10 351 dəfə oxundu
10 Zina kəbini pozur? 30.11.10 1.084 dəfə oxundu
11 İddə nə deməkdir? 30.12.10 682 dəfə oxundu
12 Müavinət almaq üçün kağız üzərində boşanmaq olar? 30.12.10 283 dəfə oxundu
13 Xəlvəti-səhihə olsa, qadına mehir verilir? 31.12.10 279 dəfə oxundu
14 Talaq surəsinə zidd olan boşanma etibarlıdır? 31.12.10 271 dəfə oxundu
15 İddə gözləyən qadın evdən çıxsa nə olar? 31.12.10 286 dəfə oxundu
16 Talaq: kişinin boşamaq hüququ 18.07.10 657 dəfə oxundu
17 İftida: qadının boşanmaq hüququ 14.05.09 689 dəfə oxundu
18 İslama əsasən boşanmaq üçün nə etmək lazımdır? 18.02.11 293 dəfə oxundu
19 Boşanma məsələsində hakimlər nə vaxt işə qarışmalıdırlar? 09.03.11 234 dəfə oxundu
20 Kişi arvadını eyni vaxtda birdən çox talaqla boşaya bilər? 29.03.11 192 dəfə oxundu
21 İddə gözləyən qadın evdən çıxsa, talaq yenə baş verir? 29.03.11 181 dəfə oxundu
22 Kişi iddəsi qurtarmadan arvadına qayıtsa, bu hal yenə talaq hesab olunur? 28.03.11 212 dəfə oxundu
23 Şahid boşanmanın əvvəlində tutulmalıdır, yoxsa axırında? 18.04.11 190 dəfə oxundu
24 Ərindən boşanan qadın mehrini qaytarmalıdır? 15.07.11 205 dəfə oxundu