Cavab: Baş və qulaqlara məsh çəkdikdən sonra əllərin arxası ilə və üç barmaqla təzə suya ehtiyac olmadan boyunu məsh etmək Hənəfi məzhəbinə əsasən dəstəmazdakı sünnə əməllərdən, bəzi alimlərin fikrincə isə müstəhəb əməllərdəndir.
Əhməd İbn Hənbəlin Müsnəd adlı əsərində dəstəmazda boyuna məsh çəkməklə əlaqədar bir hədis var. Lakin hədis alimləri həmin hədisin zəif olduğunu müəyyənləşdiriblər. Buna görə də alimlərin əksəriyyəti (cumhuru-uləma) dəstəmazda boyuna məsh etməyin məkruh olduğunu və bunun dində bir ifrata səbəb olacağını qeyd edirlər.1
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: boyunu məsh etmək, dində ifrat, dəstəmazda boyuna məsh çəkmək, dəstəmazda müstəhəb əməllər, dəstəmazda məkruh əməllər, dəstəmazın sünnələri