Müsəlmanlar

Namaz qılmayana qız vermək olmaz?

Sual: Bir qızın namaz qılmayan bir oğlana ərə getməyi düzdür? Dində bu barədə nə deyilir?

Cavab: Deyirlər ki, namaz qılmayana qız vermək olmaz, namaz qılmayanın kəsdiyi heyvanın ətini yemək olmaz. Halbuki, bu fikri dəstəkləyən bir Quran ayəsi və ya hədis yoxdur. Bu kimi şeylərin namaz qılmayanların kafir olduqlarını qəbul edənlər tərəfindən deyilməsi ehtimalı yüksəkdir. Halbuki, ayə və hədislərdə inkar etməmək və lağ etməmək şərti ilə namaz qılmayanlara kafir hökmü verilmir. Amma bu da bir həqiqətdir ki, müsəlman olduğunu dediyi halda, namaz qılmayan insan Allahın əmrinə qarşı üsyan etmiş hesab olunur; beləcə, o, böyük günah edir.

Buna görə də müsəlman bir qız və ya xanımların Allaha gündə ən azı 5 dəfə üsyan edən bir nəfərlə evlənmək yerinə başda namaz olmaqla digər ibadətlərini də yerinə yetirən müsəlman kişiləri seçməyi məsləhətdir.

http://www.muselmanlar.com/fitvalar/3313.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar ©2004 Bütün hüquqları qorunur.