Cavab: Siqaretin murdar və siqaret çəkməyin caiz olmamağı dəstəmazı batil etməyi demək deyil. Çünki: “Xəstə və yaxud səfərdəsinizsə və ya sizin aranızdan bir nəfər ayaqyolundan gəlibsə, ya da qadınlara toxunmusunuz, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin; onunla üzünüzü və əllərinizi məsh edin” (Maidə, 5/6) ayəsində bildirildiyi kimi, dəstəmaz bədənə daxil olan şeylərlə deyil, ayaqyolunda bədəndən çıxan şeylər nəticəsində pozulur. Odur ki, siqaret çəkmək dəstəmazı pozmur.
Eyni hökm haram olan içkini içən, haram olan digər şeylərə toxunan və yaxud yeyən şəxslər haqqında da qüvvədədir. Bunlar haram olsa da, dəstəmazı sındıran (pozan, batil edən) şeylər deyil.
QEYD: Siqaret çəkməyin dini cəhətdən təhlili ilə əlaqədar sual-cavabla tanış olmaq üçün aşağıdakı keçidə baxa bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/653.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: dəstəmazı pozan ünsürlər, dəstəmazı sındıran şeylər, içki içmək dəstəmazı pozur?, siqaret çəkmək, siqaret çəkmək dəstəmazı batil edir?, siqaret və dəstəmaz