Peyğəmbəri hamıdan çox sevmək lazım olduğuna dair bir hədis var?
Müsəlmanlar > Fitvalar > Hədis > Muhəmməd peyğəmbər Tarix: 25 mart 2010 Tövsiyə et Çap et
Sual: Belə bir hədis var: “Məni ata-anası, qardaş-bacıları və bütün bəşəriyyətdən çox istəməyən (sevməyən) insan həqiqi mömin deyil”. Bu hədis səhihdir (mötəbər)? Biz bunu necə başa düşməliyik?

Cavab: Quranda deyilir:

“De ki, əgər atalarınız, oğullarınız, qardaşlarınız, arvadlarınız, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz al-ver, bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun elçisindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə, Allah Öz əmrini gətirənədək gözləyin. Allah fasiqlər (günahkarlar) dəstəsini hidayətə (doğru yol) çatdırmaz”.1

“Peyğəmbər möminlərə öz canlarından da yaxındır. Onun xanımları da onların analarıdırlar”.2

Peyğəmbər isə bu barədə belə demişdir:

“Nəfsim əlində olan Allaha and içirəm ki, sizin heç biriniz mən ona atasından da, övladından da əziz olmadıqca iman etmiş ola bilməz”.3

Ənəs İbn Malikdən (r. a.) rəvayət oldunduğuna görə peyğəmbər (s. a. v.) belə buyurmuşdur:

“Üç xüsusiyyət var ki, kimdə olsa, deməli, o şəxs imanın dadını dadmışdır:

1) Allahı və rəsulunu hamıdan çox sevmək.

2) Sevdiyini Allah üçün sevmək.

3) Allah onu küfr bataqlığından xilas etdikdən sonra təzədən küfrə qayıtmağı alova atılmaq kimi pis və təhlükəli hesab etmək”.4

Nəticə etibarilə peyğəmbər sevgisi ilə əlaqədar ayə və hədislər bütövlük təşkil edir. Bir müsəlman üçün Allah və rəsulunun sevgisi hər şeydən əvvəl gəlir.

  1. Tövbə, 9/24. []
  2. Əhzab, 33/6. []
  3. Buxari, İman, 7. []
  4. Buxari, İman, 9, 14, İman, 1, Ədəb, 42; Müslim, İman, 67. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Peyğəmbər haqqında “kainatın əfəndisi” demək olar? 24.03.11 274 dəfə oxundu
2 Muhəmməd peyğəmbərin neçə hədisi var? 29.10.11 199 dəfə oxundu
3 Muhəmməd peyğəmbərin anadan olma və vəfat tarixləri 04.08.09 415 dəfə oxundu
4 Peyğəmbər (s. a. v.) münafiqlərə necə münasibət bəsləyib? 16.06.10 293 dəfə oxundu
5 Muhəmməd peyğəmbərə o biri peyğəmbərlər kimi möcüzə verilib? 28.04.10 490 dəfə oxundu
6 Həzrəti Xədicənin peyğəmbərlə ailə qurduğu vaxt uşağı var idi? 18.06.10 438 dəfə oxundu
7 Peyğəmbərin nəvələri və nəslinin davam etməsi 13.08.09 449 dəfə oxundu
8 Peyğəmbərin Qurandan başqa möcüzəsi yoxdursa, merac nədir? 09.07.10 640 dəfə oxundu
9 Peyğəmbərə cadu olunub? 22.01.11 470 dəfə oxundu
10 Muhəmməd peyğəmbər Cənnətdə Məryəm ana ilə evlənəcək? 25.02.10 677 dəfə oxundu
11 Peyğəmbəri hamıdan çox sevmək lazım olduğuna dair bir hədis var? 25.03.10 364 dəfə oxundu
12 Peyğəmbərin bütün hərəkətləri bizim üçün sünnədir? 01.02.11 294 dəfə oxundu
13 Məgər Allah Uhud döyüşündə peyğəmbəri qorumadı? 05.03.11 286 dəfə oxundu
14 Peyğəmbərin dövlət başçısı kimi verdiyi qərarlar da müsəlmanlar üçün qüvvədədir? 07.03.11 254 dəfə oxundu
15 Allah haqda “cc”, peyğəmbər barədə “s. a. v.” ixtisarını işlətmək olar? 22.05.11 231 dəfə oxundu
16 Peyğəmbər necə qüsl verirdi? 29.05.11 553 dəfə oxundu
17 Peyğəmbər necə təyəmmüm edirdi? 27.06.11 273 dəfə oxundu
18 Merac hadisəsi peyğəmbərin möcüzələrindən biri deyilmi? 29.06.11 191 dəfə oxundu
19 Peyğəmbər bizim bütün əməllərimizi görür? 05.07.11 273 dəfə oxundu
20 Peyğəmbərimiz (s. a. v.) iftardan sonra necə dua edirdi? 03.04.10 779 dəfə oxundu
21 Hucurat surəsinin 7-ci ayəsini necə başa düşmək lazımdır? 02.01.12 106 dəfə oxundu
22 Peyğəmbərin Quranı şərh etmək kimi bir missiyası olub, yoxsa yox? 06.01.12 85 dəfə oxundu
23 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 231 dəfə oxundu