Müselmanlar
İçkili yerlərdə yemək yeməyə getmək olar?

İçkili yerlərdə yemək yeməyə getmək olar?

Sual: İçki verilən bir restoranda içki içməsək də, yemək yeməyimiz dini cəhətdən düzgündür?

Cavab: Allah Təala belə buyurur:

“Ey iman edənlər! İçki, qumar, sitayiş etmək üçün dik qoyulmuş daşlar, fal və bəxt oxları murdar bir şeytan əməlidir. Bunlardan uzaq durun ki, bəlkə, nicat tapasınız”. (Maidə, 5/90)

Uzaq durmaq arada məsafə saxlamaq deməkdir. Bu səbəbə görə peyğəmbər (s. a. v.) belə buyurub:

“Ənəsdən (r. a.) nəql olunan rəvayətə əsasən Allahın peyğəmbəri sərxoşedici içki ilə əlaqədar olaraq 10 nəfərə lənət yağıdırıb: “Sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə (süzən, paylayan), satana, pulunu yeyənə, satın alana və satın aldırana”. (Tirmizi, Büyu, 59)

İçki verilən restoranda (kafe, yeməkxana və sairə də buna daxildir) yemək yeyən insan yuxarıda sadalananların siyahısına daxil deyil amma Allahın içkidən uzaq durmaq barədə əmrini yerinə yetirmək üçün başqa yerləri seçməlidir. Belə edərsə, savab qazanar.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin